

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvü, Ankaradan seçilən millət vəkili, partiyanın qrup rəhbəri Əminə Ülkər Tarhan istefa edib.
Bu barədə Kanal24 "TRT Haber" telekanalına istinadən məlumat verir.
Məlumata əsasən, o bu gün partiyaya istefa ərizəsini təqdim edib.
Qeyd edək ki, bu il mart ayında keçirilən prezident seçkilərə Ə.Ü.Tarhanın namizədliyinin irəli sürülməsi gözlənilirdi.