isaznow.com
Az Iw En Ru

Gənc icra başçısı Gədəbəy dağlarındakı bulağı zəbt etdi - Su satır

Ağstafanın gənc icra başçısı Seymur Orucov Gədəbəy rayonunda da özünə biznes qurub. Bu barədə məlumatı xaricdə yaşayan araşdırmaçı-jurnalist Cavanşir Həsənli yayıb.

O iddia edib ki, keçmiş deputat və sabiq rektor Şəmsəddin Hacıyevin qızı Çeşmi Hacıyeva ilə evli olan icra başçısı həyat yoldaşının adına "DAŞLI BULAQ -A" Məhdud Məsuliyyətli Cəmiyyəti qeydiyyatdan keçirib və Gədəbəyin dağlarında özünə böyük bir bulaq zəbt edib.

Jurnalist qeyd edir ki, həmin bulağın suyu 18 kilometr məsafədən yoğunluğu 1 metrlik borularla gətirilir. Bundan sonra, icra başçısınını rayonda açdığı "Daşlı Bulaq" qablaşdırma müəssisəsində qablaşdırılır.


17:03 31.01.2022