isaznow.com
Az Iw En Ru

Hüseynbala Mirələmov növbəti parlament seçkilərində iştirak etmək niyyətindədir - Belə deyirlər...

Sabiq deputat, yazıçı Hüseynbala Mirələmov növbəti parlament seçkilərində iştirak etmək niyyətindədir.

Ona yaxın şəxslər bildiriblər ki, H.Mirələmov yenidən ictimai-siyasi həyata qayıtmağa çalışır.

Məsələ ilə bağlı sabiq deputatla əlaqə yaratsaq da, zənglərə cavab verməyib.

Qeyd: 2021-ci ilin aprelin 21-də H.Mirələmovun sosial şəbəkələrdə qeyri-etik hərəkətlərinin olduğu videosu yayılıb. Görüntülərin ADNSU-nun Elmi Şurasının onlayn iclası zamanı çəkilib. H.Mirələmov ADNSU-da kafedra müdiri, YAP-ın Xətai rayon təşkilatının sədri vəzifələrindən azad edilib, partiyanın Veteranlar Şurasının üzvlüyündən çıxarılıb.


02:28 19.08.2022