isaznow.com
Az Iw En Ru

Lerikdə BİABIRÇILIQ: Bələdiyyə sədri “mən pulumun hesabına gəlmişəm, siz məni gətirməmisiniz ki”

Son günlər cənub bölgəsinin dilbər güşələrindən olan Lerik rayonu heç də xoş günlərini yaşamır.

Bu barədə DOSYE.ORG-a rayon sakinləri məlumat verib. İllərlə haqsızlıqlarla üzləşən sakinlər iddia edirlər ki, narazılıq məmur özbaşınalıqları və şikayətlərin araşdırılmaması ilə bağlıdır. Əslində, leriklilər öz əziyyətləri hesabına dolanar, heç bir zaman məmurlardan nəyisə unmazlar. Çünki, cənublular halal zəhmətləri ilə dolanmağı adət ediblər. Lakin yaşayışlarına mane olan hegamon məmurlar heç zaman cəzalanmayıb, əksinə, hazırda vəzifə sahibləridir. Xatırlayırsınızsa rayonun keçmiş icra başçısı, hazırda Ağsu RİH başçısı Rövşən Bağırov haqqında tutarlı məlumatlar dərc edirdik. O zaman leriklilər saytın elektron ünvanına yazıb bizə təşəkkürlərini bildirir və şikayətlərini bundan sonra bizim ünvana göndərəcəklərini söyləyirdilər.

Bu gündə eyni ssenarı davam edir. Rayonda TŞ-nin müdri işləmiş Balaşirin Nəsirov hansı haqla rayona Bələdiyyə sədri gətirilib? Bələdiyyələr müstəqil olaraq öz fəaliyyətlərini davam etməli olduğu halda, Lerik icra hakimiyyəti onların əl-qolunu elə bağlayıb ki, müstəqillikdən söhbət gedə bilməz. Əvvəla, bələdiyyə sədri rayon sakinləri tərəfindən seçilir və fəaliyyətini icra hakimiyyətinə tabe olmadan davam etdirməlidir. Necə ola bilər ki, şikayətlər əsasında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Balaşırın Nəsirovun saxta əməlini ifşa edir və onu maddə ilə işdən azad etmək barədə məhkəmə qərar çıxarır. Yəni, B. Nəsirov heç bir qurumda fəaliyyət göstərə bilməz. Amma bir müddət keçdikdən sonra məhkəmə qərarı arxa plana atılır və Balaşirin Nəsirov Bələdiyyə sədri “təyin” edilir. Bundan sonra rayonda yenidən hegamonluq başlayır. Üstəlik sakinlərə bildirir ki, “mən pulumun hesabına gəlmişəm, siz məni gətirməmisiniz ki”. Deməli, “sədr” icra başçısına küllü miqdarda rüşvət verib. Biz yazanda ki, rayonda məmur özbaşınalıqları, rüşvətxorluq pik həddədir, icra hakimiyyətindən isə bizi böhtançı adlandırırdılar. Hardadır rayonu viran qoyan Cəlil Baxşiyev? Nə üçün rayon sakinlərinin problemləri ilə maraqlanmır? Zaman hər bir dərdin dərmanıdır. Unutmayın ki, qanun qarşısında istənilən məmur acizdir. Növbəti yazılarımızda daha ətraflı məlumat veriləcək.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

DOSYE.ORG

 


06:58 26.04.2022