

Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının martın 15-də Gülüstan sarayında təməlqoyma mərasimi keçirilib. Mərasimdə ölkə başçımız cənab Prezident İlham Əliyev çıxış edərək elektrik stansiyasının vacibliyini vurğulayıb.
Azərbaycanda mövcud olan stabillik investisiya cəlb etmək baxımından unikal şərait yaradıb. Prezident İlham Əliyev enerji istehsalına xaricdən kapital axınının artmasının səbəbini qonşuların buna olan ehtiyacı və ölkədəki sabitliklə əlaqələndirib: "Azərbaycanda mövcud olan sabitlik, iqtisadi inkişaf, qonşu ölkələrlə münasibətlərimiz, nəqliyyat, kommunikasiyalar, elektrik xətləri nöqteyi-nəzərdən qonşu ölkələrlə sıx təmaslar unikal bir vəziyyət yaradır ki, Azərbaycan nəinki xam neft, neft məhsulları və təbii qaz, eyni zamanda, elektrik enerjisinin böyük istehsalçısı və ixracatçısı olacaqdır".
Ümumi gücü 230 mVt/xəbər verir. Çıxış edərkən bu mövzuya toxunan dövlət başçımız bildirmişdir ki, Keçən il 4 su elektrik stansiyası bərpa olunub. Onların ümumi generasiya gücü 20 meqavatdır. Cari il isə 5 su elektrik stansiyasının yenidən qurulması planlaşdırılır və bu stansiyaların generasiya gücü 27 meqavat olacaqdır. Bu stansiyaların ancaq Kəlbəcər və Laçın rayonlarında sayı 30-dan çox olacaqdır və bu, su elektrik stansiyalarıdır.
Günəş və külək elektrik stansiyalarının yaradılması üçün daha böyük potensial var. Bütün infrastruktur yaradılıb, daxili xətlər müasirləşdirilib, bir çox yarımstansiyalar inşa olunub, o cümlədən azad edilmiş torpaqlarda cəmi bir il ərzində 7 yarımstansiya yaradılıbdır. Xarici şirkətlər bütün bunların fərqində olduqları üçün Azərbaycanın bərpaolunan enerji mənbələrinə xüsusi maraq göstərirlər.Azərbaycan da növbəti illərdə bərpaolunan enerjinin istehlakda payını artırmaq niyyətindədir.
Əlabbas Şıxəliyev,
“Sabirabad Konserv” ATSC-nin sədri