

24 dekabr saat 18:00 -da Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə "Bir olaq, Həmrəy olaq" adlı videokonfrans formatında tədbir keçirilib.
Tədbirdə dünyanın 60-dan çox ölkəsində yaşayan həmyerlilərimiz iştirak edib. Kanal24.az İnternet TV-nin İsraildə yaşayan rəhbəri Səadət xanım Şükürova da online konfransa qoşulub. Tədbir zamanı Şükürova Səadətin medalla təltif edilməsi bildirib. Kanal24.az İnternet TV- rəhbərinin dövlətimiz qarşısında göstərdiyi xidmətləri yüksək qiymətləndirilərək , İsrail-Azərbaycan arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi, iki qardaş xalq arasında mədəni əlaqələrin inkişafında xidmət göstərməsi münasibəti ilə "Diaspor fəaliyyətində xidmətə görə" medalı ilə təltif olunub.
Təqdim olunan medal təltifindən sonra Səadət xanım Şükürova prezident İlham Əliyevi yubileyi münasibəti ilə təbrik edib, eyni zamanda yüksək etimad göstərilib medalla təltif edildiyinə görə cənab prezidentə və Diasporla İş Üzrə Dövlət Komitəsinə öz dərin təşəkkürünü bildirib. Həmin mətni olduğu kimi təqdim edirik:
"AZƏRBAYCANIN HAQQ SƏSİNİ DÜNYAYA ÇATDIRAN,-DÜNYA AZƏRBYCANLILARININ PREZİDZENTİ, ALİ BAŞ KOMANDAN CƏNAB İLHAM ƏLİYEVİ 60 İLLİK YUBİLEYİ MÜNASİBƏTİ İLƏ TƏBRİK EDİRƏM.
BU ÖNƏMLİ GÜNDƏ TƏLTİF OLUNDUĞUM MEDALA GÖRƏ CƏNAB PREZİDENTƏ VƏ AZƏRBAYCAN RESPUBLİKASININ DİASPORLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN RƏHBƏRİ FUAD MURADOV BAŞDA OLMAQLA, KOMİTƏ BİRLİYİNƏ DƏRİN TƏŞƏKKÜRÜMÜ BİLDİRİRƏM MİNNƏTDARLIQLA..
ANA VƏTƏNDƏN OLAN DİQQƏT MƏNƏ BU ŞƏRƏFLİ YOLDA NÖVBƏTİ QÜRURU YAŞATDI."