isaznow.com
Az Iw En Ru

BDU-da Yəhudi xalqına qarşı törədilmiş Holokost soyqırımı” mövzusunda təlim keçirilib

Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə “Şərq ölkələri və xalqlarının tarixi" layihəsi çərçivəsində "Yəhudi xalqına qarşı törədilmiş Holokost soyqırımı” mövzusunda təlim keçirilib.

Təlimdə Tarix, Beynəlxalq münasibətlər və iqtisadiyyat, Jurnalistika, Kimya və Fizika fakültələrinin tələbələri iştirak edib. Təlimçilər - Antisemitizm mövzusu ilə bağlı bir neçə məqalə qələmə almış Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Hacıbaba Mustafayev və mövzu ətrafında bir neçə seminarda məruzəçi kimi çıxış etmiş Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Regionşünaslıq (İsrail üzrə) ixtisasının tələbəsi, fakültə üzrə Tələbə Elmi Cəmiyyətinin sədri Elnarə Həsənova iştirakçılara mövzu ilə bağlı geniş məlumatları məruzə etmişdirlər. Əsasən İkinci Dünya Müharibəsi illərində törədilmiş cinayətlər və Antisemitizm tarixi ilə bağlı mövzulara toxunulub.


01:21 20.05.2022