

Azərbaycan idmanın inkişaf səviyyəsinə görə dünyada aparıcı ölkələrdən biri kimi tanınır.Buna görə, ilk növbədə, dövlətimizin idmana göstərdiyi diqqət və qayğını xüsusi vurğulamaq lazımdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında bu sahədə həyata keçirilən düzgün və məqsədyönlü dövlət siyasəti sayəsində ölkəmiz Avropanın və dünyanın idman mərkəzlərindən birinə çevrilib.Ümumiyyətlə Azərbaycan idman ölkəsidir. Azərbaycan Milli Olimpiya Komitəsinin yaranması və Prezident İlham Əliyevin bu komitəyə rəhbərliyindən sonra bu istiqamətdə köklü və müsbət dəyişikliklər başlandı,ölkəmizin Olimpiya Hərəkatının surətli inkişafina təkan vermiş və onun Beynəlxalq Olimpiya oyunlarının hərəkatına qoşulmasını təmin etmişdir.Hazırda Azərbaycan idmançıları bir çox idman növlərində bayrağımızı layiqincə təmsil edir və dalğalandırırlar.Ən yeni uğurlarımızdan biri isə güləşçilərimizin Bolqarıstanda keçirilmiş Avropa çempionatında qazandıqları uğurdur.
Ölkəmizdə olan sərbəst güləş idman növü zəngin tarixə və özünəməxsus ənənələrə malikdir. Güləşin qədimliyini sübut edən faktlardan biri Azərbyacanda toy və bayram şənliklərində insanların bu növdə özlərini sınamalarıdır.Azərbaycanda güləş yarışları xüsusi yerlərdəkeçirilirdi. 20-ci əsrin əvvəllərində pəhləvanlarımız Sail Süleyman, Rəşid vəCümşüd Yusifov qardaşları dünyada tanınırdılar.İndidə gənc güləşçilərimiz bu ənənələri davam etdirməkdədirlər.İdmançılarımızın uzun illər dünyada Azərbaycanı layiqincə təmsil etmələrində ən aparıcı amil düzgün aparılan siyasətdir. Hələ Ulu Öndər Heydər Əliyevin biz şahmatçılara göstərdiyi qayğı və diqqət idmançılarımızın uğurlarınin təməli olub.Hazırda bu diqqət və bu qayğı Cənab Prezident İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən davam etdirilir. Qazanılan hər bir uğur, dalğalanan bayrağımız və səslənən himnimiz böyük zəfərimizin təcəssümüdür.
Cənab prezidentin vurğuladığı ən önəmli məsələlərdən biri də30 ilə yaxın beynəlxalq arenalarda istər idman, istər siyasi arenalarda məğlub edilmiş ölkə kimi təmsil olunurduq. Xalqımızın 44 günlük Vətən müharibəsində qazanılan qələbələrlə tarixinin şanlı səhifələrini yaşadı. İgid oğullarımız düşmənin bütün terrorçu əməllərinə baxmayaraq onlara məhz döyüş meydanında layiqli cavab verərək tarixi torpaqlarımızda Azərbaycan bayrağını dalğalanırdı. Son günlər idmançılarımız əldə etdiyi qələbələrlə yeni şanlı səhifələr yazır, bayrağımızı beynəlxalq arenalarda dalğalandığı və xalqımıza böyük qürur hissi yaşadırlar.
Səbinə İsmayılova,
Yeni Güdəcühür qəsəbə klub-icma mərkəzinin müdiri