isaznow.com
Az Iw En Ru

ZAMAN DƏYİŞSƏDƏ ACLIQ DƏYİŞMİR.

"" Demək olar ki, 2021-ci ilin son 3 ayı daxil olmaqla, Yeni 2022-ci il başlayar-başlamaz, bütün dünya dövlətlərində,2 ildən çoxdur davam edən pandemiyanın cana yığdığı kasıb əhalinin günü-güzəranını dahada dözülməz edən qiymət artımları, "işbazların" özbaşınalıqları, hakimiyyətin, məmurların susması, Xalqa küçələrə çıxmaqdan başqa bir yol qoymur.

Bəli son 15-20 il ərzində dünyada çox ədalətsizliklər, sosial ayrı-seçkiliklər, özbaşınalıqlar, varlı təbəqələrin dahada varlanması, kasıb təbəqələrin dahada yoxsullaşması tendensiyası gedir. Bu isə çox güman ki, xalqın səbir kəsasın dolduraraq küçələrə axmasına, ədalətin bərqərar olması üçün hakimiyyətlərə itayətsizliklərinə gətirib çıxaracaq. Çalışacam ki, pillə-pillə yazdıqlarıma aydınlıq gətirə, məni bir sadə vətəndaş kimi narahat edən məsələlərə öz fikrimi bildirəm......
XXI əsirin ilk 20 ili ABŞ və NATO Birliyi ölkələrinin dünyada Hərbi hegemonluğu illəri kimi tarixə düşsədə artıq 2015-ci ildən başlayaraq Rusiya və Çin dövlətləri sanki "yuxudan ayrıldılar" və ABŞ və NATO birliyi ölkələrinin hərbi və iqtisadi hegömonluqlarını tədricən aradan qaldırmağa başladılar. Təqribən 5-10 il arası baş verən bu proseslər demək olar ki, öz məntiqi sonluğuna çatmaqdadır.
XXI əsrin başlanğıcında ABŞ və NATO Rusiya və Çin dövlətlərinin milli-siyasi maraqlarına məhəl qoymadan demək olar ki, yer kürəsinin istənilən ərazilərini öz milli-siyasi maraq zonaları elan edərək harda, nə vaxt, necə istədiklərini "qolgücü"nə yeritməyə başlamışdılar. Əsas hadisələr isə Asiyada və Yaxın Şərqdə cərayan edirdi.
Belə ki, İlk özbaşınalıq 7 oktyabır 2001-ci ildə terrorla mübarizə pərdəsi altında Əfqanıstanda başlandı. ABŞ və NATO birliyi ölkələrinin Əfqanıstanda etdikləri vəhşiliklər rəsmən 31 avqust 2021-ci ildə "guya" sona çatdı. Baxmayaraq ki, xarici işğalçılar Əfqanıstandan çıxıblar bu gündə orda vətəndaş müharibəsi davam edir və çox güman ki, ən azından 3-5 ildə davam edəcəkdir.....
Yaxın Şərqdə ABŞ və NATO hərbi vəhşiliklərini ilk olaraq İrak dövlətinin üzərində sınaqdan keçirdi. İrak dövlətinin məhv edilməsi planlarını "İrakın Azad olunması" aktını ABŞ prezidenti olan Bill Klinton 1998-ci ildə imzalamışdı, ancaq siyasi - hərbi hazırlıqlar uzun müddət davam edəndən sonra hayyət 20 mart 2003-cü ildə, ABŞ-nın o vaxtkı prezidenti Corc Buş(oğul) tərfindən başladı. Tarixə İrak müharibəsi kimi düşmüş bu vəhşiliklər, ABŞ və NATO qüvvələri tərəfindən guya İrakda insan hüquqları pozulur şüarları altında, əslində isə İrak prezident Səddam Hüseynin devrilməsi məqsədi ilə 20 mart 2003-cü ildən 15 dekabır 2011-ci ilə kimi davam etdi. Bəli 16 iyul 1979-cu ildən İrakın prezidenti olan Səddam Hüseyin 9 aprel 2003-cü ildə devirdilər, İrakı isə cəhənnəmə çevirib əhalisini vətəndaş müharibəsinə sürüklədilər.Səddam Hüseyini qurma cinayət müddəaları ilə günahkar elan edib 30 dekabır 2006-cı ildə edam etdilər. Qeyd edim ki, hətda edamı Şiyə təqvimi ilə Qurban Bayramının başlamasına bir neçə dəqiqə qalmış icra etməklə sanki şiyə müsəlman dünyasına qəsdən "sataşdılar", çünkü sünnü təqvimi ilə Bayram artıq başlamışdı..... Düzünü desək rəsn başa çatsada İrak əhalisinin genosidi bu gündə davam edir.
Yeni dünya tarixinə Liviya Vətəndaş müharibəsi kimi düşmüş, rəsmən 15 fevral 23 oktyabır 2011-ci ildə ABŞ və NATO hərbçilərinin əli ilə baş vermiş və guya Liviya Xalqını Müəmmər Qəddafinin "zülmündən" azad etmək bəhanəsi ilə aparılmışdır. Əslində isə Liviya neftini ələ keçirmək məqsədi ilə törədilmişdir. Nəticədə isə Müəmmar Qəddafini devirib 20 oktyabır 2011-ci ildə vəhşiliklə öldürdülər, Liviya əhalisi isə bu gündə vətəndaş müharibəsini davam edirlər.
Tarixə "Ərəb yazı" və ya "Aərəb qışı" adı ilə düşmüş guya xalqların demokratiya yolu seçməklə öz diktator rejimlərini devirmək pərdəsi altında, ancaq əslində ABŞ və NATO birliyi dövlətlərinin regional-milli-siyasi maraqlarını həyata keçirmək üçün baş tutan çaxnaşmaların ən qaniçəni olan Suriyada 15 mart 2011-ci ildən bu günə kimi davam edən(Artıq 11 ildir) vətəndaş müharibəsi 100 minlərlə dinc əhalinin məhv edilməsi, 100 minlərlə əhalinin öz torpaqlarından didərgin salınaraq bütün dünyaya səpələnməsi ilə nəticələnib. Düzdür Rusiya və Türkiyə tandemi baş verənlərə "barmaq edəndən" sonra ara bir az səngisədə vətəndaş müharibəsi hər gün 100-lərlə insan həyatına son qoymaqdadır.....Nə isə qayıdaq son illərdə və aylarda baş verənlərə....
Rusiyanın son illərdə hərbi qüdrətinin bərpası demək olar ki, ABŞ və NATO birliyinin "qazını" alıb və aylar ötdükcə daha aydın görsənir ki, Rusiya öz milli-siyasi maraqlarını dönmədən, heç bir iqtisadi-siyasi sanksiyadan çəkinmədən irəlilətməkdədir. Əsasən isə 18 mart 2014-cü ildə Kırım yarımadasını özünə birləşdirməklə bütün dünyaya artıq Rusiyanın əvvəlki kimi "diz üstə" deyil tam qüdrət sahibinə çevrilmiş dövlət olduğunu bəyan etdi.....Son illərdə Rusiya keçmiş SSRİ DÖVLƏTİnin tərkibində olan, bu gün müstəqil dövlətlər olan ərazilərdə baş verən proseslərə ABŞ və NATO qüvvələrinin müdaxilə etməsinə yol verməyəcəyinə, NATO -nun Rusiya sərhədlərinə yaxınlaşmasına, genişləndirilməsinə razı olmayacağına, hətda lazım gəlsə NÜVƏ MÜHARİBƏSİndən belə istifadə edəcəyinə hazır olduğunu tam ciddiliyi ilə nümayiş etdirməkdədir.
Mənim fikirimcə Cənubi Qafqazda baş verən proseslər, bu günlərdə Qazaxıstanda baş verən ixtişaşlara Rusiyanın tam nəzarət etməsi aydın göstərir ki, gizlin olsada ABŞ Rusiya dövləti ilə özlərinin yeni milli-siyasi maraq zonaların dəqiqləşdirib razılaşdırıblar. Götürək 27 SENTYABIR 2020-ci ildən 10 NOYABIR 2020-ci lə kimi davam edən ll Qarabağ müharibəsi bir daha sübut edir ki, Cənubi Qafqazda baş verənlər,ən əsası isə Azərbaycan Ermənistan arasında baş verən müharibə Rusiyanın hazırladığı, seçib bəyəndiyi, ssenari əsasında baş tutdu, davam etdi və nəticəsi isə Rusiyanın tam milli-regional maraqlarını nəzərə almaq çərçivəsində oldu.Düzdür fikirimcə HADRUT və ŞUŞA şəhərlərinin Azərbaycanın nəzarəti altına keçməsi ilkin olaraq RAZILAŞDIRILMAMIŞDI, ancaq Ermənistanın özünü "pis" aparması, (güman etməsi ki, guya dünya onlara kömək duracaq və s.) təslim razılaşmasına vaxtında razı olmaması müharibəni nisbətən uzatdı, bu itirilən zaman isə Azərbaycanın HADRUT və ŞUŞA şəhərlərinidə azad etməsi ilə nəticələndi. Yadınızdadır İlham Əliyev müharibənin ilk günündən hər gün təkrar edirdi :"Ermənistan ərazilərin, torpaqların, boşaldılması təqvimini versin, mən müharibəni saxlayım"...Bəli fikirimcə Rusiya və Azərbaycan arasında ilkin razılaşma əsasında ilk olaraq 7 rayonun ərazisi azad edilməli idi. Hətda müharibə etmədən. Ancaq 30 il saxta tarixlə tərbiyyə olunmuş ermənilər sülh yolu ilə ən əvvəl Dağlıq Qarabağın müstəqilliyin Azərbaycanın tanıması və sonra 5 rayon ərazisi Ağdam, Fizuli, Zəngilan, Cəbrayıl, Qubadlı qismən boşaldılıb təhvil verilməli,bir neçə ildən sonra guya Kəlbəcər və Laçın rayonları boşaldılacaqdı, ancaq bir şərtlə ki, LAÇIN rayon mərkəzi daxil olmaqla 10 km. enində, "DQR" və Ermənistanı birləşdirən LAÇIN dəhlizi ermənilərə verilməliydi. Əks halda ermənilər heç 1 metr torpaq verməyəcəklərini iddia edirdilər. Bu tələblər ola bilsin ki, 30 ilə yaxın qaçqınlıq həyatı sürən bizlərə qəbul edilən olardı, amma "DQR" müstəqilliyini Azərbaycan xalqı heç vaxt qəbul etməzdi. Bax bu səbəbdən də müharibə variantı yeganə yol kimi seçildi. Təsəvvür edirsizmi ermənilər müharibə yolu ilə məğlub edildikdən sonra, rus sülhməramlı qüvvələri bunları tam məhv edilməsinin qarşısın aldıqdan sonra əgər bu dərəcədə həyasızcasına "atılıb-düşürlərsə", məgər onlardan müharibəsiz torpaq almaq olardı?! Heç vaxt!
Baxmayaraq ki, hakimiyyət daima iddia edir ki, Dağlıq Qarabağ problemi yoxdur, amma bu problem var, ancaq başqa ölçüdə, maştabda. Məgər görmürükmü hələdə keşmiş Dağlıq Qarabağ muxtar vilayətinin 3,170 min kv. km. ərazisində Azərbaycan Dövlətinin qanunlarına tabe olmayan, Azərbaycan xalqına düşmən olan bir "YARA" var?!. Hansı zamanda yaşayırıq? Kompyuter - internet əsirində belə təbliğatlar müsbətdən çox mənfi fikirlərə xidmət edir. Tam aydındır ki, sülhməramlı qüvvələr pərdəsi altında Rusiya Qarabağda özünün Hərbi Bazasın yaradıb. Belə bir deyim var : "Gücün azdırsa ağlın çox olsun!"
Bəli məhz Qarabağ məsələsində ən doğru yol Ruslarla AĞILLA davranmaq, SƏBİR , TƏMKİN, DÖZÜM göstərmək, ermənilərə şans verməmək ki, Rusları öz maraq çərçivələrinə salsınlar. Hər kəs dəqiq bilməlidir ki, Cənubi Qafqazda Rusiya Milli-Regional-Siyasi maraqları nəzərə alınmasa Abxaziya, Cənubi Asetiya və ya Kırım variantları həyata keçirilə bilər. Yaddan çıxarmaq olmaz ki, Rusiya həqiqətən Azərbaycanın Ermənistandan fərqli olaraq müstəqil dövlət olmasın artıq qəbul edib və heç vaxt Ermənistanda həyata keçirdiklərin Azərbaycanda etməz və heç etmək fikiridə yoxdur. Amma sirr deyilki Rusiya heç vaxt Azərbaycan ərazisində NATO təşkilatının yerləşməsinə imkan verməz hətda Azərbaycanı Suriyada oilan vəziyyətə salmağa razı olar amma ABŞ və NATO(Türkiyə bu birliyin üzvüdür) qüvvələrinin Azərbaycanda yerləşməsinə imkan verməz. Bəli Azərbaycanın erməni problemi olmasaydı keçmiş prezident Heydər Əliyev mütləq 90-cı illərdə, fürsətdən istifadə edib Azərbaycanı NATO-ya qoşa bilərdi, o vaxtlar Rusiya öz başı hayında idi. Məgər hazırda pribaltika Respublikaları NATO-ya qoşula bilərdimi?! Heç vaxt! Rusiya 3 pribaltika dövlətini cəhənnəmə çevirərdi amma NATO-ya verməzdi. Necə deyərlər hər şeyin öz vaxtı-vədəsi!.... Mənim fikirimcə İlham Əliyev çox dəqiq bilir dünya siyasi arenasında baş verən siyasi şahmat oyunlarını. Mən deyərdim ki, dünya siyasi şahmat müstəvisində bizim prezident hətda ən güclü Siyasi Qrassmeysterdir.Prezidentdən heç vaxt xalq "təkid" etməməlidir ki, hansısa bir siyasi problemin həllində tələsməlidir. Təsəvvür edirmisizmi erməni kimi bir hiyləgər xalqın əlindən Qarabağ torpaqlarını almaq nə dərəcədə bir çətin, hətda mümkünsüz bir işdir. Əgər qisməndə olsa bunu İlham Əliyev bacardısa, təkbaşına dünyanın ikinci "çəkiyə" malik erməni lobbisinə qalib gəldisə deməli prezident tam dəqiq bilir nəyi və nəvaxt etməlidir. Yadıma bir deyim düşdü : "Heç kim öz ŞORuna TURŞ deməz!".... ancaq inanın dünyanın siyasi söz sahibi Dünya Yahudi Lobbisinin daima Azərbaycanı dəstəkləməsi, Rusiya Siyasi Elitasında böyük nüfuza malik erməni əsilli məmur və siyasətçilərin neytrallaşdırılması, İran kimi çox qəliz bir müsəlman dövləti ilə yaxın qonşuluq münasibətlərində olmağın, Türkiyə dövləti ilə Rusiya dövlət maraqları arasındakı siyasi BALANSLI siyasətin yeganə qurucusu və çox məharətlə Azərbaycan Xalqının milli maraqları naminə istifadə edəni YALNIZ İLHAM ƏLİYEVin təkbaşına xidmətləridir.
Bir qədərdə Zəngəzur dəhlizi haqqında öz düşündüklərimi sizlərlə bölüşmək istəyirəm. Son zamanlar hər yetən söyləyir ki, ermənilər dəhlizin açılmasına imkan verməyəcəklər. Axı ermənilər kimdiki, Kim onlardan razılıq soruşurki? Heç kim! Sadəcə işlər gedir və Ermənistan tərəfdə olan Zəngilan ərazisindən Ağbənd keçməklə Ermənistanın Mehri və Naxçıvanın Ordubaq məntəqələrini birləşdirən 40 km yaxın məsafə gec-tez birləşəcək. Çünkü bu dəhlizi Rusiya Türküyə ilə quru yollarla əlaqə üçün qurur. Yəni burda əsas Rusiya - Azərbaycan və Ermənistandan keçməklə Türküyənin birləşdirilməsidir. Bu dəhliz həqiqətdə Azərbaycandan Naxçıvan bölgəmizə quru yolun olması üçün çox əhəmiyyətlidir. Amma inanın Rusiya, Türkiyə, İran, Ermənistan üçün də hədsiz sərfəlidir. Hətda Ermənistan 30 ildən sonra tranzit ölkə statusu qazanacaq. Sadəcə hazırlıq və reyal işlər gedir, zaman lazımdır. Zəngəzur dəhlizi Asiya(əsasən isə Çin) ölkələrinin Avropa və Yaxın Şərq ölkələrini birləşdirən ən qısa quru yol olacaq. Bu ölkələr arasında ticarət əlaqələrinin dahada genişləndirilməsində çox əhəmiyyətlidir. İndi özünüz fikirləşin bu dəhlizin açılmasına Ermənistan necə mane ola bilər? Hətda 2 milyon dənəyə yaxın erməni yolun keçəcəyi əraziyə etiraza çıxsa belə onları tapdalayıb yolu açacaqlar.
İkinci bir məqam. Heç vaxt Azərbaycan ərazisi(Dövlətin əsas ərazisi) ilə digər Azərbaycan ərazisi(Naxçıvan) arasında olacaq ZƏNGƏZUR dəhlizin statusunu heç vaxt LAÇIN dəhlizinin statusu səviyyəsinə yendirmək olmaz! Çünkü LAÇIN dəhlizi qonşu Ermənistan ərazisi ilə Azərbaycanın Dağlıq Qarabağ ərazisində yaşayan erməni əsilli Azərbaycan əhalisinin Ermənistanda yaşayan ermənilərlə əlaqəsini, gediş-gəlişini sərbəst təşkil etmək üçün olan müvəqqəti dəhlizdir! Necə ola bilər ki, bu tam fərqli təyinatlı dəhlizlərin statusları eyniləşdirilsin!?Yaddan çıxarmaq olmaz, bu məsələdə bu kimi siyasi səhvlər gələcəkdə Azərbaycan üçün siyasi problemlər yarada bilər!
Üçüncü bir məqam. Hindistanın, İranın, Gürcüstanın və Avropanın maraqları çərçivəsində əlavə bir dəhliz söhbətləri uzun illərdir gedir amma maliyyə resursları çatmır. Adı "Cənub- Şimal" dəhlizi olan İran-Ermənistan-Gürcüstan-Qara dəniz-Avropa birləşdirən Fars körfəzini Qara dənizlə birləşdirilməsini nəzərdə tutan dəhliz. Bəli bu dəhlizdə gündəmdə olsa belə bu dəhlizin açılmasını iki əsas səbəb əngəlləyir. Birinci İran dövlətindən başqa nə Ermənistanın və nədəki Gürcüstanın maliyə imkanları yoxdur ki, bu dəhlizi aça bilsinlər. Heç bir beynəlxalq maliyyə inistututlarınında bu dəhlizə sərmayə yatıracaqları ehtimalı inandırıcı deyil. İkincisi isə Fars körfəzi ilə Qara dənizi birləşdirəcək yol ZƏNGƏZUR dəhlizi açılandan sonra öz maraqlılığın tam itirir. Əgər Zəngəzur dəhlizinin Rusiya-Azərbaycanlı - Türkiyə kimi iqtisadi və maliyyə imkanlı dövlətləri varsa "Cənub-Şimal" dəhlizində İran təkdir. Düzün desək son illərin iqtisadi sanksiyaları İranında imkanların heçə endirir.
Son günlərdə, 2 yanvar 2022-ci ildən başlayan və davam edən Qazaxıstan böhranı ilk olaraq maye qazın qiymətinin ikiqat artması ilə əlaqədar olduğun desələrdə. Ancaq əminliklə demək olar ki, Rusiya öz qoşunlarını(Hətda sülhməramlı adı altında olsa belə) 20 ildir Qazaxıstana yerləşdirmək arzusunu gerçəkləşdirir. Bununlada aydın hiss olunur ki, ABŞ Əfqanıstanda çıxması Asiya da Rusiya və Çin milli-iqtisadi maraqlarını toqquşdurmaqla artmaqda olan Çin iqtisadi və hərbi gücünü ABŞ-dan əks istiqamətə Rusiyaya qarşı yönəldilməsi maraqına hesablanıb. Beləliklə ABŞ və NATO Asiyada Rusiya və Çin dövlətlərinin maraqlarını toqquşdurmaqla Rusiya və Çinin ABŞ qarşı ümumi birləşərək mübariaəzə aparması əngəlləmək istəyir.....
Nə isə elə etmək lazımdır ki, iri dövlətlərin iri maraqları Azərbaycan kimi kiçik dövlətimizə ziyan vurmasın. Mənim fikirimcə Azərbaycan Son 30 ildə çox məharətlə və ustalıqla qurub apardığı NEYTIRAL - BSLANSLI xarici siyasətindən dönməməlidir. Bu siyasəti həyata keçirməkdə Azərbaycana çox dayaq olan İsrayil Dövləti və Dünya Yahudi Lobbisi ilə qurulmuş çox yaxşı münasibətləri tezliklə ƏLA münasibətlərə çevirmək lazımdır. Fikrimcə Azərbaycan "müsəlman qardaşlığı" , "Bir millət iki dövlət" , "Böyük qardaş" və s. və s. şüarları və maniələri kənara qoyaraq İsrayil Dövlətində öz səfirliyini açmalıdır. İsrayil Dövlətində yaşayan, Azərbaycan Xalqını, Dövlətini çox sevən və bizlərin maraqlarını daima qoruyan Azərbaycanlı Yahudilərlə əlaqələri dahada yüksəltmək lazımdır.
Daxili siyasətdə mütləq əhalinin aztəminatlı təbəqəsinin maraqları qorunmalıdır. Heç kimə sirr deyil ki, kasıb təbəqə Çörək-Kartof-Yumurta-Su ümüdünə zəhmətlə, zülmlə hər şeyə dözərək sakit həyat sürməyə məcburdular. Ancaq son illərdə pandemiya kasıb təbəqəni pis günə qoymağı azmış, "başbilənlər" kasıb təbəqənin yaşayış zənbilinədə(Çörək-Kartof-Yumurta-Su) göz tikiblər. Əgər dövlət kasıb təbəqənin Yaşayış Zənbilini qiymətləri yüksəltməklə əlindən alsa əmin olsun ki, xalq ayaqa qalxıb birdəfəlik son qoyacaqlar olan ədalətsizliklərə.... ""
/İbrahim Həsənov/-(İBO)-


20:25 08.01.2022