isaznow.com
Az Iw En Ru

Azərbaycan Ermənistanla sülh danışıqlarına və sülh razılaşması üzərində işləməyə başlamağa hazırdır

Dövlətimizin başçısının  dekabrın 14-də İspanyanın “El Pais” qəzetinə verdiyi müsahibəsi də Azərbaycanın yaratdığı yeni reallıqların beynəlxalq ictimaiyyətə bir daha çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir. Bu baxımdan müsahibənin harda verildiyinə diqqət yetirilməsi də, müsahibə Brüsseldə Aİ və NATO rəsmiləri ilə görüşlərin keçirildiyi yerdə baş tutmuşdur, xüsusilə vacibdir.

Ölkə başçısı tərəfindən müsahibə zamanı səsləndirilən növbəti vacib mesaj - regionda bütün təhdid yarada biləcək cəhdlərin qarşısının alınması ilə bağlıdır. Ölkə Başçımız bildirdi ki, Azərbaycan sülhün tərəfdarıdır. Ona görə də Azərbaycan rəsmi İrəvanın manevrlərini, yenidən qruplaşmalarını və təhlükəli ola biləcək hərbi potensial yaratmaq üçün cəhdlərini izləyir. Bütün təhlükələr dərhal aradan qaldıracaqdır. Cənab Prezident bu mesajı ilə Ermənistana dolayısı olaraq xatırladır ki, Azərbaycanın qonşu ölkənin ərazisində baş verən proseslərin yüksək dəqiqliklə müşahidə edilməsi üçün peşəkar kəşfiyyat xidmətlərindən tutmuş yüksək texnoloji peyklərə qədər hər cür imkanlara malikdir. Ermənistanda bu peyklərin II Qarabağ müharibəsi zamanı onun məğlub edilməsində oynadığı rolu unutmamalıdırlar.

Prezidentin sözlərində Ermənistanın hərbi potensialı yaratmaq cəhdləri ilə bağlı ifadələri həm də onun xarci havadarlarına ünvanlanmışdır. Ermənistan, iqtisadiyyatı dağınıq olan, ordusu isə məğlub edilmiş bir ölkədir. Onun hərbi potensialının bərpası heç cür daxili qüvvələr hesabına baş verə bilməz. Bunun yeganə yolu xarici qüvvələr ilə münasibətləri normallaşdırıb, bu istiqamətdə onlardan yardım almaqdır. Bu səbəbdən Azərbaycan prezidentinin xəbərdarlıqları Ermənistanı hərbi poetnsialını bərpa etməklə təhlükəsiz etməyə cəhd edənlərə yönlənib və  bu siyasətin səhv olması anlamına gəlir. Ermənistanın xarici havadarları bu siyasəti davam etdirsələr Ermənistanı təhlükəsiz etmək əvəzinə, məqsədlərinin təmamilə əksini əldə etmiş olacaqlar.

Müsahibə çərçivəsində dövlətimizin başçısının toxunduğu əsas məsələlərdən biri də  sülh sazişi haqqında səsləndirdiyi fikirlərdir. Cənab Prezident bir daha bildirdi ki, Azərbaycan Ermənistanla sülh danışıqlarına və sülh razılaşması üzərində işləməyə başlamağa hazırdır. Amma Ermənistan rəhbərliyindən heç bir cavab verilməyib. Bu, onların sülh istəmədiyini göstərir, çünki imzalandığı təqdirdə sülh razılaşmasının əsas müddəalarından biri də hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması olacaq və Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir. Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Ermənistan nə ərazi bütövlüyünü tanıdığını, nə də tanımadığını söyləyir. Ermənistan öz əsassız bəyanatları ilə danışıqlar prosesini məhv etdi. İndi Ermənistanın sanki bu məsələ ilə bağlı heç bir mövqeyi yoxdur. Ümid edirik ki, Avropa tərəfdaşları Ermənistanı bu mövqeyinin gələcəyinin olmamasına inandıra biləcəklər. Prezident İlham Əliyev belə deyib.

 

Şirinağa Əzizov,

“Aqro-Az” MMC Sabirabad rayon filialının direktoru

 


16:57 20.12.2021