isaznow.com
Az Iw En Ru

CƏNUBİ QAFQAZIN SÜLH QUŞU !..

Bildiyiniz kimi 21 fevral 2022-ci ildə Rusiya prezidenti Vladimir Putinin rəsmi dəvəti ilə, Azərbaycan prezidenti(31 oktyabır 2003-cü ildən) İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti (21 fevral 2017-ci ildən) Mehriban Əliyeva Rusiyayaın paytaxtı Moskva şəhərində rəsmi səfərdə olublar.
Yadınıza salım ki, 21 fevral 2022-ci ildə Rusiya prezidenti Vladimir Putinin "DXR" və "LXR" adlı , Ukrayna Dövlətinin keçmiş Donetsk və Luqansk adlı bölgələrinin bir hissəsində yaradılmış qondarma respublikaları Rusiya dövlətinin rəsmən tanıdığı qərarları imzalamışdı. Rusiyada və dünyanın digər ölkələrində yaşayan ermənilər və ermənipərəst qüvvələr İlham Əliyevin məhz 21 fevralda Moskvaya səfərindən guya Ukrayna dövlətinin maraqlarına hörmətsizlik edildiyi cəfəngiyyatını qabartmağa çalışırlar. Ancaq dünya diplomatiyasından xəbəri olan hər hansı bir adam dəqiq bilir ki, prezidentlərin hər hansı bir ölkəyə səfəri aylarla, hətda illərcə əvvəldən planlaşdırılır və razılaşdırılır. Deməli İlham Əliyevin Rusiyaya rəsmi səfəri ən azından 2-6 ay əvvəl planlaşdırılmışdır və rəsmiləşdirilmişdir. Yeri gəlmişkən 04 aprel 2022-ci ildə Rusiya və Azərbaycan arasındakı Diplomatik münasibətlərin 30 ili tamam olur. Müstəqil Azərbaycanda 25 oktyabır 1992-ci ildən Rusiya səfirliyi rəsmi fəaliyyətə başlayıb. Rusiya və Azərbaycan dövlətləri arasında 03 iyul 1997-ci idə Dostluq müqaviləsi, 03 iyul 2008-ci ildə Dostluq və Strateji tərəfdaşlıq müqaviləsi imzalanmışdır. İlk olanları yada salsaq, Azərbaycanın sayca ikinci prezidenti Əbülfəz Elçibəy 12-13 oktyabır 1992-ci ildə Rusiyada rəsmi səfərdə olarkən o vaxt Rusiya prezidenti olan Boris Yeltsinlə "Azərbaycan və Rusiya arasında dostluq, əməkdaşlıq və təhlükəsizlik" müqaviləsini də imzalamışdırlar. Ardınca Əbülfəz Elçibəy 9-10 dekabır Ukraynada səfərdə olarkən, o vaxt Ukrayna prezidenti olan Leonid Kravçukla "Azərbaycan və Ukrayna arasında dostluq və əməkdaşlıq müqaviləsi" də imzalamışdılar. Bir sözlə desək ilk olaraq 04 aprel 1992-ci ildən başlamış 01 yanvar 2020-ci ilə kimi Rusiya və Azərbaycan Dövlətləri arasında 150-dən çox beynəlxalq - hüquqi sənədlər imzalanmışdır!..
Müasir Rusiya dövləti və müasir Azərbaycan Dövləti arasında heç vaxt hərbi toqquşmalar olmasa da, ancaq iki qanlı hadisə; l. SSRİ Dövlətinin tərkibində olan Azərbaycan SSR-nın paytaxtı Bakı şəhərində 20 yanvar 1990-cı ildə baş vermiş, Azərbaycan Xalqının tarixinə "Qanlı yanvar" adı ilə düşmüş və 2- ci .Fevral ayının 25-dən 26-na keçən gecə 1992-ci ildə törədilmiş, Azərbaycan xalqının tarixinə "Xocalı soyqırımı" adı ilə düşmüş hadisələr heç vaxt Azərbaycan Xalqının yaddaşından silinməyəcək!!!
Yadıma ingiltərəli jurnalist Tom de Valın dediyi tarixi sözlər düşdü :
"Məhz 20 yanvar 1990-cı ildə Moskva Azərbaycanı itirdi"!..
43 maddədən ibarət Bəyannamədə bildirilir ki, Azərbaycan və Rusiya öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti əsasında qürur, aktual beynəlxalq problemlər üzrə eyni və ya yaxın mövqelər tutacaqlar.
Son zamanlar Azərbaycanda çox geniş müzakirə olunan Moskvada imzalanmış müqavilə ilə əlaqədar olan fikirlərdən belə nəticə çıxarmaq olar ki,damarlarında onlarla millətlərin qan qarışığı axan "azəricalaq" ETNOS parazitlər xalqa izah etməyə çalışırlar ki, imzalanmış müqavilə Azərbaycan Dövlətinin və Azərbaycan Xalqının milli maraqlarına ziddir. Guya Azərbaycan bu müqavilə ilə öz müstəqilliyini itirəcək, Xalqa izah etməyə çalışırlar ki, Türkiyə ilə "qardaşlıq" Azərbaycanın yeganə xilas yoludur, Şuşa bəyannaməsi bizə bəsdir və s…
TARIXI ARAYIŞ:
Şuşa bəyannaməsi kimi tanınan sənəd Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində 15 iyun 2021-ci ildə imzalanıb. Bu müqavilə Azərbaycan Dövləti və Türkiyə arasında strateji müttəfiqlik müqaviləsidir, Azərbaycan və Türk dillərində tərtib edilmişdir.
Azərbaycan prezidenti:
31 oktyabır 2003-cü ildən Azərbaycan Respublikasının sayca 4-cü prezidenti İlham Əliyev 24 dekabır 1961-ci ildə anadan olub.
Türkiyə prezidenti :
28 avqustn2014-cü ildən Türkiyə dövlətinin sayca 12-ci prezidenti olan Rəcəb Tayyib Ərdoğan 26 fevral 1954-cü ildə anadan olub.
Əslində Azərbaycan Dövlətinin son 20-25 ildə çox məharətlə həyata keçirdiyi BALANSLI SİYASƏT tək Şuşa bəyannaməsi ilə sanki, TƏK QANADLI SÜLH QUŞunu xatırladırdı. Moskva müqaviləsi isə sanki tək qanadlı SÜLH QUŞUnu CÜT QANADLI SÜLH QUŞUna çevirdi. Bəli həqiqət budur ki, Azərbaycan bir müstəqil SÜLH QUŞU kimi məhz Türkiyə və Rusiya dövlətləri arasında tam NEYTİRAL, BƏRABƏR BALANSLI siyasət aparmaqla öz dövlət müstəqilliyini ƏN ƏVVƏL Cənubi Qafqazın üç iri dövlətindən -- Rusiyadan - Türkiyədən - İrandan qorumaqla, yenidən NEYTİRAL BALANSLI XARICI SİYADƏTində insanlığını hər 3 dövlətə sübut və qəbul etdirdi.....Heç zaman Rusiya Azərbaycanın ərazisində NATO (Türkiyə bu birliyin üzvüdür və ABŞ-dan sonra ən iri hərbi gücüdür) dövlətinin "at oynamasına" razı olmaz və Azərbaycan dövləti Türkiyə dövləti ilə münasibətlərdə Rusiyanın regional maraqlarını nəzərə almasa Rusiya Azərbaycana bu addımını bağışlamaz. Azərbaycan Dövlətinin və Xalqının milli və regional maraqlarına 100% təminat verən Moskva bəyannaməsi cənub qonşumuz İran dövlətinin gələcəkdə Azərbaycanın maraqlarını taptalayacaq addımların qarşısını tam alır və Azərbaycan tək Türkiyənin deyil və həmdə Rusiyanın strateji - hərbi tərəfdaşı kimi artıq İrandan ola biləcək təhlükələri tam qandallayır. Yadınızdadırmı 2021-ci ildə İran hərbi maşınının Cənubi Azərbaycanda bizə qarşı güc nümayişinə qalxması. Bax bu kimi hallar artıq NÖQTƏlənir.
Keçək ən yaralı yerimiz Qarabağ və Ermənistan çəkişmələrində nələr qazandığımıza.
Moskva bəyannaməsi bağlanar-bağlanmaz dünya erməni lobbisi, dünya erməniləri, Ermənistan və Qarabağda yaşayan ermənilər vəlvələyə düşdülər. Bəli tam şəkildə ermənilərə aydın oldu ki, onların Qarabağ arzularında, ambisiyalarında yeganə ümüd yerləri olan Rusiya artıq tam olaraq Azərbaycanın haqq işini dəstəkləyir və onların 30 illik xəyalları heç oldu. Mənim şəxsi qənaətimə görə Qarabağda yaşayan erməni əsilli əhaliyə Moskva bəyannaməsi açıq şəkildə bildirdi ki, onların iki yolu var ;
1.Ya Azərbaycan vətəndaşlığını qəbul edib Azərbaycan Xalqının tərkib hissəsinə qoşularaq Qarabağda yaşamalıdırlar və ya
2. birdəfəlik bu ərazilərdən köçüb boşaltmalıdırlar.
Moskva bəyannaməsi ermənilərin yaratdığı "DQR" adlandırılan qondarma quruma aydın şəkildə bəyan etdi ki, Azərbaycan ərazilərində Gürcüstan ərazisindəki Abxaziya və Cənubi Osetiya, Moldova ərazisindəki Pridnestrovya, Ukrayna ərazisindəki, Krım, "DXR", "LXR" variantları baş tutmayacaq. Hətda bir nəfər kimi ruslaşsalarda yalnız Azərbaycanın Rus əsilli vətəndaşı ola bilərlər..
Daha bir vacib məsələyə öz fikrimi bildirim;
"azəricalaq" ünsürlər xalqın beyninə yeridirlər ki, "Rus qoşunlarının Azərbaycan ərazisində olması Azərbaycanın müstəqilliyinə təhlükədir!"
Niyə?, Nə səbəbdən?
Sadə dildə izahın verim. Bildiyiniz kimi 18 fevral 1952-ci ildə Türkiyə NATO - ya üzv olduqdanda əvvəl 1951-ci ildən Türkiyənin İncirlik şəhəri yaxınlığında ABŞ - nın "İncirlik" hərbi bazası fəaliyyətdədir.
Sivil Avropa adlandırdığımız Avropa birliyinə daxil olan elə bir ölkə yoxdur ki, orda ABŞ-nın bazası olmaya, Yaponiya kimi iqtisadi nəhg olan bir dövlətin ərazisində ABŞ-nın Misava, İvakuni, Yokota və s. 7 şəhərində hərbi bazası var.... Bu siyahını nə qədər desən uzatmaq olar. Məgər bu bazalar həmin dövlətlərin müstəqilliyinə təhlükədir? Xeyir! Əksinə həmin dövlətlərin təhlükəsizliyinə əlavə zəmanətdir! Fikrimcə hər hansı bir məsələ müzakirə olunanda "Çayxana", "Divan" və s. siyasətçilərinin, qara camaatın fikirləri deyil ölkənin Siyasi institutlarının, görkəmli siyasətçilərinin fikirləri əsas götürülməlidir.... Bəs nədən kütlənin beyninə yeridirlər ki, Türkiyə hərbi bazası Azərbaycanda olsa olar amma Rusiyanınkı yox? Əsas səbəb Azərbaycan Xalqının beyninə yeridilmiş "azəritürkü" xəstəliyidir. Rəhmətlik Heydər Əliyev dəfələrlə deyib ki, Bizim dövlətin adı AZƏRBAYCANdır, Xalqımızın adı AZƏRBAYCANLILARdır, Dilimizin adı AZƏRBAYCAN DİLİdir! Həqiqət budur. Azərbaycan Dövlətinin ərazisində özlərini "azəritürkü" hesab etməyən onlarla azsaylı millətlər vardır ki, AZƏRBAYCANLI adından şərəf duyur, Azərbaycan dilini ANA DİLİ qəbul edir. Belə ki, Udini, Tati, Kürdü, Talışi, Ləzgi, Albani, Gürcü, Rus,Ukraynalı və s. millətlərlə yanaşı özlərini ODLAR YURDU AZƏRBAYCANın ilk sakinləri olan AZƏRİ millətindən olan İNSANLARımız da vardır ki, hamısı bir Xalqa Azərbaycan xalqına xidmət edir və AZƏRBAYCANLI adından şərəf duyurlar....
Təkrarən yazmağı özümə borc bilirəm ki, Azərbaycan Türkiyə və Rusiya ilə bağladığı strateji-tərəfdaşlıq müqaviləsinin eynini Azərbaycan dövlətinin və xalqının ETİBARLI və TƏMƏNNASIZ dostu olan İsrail Dövləti və Yahudi Xalqı ilə də bağlasaydı,Azərbaycan Xalqının siyasi-milli maraqları üçün lap ƏLA olardı. Əminəm ki, bu halda Azərbaycan Cənubi Qafqazın İKİ QANADLI SÜLH GÖYƏRÇİNİndən Cənubi Qafqazın ÜÇ BAŞLI QARTALına çevrilərdi.
Fikrimcə Azərbaycan dövləti öz xarici siyasətində Rusiya və Türkiyə kimi HƏRB GÜCLƏRİnə arxalanmaqla yanaşı, bütün dünyanın BEYİN GÜCÜ olan və HƏRBi GÜCündə yetərincə olan İsrail Dövləti və Dünya Yahudi Lobbisi ilə əlaqələri daha da genişləndirməlidir.
Hər bir insan üçün aydındır ki, XXI əsir BEYİN GÜCÜ əsridir. Bu cəbhəyə isə Yahudi Xalqının nümayəndələri başçılıq edirlər.
Azərbaycan Xalqının BEYİN GÜCÜnə sahib olması üçün Yahudi Xalqı nümayəndələri çox effektli MÜƏLLİM rolu oynaya bilər.
Dünya siyasi şahmat müstəvisində baş verənləri çox əla analiz edib və lazimi tədbirləri vaxtında görmək bacarığına malik Azərbaycan prezidenti ətrafında xalqın monolit birliyi yaxın gələcəkdə Azərbaycan Xalqını dünyanın aparıcı xalqları sırasına çıxaracağ mütləqdir! ""

İbrahim Həsənov("İBO")


22:13 28.02.2022