

Fərhad Əliyevin qohumu 21 yaşında Əmlak Komitəsində Hüquq şöbəsinin müdiri olub…
Rabitə nazirinin 1-ci müavini Əli Abdullayevin Çexiyadakı mülkləri, şirkətləri…
Haqqında bəhs edəcəyimiz Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirinin birinci müavini Əli İZZƏT oğlu Abdullayev kimdir, nəçidir ?
Bu adamın tərcümeyi-halı “erməni budaq cümləsinə” oxşayır.
1999 – 2005-ci illərdə Azərbaycan Universitetini Beynəlxalq münasibətlər ixtisası üzrə, 2005-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsini hüquqşünaslıq ixtisası üzrə bitirmişdir.
Ay adam, konkret yaz görək, sən neçənci ildə “dünyaca məşhur” Azərbaycan Universitetinə girib və neçənci ildə bitirmisən ?
Birincisi, sən necənci ildə Cəlilabadda anadan olmusan ?
Bunu niyə gizlədirsən ?
Ay adam, yazırsan ki, 2000-ci ildə Əmlak Məsələləri Dövlət Komitəsində Hüquq şöbəsinin müdiri işləmisən.
Ay adam, sən Azərbaycan Universitetini qurtaran kimi o boyda Əmlak Komitəsində necə Hüquq şöbəsinin müdiri oldun ?
Bəli, keçmiş komitə sədri Fərhad Əliyevin “yekəlməyində” onun qohumu, sənin atan İzzət Abdullayevin xidməti olmuşdu. Fərhad Əliyev də buna görə, səni partadan duran kimi Əmlak Komitəsində Hüquq şöbəsinə müdir təyin etdi.
Yeri gəlmişkən, Əli Abdullayevin atası İzzət Abdullayev ötən əsrin 70-ci illərində Cəlilabad Rayon İcraiyyə Komitəsinə rəhbərlik edib. Sonralar Biləsuvar və Cəlilabad rayonlarında suvarma idarələrinin rəisi, Meliorasiya və Su Təsərrüfatı Komitəsində məsul vəzifədə işləyib. Fərhad Əliyevin yüksəlişində də bir qohum kimi Əli Abdullayevin atasının ciddi dəstəyi olub.
Bu qədər bəsit və sadə.
Həə, deməli, partanın arxasından təzəcə duran Əli Abdullayev qohumu Fərhad Əliyevin sayəsində komitədə şöbə müdiri oldu.
Məlumdur ki, sonra Fərhad Əliyev həbs edildi və onu Kərəm Həsənov əvəz elədi.
Kərəm Həsənov zamanı nəzərə alaraq Əli Abdullayevi aparatdan uzaqlaşdırıb HƏRRAC keçirməyə göndərdi, daha dəqiq desək, Hərracların Təşkili üzrə Auksion Mərkəzinə baş direktor.
Bu sadə məsələ deyildi. Deməli, Əli Abdullayev sovet dövründən qalma zavod, fabrikləri, əraziləri, binaları ÇEK vasitəsilə sataraq milyonlara sahib oldu və Kərəm Həsənovun da etimadını doğrultdu.
Sonra Əli Abdullayev bir neçə il Heydər Əliyev Fondunda hüquq məsələləri üzrə ekspert oldu və ...
2016-cı ildə nazir Ramin Quluzadə Əli Abdullayevi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə Aparat rəhbəri təyin etdi.
Əli Abdullyev sonradan nazirin 1-ci müavini oldu.
İndi isə keçək əsas məsələyə.
Belə ki, Ramin Quluzadə özünü doğrulda bilməyib nazir vəzifəsindən gedəndən sonra Rəşad Nəbiyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziri təyin edildi və...
Əli Abdullayevin qara günləri başladı.
Səbəb nə idi ?
Bəziləri yazır ki, guya Rəşad Nəbiyev islahatlara start verib. Gülməli arqumentdir.
Sadəcə, Əli Abdullayev nazirlikdə Aparat rəhbəri olanda qurumun Maliyyə-uçot şöbəsinin müdiri Rəşad Nəbiyevi saatlarla qəbul otağında gözlədirmiş. İndi aydın oldumu səbəb nədir ? Nə islahat-reforma-filan ?
Bəli, Rəşad Nəbiyev Əli Abdullayevi yola salır ...
İndi görək uzun illər Əmlak Komitəsində, Hərrac Mərkəzində işləyən Əli Abdullayevin nələri var ?
Bu adamın təkcə Çexiyada N qədər şirkəti, mülkləri var.
Bakıda xeyli sayda bahalı mənzilləri, avtomobil kolleksiyasl var.
Əli Abdullayevin Çexiyadakı biznesini Azərbaycanda Hacı Turqay adı ilə məşhur olan işadamı Turqay Ələkbərovun qardaşı Fərid Ələkbərov idarə edir. O, Hacı Turqayın və onun biznes ortağı, məşhur "Sevimli Dad" mağazalar şəbəkəsinin sahibi Murad Məmmədovun da Çexiyadakı şirkətlərini idarə edir.
Yeri gəlmişkən, Əli Abdullayevlə bağlı bir məsələni də qeyd edək.
Belə ki, hazırda külli-miqdarda dələduzluğa görə müttəhimlər kürsüsündə oturan Lətif Nəbiyev deyib ki, işədüzəltmə adı ilə aldığım 250 min dolları nazirin 1-ci müavini Əli Abdullayevə vermişəm.
Həə, qalanı bizlik deyil. Qoy əlahəzrət dövlət qurumları məşğul olsun.
P.S Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.