

İqtisadi Əməkdaşlıq Təşkilatının sonuncu Zirvə Toplantısında mən həmkarlarıma Zəngəzur dəhlizi haqqında məlumat vermişdim» söyləyən dövlət başçısı İlham Əliyev bu fikri böyük inamla qeyd etmişdir ki, bu gün deyə bilərəm ki, Zəngəzur dəhlizi reallığa çevrilir. Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək. İƏT-ə üzv ölkələr bu dəhlizdən istifadə edəcəklər. Soçi görüşündən sonra Prezident İlham Əliyevin İƏT tribunasından da Zəngəzur dəhlizinin artıq reallığa çevrilməsini bəyan etməsi özündə bir sıra vacib məqamlar ehtiva edir. Azərbaycan son illər Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Zəngəzur dəhlizinin reallaşması regionun nəqliyyat sektorunun inkişafına yeni imkanlar yaradacaq.
Ərazilərin azad olunmasından dərhal sonra Azərbaycanın bu torpaqlarda genişmiqyaslı yenidənqurma işlərinə başlaması, yalnız özünün maliyyə resurslarına arxalanaraq sıfırdan yeni şəhər və kəndlər salması, Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji bölgələri elan edilməsi Azərbaycan Prezidentinin İƏT-də də qurucu lider kimi tanınmasını şərtləndirir» söyləyən Vüqar Rəhimzadə bir daha diqqəti dövlət başçısı İlham Əliyevin rəhbərliyi və tapşırıqları əsasında işğaldan azad edilmiş ərazilərimizdə görülən işlərə yönəldib. Bütün kənd və şəhərlər müasir tələblər səviyyəsində qurulur. «Ağıllı şəhər» və «ağıllı kənd» layihələri özündə bütün yenilikləri birləşdirir. Artıq bu layihələr çərçivəsində bərpa olunan Zəngilanın Ağalı kəndləri gələn ilin əvvəlində soydaşlarımızı qarşılayacaq. Bu ərazilərdə təkmil infrastruktur yaradılıb. Avtomobil yolları, dəmir yolu çəkilib. Beynəlxalq standartlara cavab verən hava limanları inşa edilir. Artıq Füzuli Beynəlxalq Hava Limanının açılışı oldu. Zəngilanda və Laçında inşa edilən hava limanlarında işlər davam edir. İşğaldan azad edilmiş torpaqlarımızın hər daşı erməni vəhşliklərinə şahidlik edir. Azərbaycan bu gün qürurludur ki, tarixi torpaqlarına sahibdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu ərazilər yenidən əvvəlki görkəmini bərpa edir.
Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin dövlətlər, xalqlar arasında körpü rolunu oynadığını xüsusi qeyd edən Vüqar Rəhimzadə bildirib ki, yeni reallıqlar bu imkanları daha da genişləndirir. Yeni reallıqlara uyğun yeni əməkdaşlıq formatları yaradılacaq. Qarşılıqlı əməkdaşlıq fonunda bölgənin iqtisadi inkişafı daha da sürətlənəcək. Hökumətlərarası regional təşkilat olan İqtisadi Əməkdaşlıq Təşkilatının əsas məqsədi üzv dövlətlərin və bütövlükdə bölgənin davamlı iqtisadi inkişafına töhfə verməkdən ibarətdir.
Aşqabad Zirvə Toplantısında müzakirə olunan aktual məsələlər bir daha sübut etdi ki, yalnız səyləri birləşdirməklə və İƏT-in mövcud imkanlarından daha səmərəli istifadə etməklə qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmaq mümkündür. Zirvə Toplantısının mövzusu özündə bütün hədəfləri və onlara çatmağın mexanizlərini ümumiləşdirir. «Birlikdə gələcəyə» çağırışı daim Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarının mahiyyətində dayanır. Səylər birləşdirilmədən, təcrübə müdadiləsi aparılmadan, irəliyə doğru birgə addımlar atmadan təkbaşına inkişafa, tərqqiyə nail olmaq mümkün deyil. Azərbaycan əməkdaşlığa açıq ölkədir. Hesab edirəm ki, bu baxımdan Bakıda fəaliyyətə başlayacaq İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzi qurumun səmərəli fəaliyyətinin təmin edilməsinə lazımi dəstək göstərəcək, hədəflərin reallaşmasına böyük töhfələr verəcək.
Reyhan Novruzova,
Sabirabad rayonu Cavad kənd uşaq bağçasının müdiri