

Azərbaycanın iqtisadi imkanlarının genişlənməsi işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işlərinin miqyasından da aydın görünür. 44 günlük Vətən müharibəsində tarixi Zəfərimiz regionda yeni reallıqlar yaradıb. Azərbaycan yeni əməkdaşlıq formatlarının müəllifi kimi çıxış edir. Kommunikasiyaların, Zəngəzur dəhlizinin açılması, iqtisadi əlaqələrin qurulması regiona sülh, sabitlik, təhlükəsizlik gətirməklə yanaşı, iqtisadi imkanları daha da artıracaq. Soçi görüşündən sonra Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının tribunasından da Zəngəzur dəhlizinin artıq reallığa çevrildiyini bildirdi. İqtisadi Əməkdaşlıq Təşkilatının sonuncu Zirvə Toplantısında mən həmkarlarıma Zəngəzur dəhlizi haqqında məlumat vermişdim” söyləyən dövlət baçıcı vurğuladı ki, bu gün deyə bilərəm ki, Zəngəzur dəhlizi reallığa çevrilir: “Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək. Əminəm ki, İƏT-ə üzv ölkələr bu dəhlizdən istifadə edəcəklər.
Cənab İlham Əliyev dəfələrlə vurğulayıb ki, nəyin bahasına olursa olsun Zəngəzur dəhlizi reallaşacaq. Bu məqamı da xüsusi qeyd etməliyik ki, Türkiyə ilə Azərbaycan arasında imzalanan Müttəfiqlik Bəyannaməsində də Zəngəzur dəhlizinin bərpasının vacibliyi xüsusi bəndlə qeyd olunub. Zəngəzur dəhlizinin sadəcə iki ölkəyə deyil, eyni zamanda, regiona sülh və rifah gətirərək beynəlxalq birliyin sabitlik, sülh və maraqlarına xidmət edəcəyi vurğulanır.
Ümumilikdə, Azərbaycan son illər Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Zəngəzur dəhlizinin reallaşması regionun nəqliyyat sektorunda yeni imkanlar yaradacaq. Azərbaycanın bu istiqamətdə qazandığı uğurlar beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilir, Davos Dünya İqtisadi Forumunun hesabatlarında Azərbaycanın mövqeləri ildən-ilə daha da möhkəmlənir.
Hökumətlərarası regional təşkilat olan İqtisadi Əməkdaşlıq Təşkilatının əsas məqsədi də məhz üzv dövlətlərin və bütövlükdə bölgənin davamlı iqtisadi inkişafına töhfə verməkdən ibarətdir. Tezliklə Bakıda fəaliyyətə başlayacaq İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzinin əsas məqsədi iqtisadi tədqiqatlara əsaslanan regional əməkdaşlığın qurulması üçün İƏT-ə və üzv ölkələrə yardım etməkdir. Bu konteksdə qarşıdakı dövrün perspektivlərinin aydın mənzərəsi yaranır.
Mirabbas Səmidov,
Sabirabad Rayon Mərkəzi Xəstəxanasında həkim-pediatr