isaznow.com
Az Iw En Ru

Emin Əmrullayev Misir Mərdanovun və sabiq təhsil nazirlərinin atasına rəhmət oxudur… - Emin Əmrullayev könüllü rüşvətdən danışır…

Müdriklər  təhsil ilə bağlı çox dəyərli fikirlər söyləyiblər. 
Məsələn, təhsili olmayan millətlər, təhsili olan milllətlərin əsarətində olacaqlar. 
Yaşlı nəsil gözəl bilir ki, indi çoxlarının bəyənmədiyi Sovet dövləti  30-cu illərdə  savadsızlığı ləğv etmək üçün hətta ən ucqar kəndlərdə  kurslar təşkil edir, gecə məktəbləri açırdılar ki, yaşlı insanlar işdən sonra gəlib oxuyub-yazmaq öyrənsinlər. 
Məhz bu yolla  uzun illər sonra ölkəmizdə savadsızlıq  ləğv olundu. 
Ancaq nə qədər acı da olsa  etiraf etməliyik ki, son illər əks proses  başlayıb. 
Həkim öz ixtisasını bilmir, istintaq aparmalı olan hüquqşünas hüquq elmindən başqa çox şey bilir və eləcə də digər sahələrdə də  oxşar vəziyyətdir. 
Sözün qısası, təhslimizdə bir tənəzzül mərhəlləsi başlayıb. 
Düzdür, dövlətimiz son 15-20 ildə xeyli sayda müasir məktəblər tikib istifadəyə verib, müəllimlərin maddi durumu əvvəlki illərlə müqayisədə  xeyli yaxşılaşıb, məktəblər müasir avadanlıqlarla təmin olunub. Amma…
Əmması odur ki, təhsilimzdə KEYFİYYƏT  dəyişikliyi baş vermir. Əksinə geriləmə hiss olunur. 
Bu proses əsasən,  2  il öncə  Emin Əmrullayev təhsil naziri təyin olunandan sonra başlayıb. 
Təsəvvür edin ki, təhsildən danışanların çoxu  keçmiş təhsil naziri Misir Mərdanovun atasına rəhmət oxuyur. 
Bizim məqsədimiz Misir Mərdanovu, sabiq təhsil naziri Mikayıl Cabbarovu  tərifləmək, mədh eləmək deyil. 
Əksinə vaxtilə müxtəlif təhsil  nazirlərinin fəaliyyətinə dair tənqidi yazılar dərc etmişik. 
Amma  onların nazir olduğu dönəmdə təhsildə  heç olmasa müəyyən uğurlar var idi. Əlbəttə qüsurlar da yox deyildi. 
Məsələn, sabiq təhsil  naziri Misir Mərdanovun rəhbərliyi dönəmində  məktəblərdə  təlim-tərbiyə məsələsinə çox ciddi fikir verilirdi, məktəblərdə  cinayət xarakterli əməllər çox az idi. 
Yəni Misir Mərdanov məktəbə, uşaq bağçasına, ali məktəbə  menecer kimi deyil, PEDOQOQ  kimi yanaşırdı. 
Hər şey də məhz yanaşmadan asılıdır. 
Yaxud onun nazir olduğu dönəmdə məktəb direktorlarının savadı ilə yanaşı, mənəvi-əxlaqi dəyərləri də ciddi nəzərə alınırdı. 
Axı, məkəb direktoru  təkcə şagirdlərə  deyil, həm də öz kollektivinə nümunə, örnək olmalıdır. 
Yaxud  sabiq təhsil  naziri  Mikayıl Cabbarovun dövründə müəllimlər arasında ciddi  atestasiya  prosesi keçirildi.
Müəllimlərin bilikləri qiymətləndirildi. Bunun çox böyük əhəmiyyəti var idi. 
Çünki savadlı müəllimlə savadsız müəllimin əməyi eyni cürə qiymətləndirilə biməzdi. 
Əgər müəllim yüksək əmək haqqı almaq istəyirsə, öz üzərində işləməli, öz savadını bacarığını  artırmalıdır. 
Sözün düzü, Mikayıl Cabbarov ixtisasca iqtisadçi  olsa da,  təhsilə müəyyən yeniliklər gətirdi. 
Ondan sonrakı təhsil naziri, indiki xarici işlər nazirimiz Ceyhun Bayramovun da fəaliyyəti müsbət idi. 
Amma, təəssüf ki, iki ildir  Azərbaycan Respublikasının təhsil naziri olan  cənab  Emin Əmrullayevin fəaliyyəti barədə müsbət  nəsə demək olmur. 
Bu adam təhsil naziri olandan, təhsil sahəsində heç bir ciddi  addım atmayıb. Əksinə təhsilimizin səviyyəsi  ilbəil aşağı düşür. 
Məktəblərdə rüşvət halları artıb. 
Təhsil  naziri Emin Əmrullayev deyir ki, valideynlər rüşvəti könüllü verir.  
Deyilənə görə, bu adam başa düşmür ki, bir neçə gün öncə orta məktəblərdə valideynlərdən  yığılan pullara bəraət qazandırır və deyir ki, “ Mən orta məktəbdə oxuyanda da pul yığılırdı...”
Və cənab nazir deyir ki, əgər valideynlər müəllimlərə, məktəbə  könüllü pul verirsə, nə edə bilərik..? 
Bax, budur gənc nazirlərimizin islahatı…..
Nazir utanıb-qızarmadan  “valideyn  komitəsi”ndən danışır və bunu könüllü birlik hesab edir. Və guya bu Azərbaycan qanunvericiliyində var. 
Nazir başa düşmür ki, şagirdin müəllimə pul uzatması ən əxlaqsız məsələdir. 
Nazir sonra deyir ki, valideynlərdən pul yığılırsa, bunun mexanizmi olmalıdır: “Problem odur ki, bizdə hazırda bunun mexanizmi yoxdur. Bu qurum varsa, şəffaf olmalıdır, valideynin razılığı olmalıdır. Hazırda problemlər mexanizmlərin olmaması ilə əlaqədardır”.
Deməli, Emin Əmrullayev  məktəblərdə rüşvət verməyin MEXANİZMİNİ  axtarır. 
Görəsən, təhsil naziri Emin Əmrullayev niyə bircə dəfə şəhid ailəsinin təhsil haqqını ödəyə bilməməsindən, yaxud təhsil haqlarının dözülməz olmasından, bu səbəbdən yüzlərlə tələbənin qovulmasından danışmır ?
Amma könüllü rüşvətdən danışır…
Bax, bu yerdə  deyirlər ki, haradasan, ay Misir Mərdanov, ay Mikayıl Cabbarov, ay Ceyhun Bayramov...?
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


23:47 15.04.2022