isaznow.com
Az Iw En Ru

20 Yanvar hadisələri Azərbaycan xalqını müstəqillik uğrunda daha mətin vuruşmağa sövq etdi

Hər il yeni ilin ilk günündən xalqımız böyük hörmət və minnətdarlıqla çoxəsirlik tariximizin qürurverici və qəhrəmanlıq səhifələrindən biri olan 20 Yanvar faciəsinin ildönümünü qeyd edir. Çoxumuzun da şahidliyi və iştirak etdiyi 20 yanvar 1990-cu il tarixində baş vermiş hadisələr təkcə Azərbaycan tarixinə yazılmış tarix deyil, həm də dünya tarixinin əhəmiyyətli və dərs çıxarılan hadisələri kimi bugünədək dünya tərəfindən hüquqi-siyasi qiymət verilməmiş bəşəri cinayət kimi dəyərləndiriləcək. Qeyd etmək lazımdır ki, ümumiyyətlə erməni millətçiləri bütün dövrlərdə  məskulaşdıqları ərazilərdə fürsət düşdükcə o ərazinin gerçək sahiblərinə qarşı xəyanət edərək, özləri üçün nəsə qoparmağa çalışlblar. Onların ən böyük xəyanətləri isə Osmanlı İmperiyasının çöküşü zamanı bu dövlətə və türk xalqına qarşı törətdikləri qətliamlardır. Eləcə də xalqımıza qarşı erməni terror təşkilatlarının və millətçilərinin ssenarisi ilə  iki yüz il ərzində törədilən kütləvi cinayətlər, deportasiyalar, soyqırımlar insanlığın üzqarası kimi qiymətləndirilməlidir. 

20 Yanvardan danışarkan ilk növbədə  çox önəmli məqamlar var ki, onlar hər zaman xüsusi qeyd edilməlidir. Belə ki, sovetlərin çöküşünə doğru, ötən əsrin səksəninci illərində xalqımıza qarşı Qorbaçovun həyata keçirdiyi siyasət erməni faşistlərinin Azərbaycana qarşı iki yüz illik projesinin bir parçası idi. 1990-ci il 20 Yanvar faciəsinin-hərbi cinayətinin törədilməsində əsas məsuliyyət də Qorbaçovun məsuliyyəti idi və bu cinayətin törədilməsi əmri də məhz Qorbacov tərəfindən verilmişdir. Çox təəssüf ki, qatil Qorbaçov beynəlxalq tribunalda mühakimə olunmaq əvəzinə ona Nobel sülh mükafatı təqdim oldu. Tiflis, Riqa, Qazaxstan və 20 Yanvar faciələri kimi cinayətlərə müəllflik edən Qorbaçova belə bir mükafatın verilməsi, beynəlxalq təşkilatların və dünyanın supergüc dövlətlərinin riyakarlığını sübut etmiş oldu. 

20 yanvar tarixi sübut etdi ki, geosiyasi cəhətdən ən çətin bölgələrdən birində yerləşən ölkəmizin bir dövlət və bir xalq kimi dünya birliyində mövcud olmağında dahi lider, çağdaş dövlətimizin qurucusi, ulu öndər Heydər Əliyev və Müzəffər Ali Baş Komandan İlham Əliyev fenomeni əvəzedilməzdir və xalqımız bu iki BÖYÜK LİDER-ə hər zaman minnətdar olacaq. Bu mənada 22 Yanvar 1990-cu il tarixində Ümummilli Liderimizin Moskvada ailə üzvləri ilə birlikdə qorxmadan Azərbaycan Nümayəndəliyinə gələrək, burada keçirdikləri mətbuat konfransında Qorbaçov rejimini, onun cinayət əməllərini və sovet sisteminin və sovet ordusunun faşist mahiyyətini beynəlxalq ictimaiyyətə çatdıraraq, bu ideologiyanı və Qorbaçovu ifşa etmişdir. Məhz Ulu Öndərimizin mətbuat konfransındakı bəyanatı ilə Siyasi Buro rəhbərinin bilavasitə dəstəklədiyi  erməni millətçilərinin xalqımıza qarşı planladığı məkrli siyasət ifşa edildi.

Qürurla deməliyik ki, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Ordumuz 44 günlük Vətən müharibəsində təcavüzkar Ermənistan və dünya erməniliyi, eləcə də bu qüvvələri dəstəkləyən qüvvələr üzərində qazandığı möhtəşəm Zəfər 20 Yanvar cinayətini törədənlər üzərində də qələbədir.

 

Zaman Balakişiyev,

Sabirabad rayonu Dadaşbəyli kəndi, gənc fermer

 


17:30 20.01.2022