isaznow.com
Az Iw En Ru

Azərbaycanla Qazaxıstan arasında əlaqələr uğurla inkişaf edir

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə rəsmi səfəri əlaqələrin inkişafında qarşılıqlı səfərlər əhəmiyyətli rol oynayır. Səfərlər çərçivəsində keçirilən görüşlərdə müzakirə olunan məsələlər, həmçinin imzalanan yeni sənədlər əməkdaşlıqda yeni prioritetlərin müəyyənləşdirilməsinə yol açır. Qazaxıstan Prezidentinin bu səfəri də ikitərəfli gündəliyin aktual məsələlərinin müzakirəsi, münasibətlərin inkişafına xidmət edən mühüm sənədlərin imzalanması ilə diqqətdə oldu.

Belə ki, hər iki ölkənin dövlət başçıları Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram”ı və “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”ni imzaladılar. 20-dən çox sənəd isə müvafiq strukturlar arasında imzalandı. Bu sənədlər, təbii ki, əlaqələrimizin gələcək inkişafı barədə aydın təsəvvür yaradır. Strateji tərəfdaşlıqdan müttəfiqliyə atılan addım Azərbaycan-Qazaxıstan münasibətlərinin uğurlu inkişafının, hər iki ölkənin dövlət başçılarının əlaqələrimizin inkişafına göstərdikləri diqqətin göstəricisidir.

QazaxıstanPrezidentininsəfəriiki ölkə arasındadiplomatikmünasibətlərinqurulmasının 30 illiyinintamamolması dövrünə təsadüfedir. Bubaxımdansəfər 30 illikyoluntəhlili, əldə olunanuğurlarınfonundaperspektivlərinmüəyyənlşdirilməsibaxımındanbirhesabatkimidə dəyərləndirilə bilər. Prezidentlərin bəyanatlarında bu kimi məqamlar öz əksini tapıb. Qarşılıqlı etimad münasibətlərin inkişafına bələdçilik edir. Dostluq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanan bu əlaqələrin əsası ulu öndər Heydər Əliyev və Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayev tərəfindən qoyulub. Son 19 ilə yaxın dövrdə atılan addımların əsas təqdimatı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən Azərbaycan Prezidentinə Qazaxıstanın “Altın kıran” – “Qızıl qartal” ali ordeninin təqdim olunması oldu. Qazaxıstan Prezidenti qeyd etdi ki, ölkəsində dövlət başçısı İlham Əliyevi görkəmli dövlət xadimi, bütün dünyada Azərbaycanı tarixi Zəfərə, Təhlükəsizlik Şurasının qətnamələrinə tam müvafiq olaraq ərazi bütövlüyünün bərpa edilməsinə gətirib çıxarmış şəxsiyyət kimi tanıyır, ehtiram bəsləyir, hörmət edirlər.

Səfər çərçivəsində imzalanansənədlərarasındaQazaxıstanilə Azərbaycanarasındastratejimünasibətlərinmöhkəmlənməsivə müttəfiqlikqarşılıqlı əlaqələrinindərinləşməsihaqqındaimzalananBəyannaməyə xüsusidiqqətbusənədin əhəmiyyətiadında özünü ehtivaedir. Artıq Azərbaycan və Qazaxıstan təkcə strateji tərəfdaşlar deyil, müttəfiqlərdir. Prezidet İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, bu, üzərimizə xüsusi məsuliyyət qoyur və biz bu məsuliyyətə hazırıq. Bəyannamə gələcək fəaliyyətimiz üçün çox ciddi baza kimi xidmət edəcək.

Əlaqələrimizin gələcək inkişafına yönələn addımlardan biri kimi Qazaxıstan Prezidentinin işğaldan azad edilmiş Füzuli şəhərində Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin yaradılması təşəbbüsüdür. Səfər çərçivəsində dövlət başçısı İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstanın “Bİ-Group” Holdinqi tərəfindən Füzuli şəhərində uşaqlar üçün inşa ediləcək Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsi ilə tanış oldular. Bu addım qardaş ölkənin işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərini necə sevinclə qarşıladığını, soydaşlarımızın bu torpaqlara qayıdışını səbirsizliklə gözlədiyini nümayiş etdirir. Bu, dostluğun, qardaşlığın, həmrəyliyin təzahürüdür. Prezident İlham Əliyev bu əminliyi ifadə etdi ki, qazax xalqının böyük oğlu Kurmanqazının adını daşıyacaq Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzi həm də Qazaxıstan-Azərbaycan dostluğu mərkəzi olacaq.

 

Elvin Niyazov,

Sabirabad rayon sakini, gənc fermer

 


16:47 26.08.2022