isaznow.com
Az Iw En Ru

"Aldığım telefonu ofisinizin önündə YANDIRACAM..." - "Baku Electronics"ə ETİRAZ

"Dostlar, aldanmayın, bunlardan kimsə cihaz almasın". Bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Rövşən Lətifov adlı istifadəçi digər vətəndaşlara xəbərdarlıq edir.


Daha sonra narazı vətəndaş yazır: "May ayının 12 si bunların şəki şöbəsindən ipone 11 almışam. Telefonda donmalar var idi , önəmsəmədim. Donmalar çoxaldı , kamera ilə danışıq apardığımda ön kameranın bərbat olduğunu , günəş ışığının pik sürətdə ekrana yansıdığını gördüm. Aldığımın 14 cü günü servisə yaxınlaşdım problemlərini bildirdim. 14 gün ərzində servislə əlaqə saxlaya bilmədim , bu gün özləri əlaqə saxladı və dedilər ki cihazınızı alın.


Yaxınlaşdım dedilər ki , proqram yazılıb donmayacaq , kamera dedim susdular. Gözlərinin önündə kameranın rəzil gündə olduğunu göstərirəm deyirlər ki normaldır. Dəfələrcə vatsapı sildim , yüklədim fəqət kamera görüntüsü eyni rəzil gündədir. Baş ofislərinə yaxınlaşdım , biri dedi ki şəki şöbəsinə yaxınlaş deyirəm bakıda yaşayıram diğəri deyir ki servisə yaxınlaş. Deyirəm servisdən gəlirəm deyirlər normaldı, şəkili göstərirəm deyirəm bu normaldır ? Deyirlər ki yox deyil servisə yaxınlaş. Bunlar topuğundan saç teninə qədər fırıldaqçı imişlər.
Mən səhv etdim bunlardan telefon aldım , onsuz kreditlə almışam ödəməyəcəm, siz eyni səhvi etməyin.
İpone 11-i baş ofislərinin önündə yandırım, ya özümü asım?"

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...


17:02 10.06.2022