

Elşən Çıraqovdan təklif:"Şəhidimizin Milli Qəhrəman adı əbədiləşdirilsin"
Şəhidimiz Şahin Çıraqovla bağlı Kanal24 online tv-si video sujet hazırlayıb.Video sujeti izlədikdən sonra əməkdaşımız Şəhidin oğlu Elşən Çıraqovla əlaqə yaradıb.Atası ilə bağlı yaxın qohumlarından eşitdiklərini dilə gətirən Elşən bildirib ki,atası vəfat edəndən sonra dünyaya gəlib və eyni zamanda qeyd edib ki,torpaqlarımızın azadlığı uğrunda 1ci Qarabağ müharibəsi zamanı könüllü olaraq savaşa qatılan Şahin Çıraqov bir çox mühüm əməliyyatlarda uğurlar əldə edib.Elşən deyir ki,döyüş yoldaşları atası ilə bağlı xatirlərindən danışarkən xüsusilə bir məqamı önə çəkirlər. O da ki, Şahinin həddindən artıq cəsur və şücaətli olmağı idi.Və bunun nəticəsidir ki,daima düşmən üzərinə hər kəsdən birinci atılıb,tökülən qanların qisasını almağa çalışırdı.Şəhid olduğu gün erməni silahlı dəstəsi xain bir tələ quraraq onları pusquya salır.Vətənini canından çox sevən Şahin düşmənlə vuruşaraq qəhrəmancasına Şəhid olur.
Elşən Çıraqov Müdafiə Nazirliyinə və aidiyyatı qurumlara müraciət edərək atasının adının əbədiləşdirilməsini istədiyini deyib:"1ci Qarabağ müharibəsinin ilk günündən atam Şahin Çıraqov cəbhəyə getdi.Könüllü olaraq 844 saylı hərbi hissədə kəşfiyyatçı kimi xidmət edirdi.Xidmət fəaliyyətində bir neçə dəfə Ermənistanda Zod,Vardenis istiqamətində uğurlu kəşfiyyat əməliyyatına rəhbərlik etmişdir.1992 -ci ildə ermənilərin Narıclar istiqamətində hücumunun qarşısın alaraq 10 nəfər hərbçi yoldaşını mühasirədən çıxarmışdır.1 saat düşmənlə təkbətək döyüşərək 4 eməni döyüşçüsün öldürmüş,düşmən geri çəkilmiş özü isə şəhid olmuşdur .Düşmənin postun susdurmuşdur.Həmin döyüşdəki qəhrəmanığına görə atam Milli Qəhrəman adına təqdim olunmuş ,lakin hələ də o məsələ həllini tapmamışdır.Hazırda atam Şahın Çıraqovun adına məktəb vardır.O düşmənin mövqeyinə öldürücü zərbə vuran ilk əsgərlərimizdəndir .Əsil igid, Şəhid Qəhrəmanımızdır.Yaxşı olardı ki ,gec də olsa onun Milli Qəhrəman adı əbədiləşdirilsin!"
Çıraqov Elşən Şahin oğlu