isaznow.com
Az Iw En Ru

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısının keçirilməsi son günlər beynəlxalq gündəmi zəbt edən vacib məsələlər sırasındadır

Keçirilən hər bir beynəlxalq əhəmiyyətli tədbirin, toplantının əhatə etdiyi mövzu ilə yanaşı,  ölkələrin malik olduqları imkanların təqdimatı baxımından da xüsusi əhəmiyyət kəsb etdiyi aydındır.   Dünyanın diqqətində olan Soçi görüşünün ardınca Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT)  XV Zirvə Toplantısının keçirilməsi son günlər beynəlxalq  gündəmi zəbt edən vacib məsələlər sırasındadır. İstər tədbirdəki çıxışlarda, istərsə də Zirvə Toplantısında iştirak edən Prezident İlham Əliyevin reallaşdırdığı  ikitərəfli görüşlərdə Azərbaycanın regionda və dünyada artan rolunun təqdir edilməsi, ölkəmizin tarixi Zəfərinin yaratdığı reallıqların böyük perspektivlər vəd etdiyinin vurğulanması uğurlu siyasətimizin məqsədyönlülüyünü, gələcəyə hesablandığını bir daha təsdiqlədi.   Azərbaycanın İƏT-in fəal üzvü kimi  beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində hər iki quruma  üzv dövlətlərlə səmərəli əməkdaşlıq qurması xarici siyasətimizin prioritet istiqamətlərindəndir.

Zirvə Toplantısında Prezident İlham Əliyev tərəfindən    ölkəmizin  44 günlük İkinci Qarabağ müharibəsini yaşamasına, hazırkı dövrdə tarixi Zəfərimizin yaratdığı reallıqlar fonunda  işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinin geniş miqyas almasına, həmçinin dünyanı cənginə  almış koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsinə baxmayaraq  dayanıqlı inkişafını təmin etməsi konkret rəqəmlər əsasında diqqətə çatdırıldı: «Bu uğurlarımız Azərbaycanın beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyini qorumasını şərtləndirir.  Dünya Bankı daim Azərbaycanın adını  ən islahatçı ölkələr sırasında qeyd edir.  Davos İqtisadi Forumunun hesabatlarında ölkə iqtisadiyyatının  rəqabətqabiliyyətliyi  xüsusi önə çəkilərək hər il Azərbaycan  reytinq  cədvəlində irəliləyir. Onu da qeyd edək ki, Davos İqtisadi Forumunun hesabatlarında Azərbaycanın yol infrastrukturunun  yenilənməsinə,  təkmil layihələrin icrasına göstərdiyi diqqət də xüsusi yer alır və yüksək qiymətləndirilir.  Düşünürəm ki, işğaldan  azad edilmiş ərazilərimizdə  bərpa və quruculuq  işlərinin başa çatmasından  sonra Azərbaycan bu reytinq cədvəllərində daha da irəliləyəcək. Həm bu torpaqların malik olduğu  iqtisadi potensial  ölkənin dayanıqlı inkişafına yönəldiləcək, həm də  təkmilləşən yol infrastrukturu  Azərbacanın mövqeyinə öz müsbət təsirini göstərəcək.   

 

ElçinƏhmədov,

Sabirabad rayon Bioloji laboratoriyanın müdiri

 


01:11 30.11.2021