

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dekabrın 14-də Brüsseldə İspaniyanın “El Pais” qəzetinə verdiyi müsahibənin mövzusu da əsasən məhz marağın doğurduğu suallar ətrafında formalaşmışdır. Prezident İlham Əliyevin öz müsahibəsində Azərbaycanın Avropanın enerji təhlükəsizliyi baxımından mövqeyinin getdikcə daha da möhkəmlənməsi barədə səsləndirdiyi fikirlərin müstəsna əhəmiyyətini vurğulayaraq deyib.
Bu gün Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında rolu getdikcə öz əhəmiyyətini artırmaqdadır. Bu məsələ “El Pais” qəzetinin müxbiri tərəfindən Azərbaycan Prezidentinə verilən suallarda da öz əksini açıq-aydın tapıb. Müxbir son vaxtlarda Avropa İttifaqının qaz ehtiyatlarının azalmaqda olduğunu, qazın qiymətinin isə artdığını vurğulayıb və Aİ-nin hazırkı böhranın öhdəsindən necə gələ biləcəyinə dair Prezident İlham Əliyevin fikirlərini soruşub. Buna cavab olaraq Azərbaycan Prezidenti XXI əsrin ən mühüm infrastruktur layihələrindən olan Cənub Qaz Dəhlizi layihəsinin ötən ilin son günündə başa çatdırıldığını xatırladıb və bildirib ki, layihənin dördüncü seqmenti – Transadriatik qaz kəməri 2020-ci il dekabrın 31-də istismara verilib və həmin vaxtdan Azərbaycandan Avropaya qaz ixracı başlanıb. Bu gün Azərbaycan qazının ən böyük istehlakçısı İtaliyadır, sonra isə Yunanıstan və Bolqarıstandır. Dövlət başçımız qeyd edib ki, burada coğrafiyanı genişləndirmək üçün potensial mövcuddur. Belə ki, 2023-cü ildən ölkəmizin 11 milyard kubmetr qaz ixrac etməyi planlaşdırılır və bu rəqəm arta da bilər. Azərbaycanın nəhəng qaz ehtiyatları var və ölkəmiz Avropaya təbii qazın ənənəvi təchizat marşrutlarından daha qısa marşruta malikdir.
Dövlət başçımız qeyd edib ki, Azərbaycan Avropanın etibarlı tərəfdaşı və dostudur. Artıq Bakıdan İtaliyaya qədər uzanan, bir hissəsi dənizin dibi ilə gedən 3500 kilometrlik boru xətti inşa edilib və bu magistralla qaz Avropaya idxal olunur. Burada görüləcək iş Avropa Komissiyası və bizdən daha artıq həcmdə qaz almaq istəyən və ya yeni həcmdə qaz idxal etmək arzusunda olan ölkələrlə təmas qurmaq və danışıqlara başlamaqdan ibarətdir. Şübhəsiz, Avropanın enerji təhlükəsizliyinin təminatı məsələsində getdikcə artan rolu ölkəmizin mövqelərini daha da gücləndirir, beynəlxalq nüfuzunu daha da artırır. Bu isə Azərbaycanın bundan sonra daha sürətli inkişafını və daha güclü bir dövlətə çevrilməsini təmin edəcək zəruri amillərdən biridir.
Sakit Zahidov,
Kapital Bank Sabirabad rayon filalının direktoru