isaznow.com
Az Iw En Ru

Sorosçuların çirkin məqsədi məhz gənclərdir, sevindirici haldır ki, Azərbaycan gəncləri bu fitnələrə uymur

Fevralın 2-də  Azərbaycan Gənclər Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Forumda çıxış etmiş və Forum iştirakşılarının suallarını cavablandırmışdır. Cənab Prezident öz çıxışında və Forum iştirakçılarının suallarını cavablandırarkən bir-çox mühüm məsələlərə münasibət bildirmişdir. Bu vacib məsələlərdən biri Azərbaycan gəncliyinə kənar təsirlər və gəncliyin bu kənar təsirlərdən qorunması ilə bağlı olmuşdur. Bu məsələyə münasibət bildirən cənab Prezident bildirmişdir ki, “Bilirsiniz , kənar təsir məsələsinə gəldikdə, əlbətdə, ilk növbədə, gənclər bilməlidirlər ki, bu təsirin məqsədi nədir, əgər bu məqsəd xoş niyyətlidirsə, bu, bir başqa məsələ. Ancaq şox təəsüf  olsun, bizim üzləşdiyimiz mənzərə odur ki, bu məqsədin arxasında konkret planlar var və yenə də gənclər ən məqbul kareqoriya hesab olunur.

Xaricdə fəaliyyət göstərən bəzi qüvvələr müasir dövrdə cəmiyyətdə ən fəal təbəqə olan gəncləri öz təsir dairələrinə salmağa çalışırlar. Əlbətdə hər bir cəmiyyətdə qüsurlar və çatışmamazlıqlar var, bu hər yerdə mövcuddur. Son dövrlərdə bir çox yerlərdə, o cümlədən keçmiş sovet respublikalarında, Yaxın Şərqdə baş verən rəngli inqilablarda, dağıdıcı hərəkatlarda aparıcı qüvvə gənclər olmuşdur. Gənclər qabağa verilir, qurban verilir və bunun nəticəsində ölkələr idarəolunmaz vəziyyətə gətirilir. Ancaq nəticə hər yerdə eyni olmuşdur. Xaos, anarxiya və idarəolunmaz vəziyyətlər. Qeyd olunmuşdur ki, son dövrlərdə kənar təsirlərin reallaşmasında ən çox informasiya təxribatından istifadə olunur. Bu istiqamətdə qeyri-hökumət təşkilatlarından, bloqerlərdən  geniş surətdə istifadə olunur. Bunlara misal olaraq “Freedom House”, “Amnesty İnternational”, Soros və onun nəzarəti altında olan qurmları göstərmək olar. Bu qurumların hamsında aparıcı rolda ermənilərdir. Bu qurumlar uzun illərdir ki, Azərbaycana qarşı bütün istiqamətlədə  o cümlədən Qarabağ məsələsində mübarizə aparırlar. Böyük dövlətlərin büdcəsindən maliyyəşən bu qüvvələr Azərbaycana qarşı, onun rəhbərliyinə qarşı hər bir çirkin oyundan çıxırlar. Çünki bütün başqa üsullardan istifadə etdilər, alınmadı. Düşmənə östərilən yardımlara, hərtərəfli dəstəyə və bütün təxribatlara baxmayaraq  Azərbaycan  Tarixi qələbə qazandı və öz torpaqlarını işğaldan azad etdi. Ona görə bu anti azərbaycan qüvvələr yeni üsullar, vasitələr axtarırlar. Hədəfləri isə gənclərdir. Cənab Prezident gənclərə müraciət edərək  qeyd etmişdir. Azərbaycan gəncləri əminəm ki, bu fitnələrə uymayacaq. Azərbaycan gəncləri həm mülki həyatda, həm orduda, həm sərhəddə-hər yerdə öz böyüklüyünü dəfələrlə göstərmişdir və əminəm ki, dövlətimizin qorunması işində bundan sonra da fəal və uğurlu olacaqlar.

 

Fatimə Məmmədova,

Sabirabad rayon Heydər Əliyev mərkəzində məsləhətçi

 


23:52 04.02.2022