isaznow.com
Az Iw En Ru

Naxçıvan Muxtar Respublikasının xilası və dirçəlişi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır

Sözünün qüdrəti ilə hər kəsi inandıra bilən,əməlləri ilə sözünü gerçəyə çevirməyi bacaran dövlət
xadimləri içərisində ən uca yer ulu öndər Heydər Əliyevə məxsusdur.
Dünya tarixində ikinci dəfə hakimiyyətə qayıdışı olan dövlət xadimləri çox olmuşdur.  Buna
misal olaraq İngiltərədə U.Çörçilli,Fransada Şarl De Qolu nümunə göstərə bilərik.Ancaq onların ikinci
gəlişi gözlənilən nəticəni verməmiş və istehfaları ilə nəticələnmişdir.Heydər Əliyev isə bunlarla
müqayisədə tam fərqli dövlət xadimidir. Heydər Əliyevin Azərbaycana başçılıq etdiyi birinci(1969-
1982) və ikinci dövr(1993-2003) Azərbaycan xalqının yaddaşında ƏBƏDİ MƏŞƏL-dir.
Heydər Əliyevin Azərbaycana başçılıq etdiyi birinci dövrlə ikinci dövr arasındakı illər,sözün əsl
mənasında,tariximizin hərc-mərclik dövrü,ağır tənəzzül illəri idi. Xüsusilə, Azərbaycan tarixinin 1990-
1993-cü illəri xalqın yaddaşında ən ağır fəlakət illəri kimi qalmışdır.Həmin dövrdə Moskvaya satılmış
xəyanətkar rəhbərlər və onları əvəz edən,heç bir idarəçilik bacarığı olmayanlar məmləkəti dağılıb məhv
olmaq təhlükəsi ilə üz-üzə qoymuşdular. Azərbaycan Cənubi Qafqazın xəritəsindən silinmək üzrə idi.Bu
zaman Vətənin ümid çırağı,əliyalın xalqın yeganə qələbə silahı Heydər Əliyev zəkası idi. Məhz belə bir
dövrdə -1990-cı il yanvarın 21-də (20 Yanvar qırğınının ertəsi gün!) həyatını təhlükə qarşısında qoyaraq
 Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib döğma xalqına başsağlığı verən,Bakıda kütləvi
qırğın törədənlərin cəzalandıılmasını tələb edən Heydər Əliyev,əslində,doğma xalqının QURTULUŞ
mübaizəsinin önünə keçdi.
Dahi şəxsiyyət xalqının ağır günündə Kremlin təqiblərindən yaxa qurtarıb 1990-cı il iyulun 20-də
Vətənə döndü.Lakin Vətəndə--onun paytaxtı Bakıda tariximizin ən rüsvayçı faktlarından biri baş verdi:
Moskvapərəst rəhbərlik xalqın xilaskar oğluna vaxtilə onun qurub-yaratdığı paytaxtda qalmaq,ağır
fəlakət anında doğma xalqı ilə birlikdə olmaq,ona yol göstərmək imkanı vermədi.Boyük dövlət xadimi
Bakıya gəlişindən iki gün sonra—1990-cı il iyulun 22-də döğma Naxçıvana pənah aparmalı oldu.
Beləliklə,Heydər Əliyevin siyasi fəaliyyətində ən önəmli bir dövr—Naxçıvan dövrü
başladı.Əslində,Heydər Əliyev Naxçıvanda bütün Azərbaycanın QURTULUŞ mübarizəsinə başladı.
XX əsrin 80-ci illərin sonu, 90-cı illərin əvvəlləri bütün Azərbaycanda,o cümlədən onun tərkib
hissəsi olan Naxçıvanda ictimai-siyasi hadisələrin ən müəkkəb dövrü kimi xarakterizə olunur.Həmin
dövrdə  SSRİ rəhbərliyinin Azərbaycanın maraqlarına zidd siyasəti,ermənilərin Naxçıvana ərazi
iddiaları,sərhədlərdə hərbi toqquşmalar və iqtisadi blokada Muxtar  Respublikanın həyatına ciddi təsir
göstərmiş və xalq ümidsiz vəziyyətə düşmüşdü. Belə bir zamanda bütün Azərbaycanda, o cümlədən
onun ayrılmaz hissəsi olan Naxçıvanda xalqın azadlıq uğrunda apardığı mübarizəni qələbə ilə başa
çatdırmaq üçün siyasi təcrübəyə,diplomatik qabiliyyətə malik rəhbər lazım idi.Belə bir rəhbər
Azərbaycanın görkəmli dövlət xadimi Heydər Əliyev oldu.
1990-cı il 30 sentyabr seçkilərində Naxçıvan xalqı Heydər Əliyevi Azərbaycan SSR-nin xalq
deputatlığına və Naxçıvan MSSR-in xalq deputatlığına seçdilər. Artıq, İŞIĞA gedən yol başlanmış və
xalqın sabaha olan inamlaırı yaranırdı.1990-cı ilin noyabrın 17-də yeni tərkibdə seçilmiş Naxçıvan
MSSR-in Ali Məclisinin ilk sessiyası Heydər Əliyevin sədrliyi ilə keçirildi.Həmin sessiyada məhz
Heydər Əliyevin təşəbbüsü ilə çox mühüm qərarlar qəbul olundu: Naxçıvan MSSR adından “Sovet
Sosialist” sözü çıxarıldı, Ali Sovet Ali Məclis adlandı,AXC-nin üçrəngli bayrağı Naxçıvan Muxtar
Respublikasının rəsmi bayrağı kimi qəbul olundu və Naxçıvan MR Ali Məclisi Azərbaycan Ali
Sovetinin qarşısında üçrəngli bayrağın bütünlükdə Azərbaycanın rəsmi dövlət bayrağı kimi tanınması
haqqında vəsatət qaldırdı. Həmin sessiyada 1990-cı il 20 yanvar faciəsinə düzgün siyasi qiymət verildi.
1991-ci il 3 sentyabrda Naxçıvan MR Ali Məclisin fövqəladə sessiyasında Heydər Əliyev yekdilliklə
Naxçıvan MR Ali Məclisin sədri seçildi.Bu xəbər təkcə Naxçıvanda deyil,bütün Azərbaycanda sevinclə
qarşılandı,xalqda sabaha olan inam,əsl liderinə sahib olmaq ümidləri artdı.
Heydər Əliyev Naxçıvan MR Ali Məclisin sədri olduqdan sonra,blokada şəraitində olan
Naxçıvanın inkişafı və sabitliyinin davamlılığını təmin etmək üçün regional və beynəlxalq əlaqələrin
formalaşdırılması,eləcədə inkişafı yönündə mühüm addımlar atıldı.Xüsusilə də Türkiyə və İranla
qarşılıqlı əməkdaşlığa və tərəfdaşlığa əsaslanan rəsmi təmaslar sıxlaşdırıldı.Bu danışıqlar blokada
şəraitinin yaratdığı böhranın aradan qaldırılması,iqtisadi problemlərin və enerji məsələlərinin həllində
əhəmiyyətli rol oynadı.
Heydər Əliyevin Rusiyanın Müdafiə Nazirliyi ilə aparılan danışıqlar nəticəsində Naxçıvandakı
75-ci diviziya ləğv edildi və onun əmlakının Azərbaycana verilməsi haqqında razılıq əldə edildi.1992-ci
ilin avqustunda Rusiya ordusu Naxçıvandan çıxarıldı.İran və Türkiyə arasında əldə edilən razılaşmaya
əsasən Naxçıvan ərazisindəki 215 km dövlət sərhədinin mühafizəsi öz sərhədçilərimizə həvalə

olundu.1992-ci il sentyabrın sonunda Rusiya sərhəd dəstəsinin sonuncu əsgər və zabitləri
səlahiyyətlərini təhvil verərək Naxçıvanı tərk etdilər.Beləliklə,Naxçıvandan ilk milli sərhəd qoşunlarının
yaadılmasına başlanıldı.
Ulu öndər Heydər Əliyevin Naxçıvan MR Ali Məclisin sədrliyi dövrü müasir müstəqil
Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən birini təşkil edir.Siyasi fəaliyyətinin
Naxçıvan dövründə Heydər Əliyev gördüyü işlər,atdığı tarixi əhəmiyyətli addımlarla Muxtar
Respublikanın qurtuluşunu,dirçəlişini və həmrəyliyini təmin etmiş oldu.
Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan MR-da gedən müsbət prosesləri xalqımız diqqətlə
izləyir və bütün Azərbaycanı bu şəkildə görmək arzusu ilə yaşayırdı.1992-ci il oktyabın 16-da
“Səs”qəzeti vasitəsilə 91 nəfər tanınmış Azərbaycan ziyalıları Heydər Əliyevə müaciət ünvanladı.Bu
tarixi sənəddə ziyalılar:  Ölkəni yaranmış ağır durumdan çıxarmaq üçün xalqın məhz Heydər Əliyevin
başçılığı altında Yeni Azərbaycan Partiyasında təşkilatlanmaq, Heydər Əliyevin böyük siyasətə dəvət
olunması arzusunu bildirdilər.Ulu öndər  ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab
məktubunda YAP-ın yaradılmasına və ona rəhbərlik etməsinə razılıq verdi.Beləliklə,1992-ci il noyabrın
21-də Naxçıvanda keçirilən təsis konfransında YAP təsis edildi və ulu öndər Heydər Əliyev partiyanın
Sədri seçildi. YAP-ın yaranması tarixi zəurət idi.Xalqın Heydər Əliyevə olan inamı isə tez bir zamanda
siyasi səhnədə parlayan YAP-ın tarixi məsuliyyəti öz üzərinə götürməsinə imkan verdi. YAP dünyada
analoqu olmayan bir siyasi təşkilat kimi yarandığı müddətdən 6 ay sonra siyasi hakimiyyətə gəldi.
Beləliklə, Naxçıvandan başlanan QUTULUŞ yolu 15 iyun 1993-cü ildə xalqın təkidli xahişləri
nəticəsində Heydər Əliyevin yenidən Azərbaycanda hakimiyyətə gəlməsi ilə tamamlandı.15 iyun 1993-
cü ildə Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetin Sədri seçildi. Tariximizə Milli Qurtuluş
Günü kimi daxil olan 15 iyun ölkəmizin siyasi taixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu.
Ulu öndər Heydər Əliyev müasir müstəqil Azərbaycanın memarıdır. Gəncliyində memar olmaq
istəyən,ancaq ikinci dünya müharibəsinin çətinliyi ucbatından buna nail ola bilməyən Ulu öndər,sonda
Müasir Müstəqil Azərbaycan  Dövlətinin  MEMARI ölmağı bacardı.
1993-cü il oktyabın 3-də və 1998-ci il oktyabrın 11-də keçiilən prezident seçkilərinin nəticələinə
müvafiq olaraq ,xalqın yüksək etimadı ilə Azərbaycan Resbublikası Prezidenti seçilən Ülu ondər Heydər
Əliyev həyata keçidiyi daxili və xarici siyasət nəticəsində Azərbaycanın dövlət müstəqilliyini daimi,
dönməz və əbədi etdi.
Elman Nuriyev,
Sabirabad rayonu, Kür və Araz çaylarında bəndlərin istismarı idarəsinin rəisi


00:20 03.09.2022