

Azərbaycanın həyata keçirmiş olduğu neft strategiyası ölkəmizin xarici ticarət mövqelərinin
şaxələnməsinə, ölkəmizin geoiqtisadi nüfuzunun artmasında şərait yaratmışdır. Təməli Ümummilli Lider Heydər
Əliyev tərəfindən qoyulan bu strategiyanın gerçəkləşməsi və beynəlxalq neft şirkətləri ilə sazişlərin imzalanması
sayəsində ölkənin neft ehtiyatlarının istismarına çoxmilyardlı xarici investisiyalar cəlb edildi. Azərbaycan dünya
miqyasınada tanınmağa başladı, ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsinə güclü təkan verildi. Neft
strategiyası çərcivəsində imzalanmış beynəlxalq sazişlər ölkəmizin təhlükəsizliyinin təmin olunmasına,
iqtisadiyyatın sürətli inkişafına, sosial-iqtisadi tərəqqiyə səbəb olmuşdur. Azərbaycan regionun və Avropanın
enerji təhlükəsizliyinin təminatçısına, beynəlxalq layihələrin iştirakçısına, Cənubi Qafqaz regionunun ən zəngin
və qüdrətli ölkəsinə çevrilmişdir.
Ulu Öndərin layiqli davamçısı, Prezident İlham Əliyev həyata keçirdiyi düşünülmüş və uzaqgörən
siyasətin nəticəsi olaraq Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu yolunda böyük uğurlara imza atır.
Sentyabrın 2-də Azərbayacan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Prezidenti Sercio
Mattarellanın, İtaliya Nazirlər Şurasının Sədri Mario Draqinin və “The Evropean House – Ambrossetti”beyin
mərkəzinin dəvəti ilə Çernobio şəhərində beynəlxalq Forumda iştirak etmişdir.
Dövlət başçımız forumdakı çıxışında bildirmişdir ki, “1994-cü ildə müstəqilliyimizin bərpasından, sadəcə,
üç il keçmişkən ilkin mərhələdə biz dünyanın aparıcı enerji şirkətlərini Xəzər dənizində çalışmağa dəvət edən ilk
ölkə olduq. Tezliklə biz Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrildik. Uzun illərdir ki,
Azərbaycan İtaliyanı neftlə təchiz edən bir nömrəli ölkədir. Lakin açıq dənizə çıxışı olmayan ölkə olaraq bizim
ixrac boru kəmərlərinə ehtiyacımız var idi. Biz iki strateji neft boru kəmərinin inşası ilə Avrasiyanın enerji
xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüsü üzərimizə götürdük. Biri Türkiyənin Aralıq dənizi sahilindəki
limana qədər uzanır, digəri isə Gürcüstanın Qara dəniz sahilindəki limana qədər. Beləliklə, biz Qara dəniz bazarı
və dünya bazarlarına təchizatı şaxələndirməyə nail olduq.
Enerji strategiyamızın ikinci mərhələsi nəhəng qaz yataqlarının istismarı ilə bağlı idi. Azərbaycanın təsdiq
edilmiş ehtiyatları ilə bağlı məlumata əsasən, bizim ehtiyatımız 2,6 trilyon kubmetrə bərabərdir. Azərbaycan son
10 il ərzində qonşu ölkələr bazarında etibarlı təchizatçıdır. Lakin mövcud potensial və qaz infrastrukturuna
sərmayə yatırmaq planlarımızı nəzərə alsaq, bizim böyük qaz təchizatı boru kəmərinin inşasına ehtiyacımız var
idi. Biz bunu Cənub Qaz Dəhlizi adlandırdıq. Cənub Qaz Dəhlizi üç boru kəmərindən ibarət inteqrasiya edilmiş
boru kəmərləri sistemidir – Cənubi Qafqaz boru kəməri, Trans-Anadolu (TANAP) boru kəməri və Trans-Adriatik
(TAP) boru kəməridir ki, o, İtaliyaya qədər uzanır. Bu, 3500 kilometr uzunluğunda mürəkkəb texniki
infrastrukturdur. Onun bir hissəsi hündür dağlardan, bir hissəsi isə dənizin dibindən keçir. 2020-ci ilin son günü –
dekabrın 31-də həmin mühüm layihənin yekun hissəsi olan TAP istifadəyə verildi. Həmin dövrdən etibarən bir il
yarımdır ki, Azərbaycan Türkiyə və Gürcüstandan əlavə Avropanın üç ölkəsinə təbii qaz ixrac edən ölkəyə
çevrilib. Bir il yarım ərzində artıq Avropaya 13,5 milyard kubmetr qaz nəql edilib ki, onun 11,7 milyard kubmetri
İtaliyanın payına düşür. Bu il biz həcmi artırmağı və İtaliya bazarına 10 milyard kubmetr qaz nəql etməyi
planlaşdırırıq. Ümumi ixracımız 22 milyard kubmetrdən artıq olacaq və burada artım üçün çox böyük potensial
var”.
“Ötən ay Bakıda Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen və mən Avropa İttifaqı
ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunu imzaladıq. Bu, bizim
enerji resurslarımızın daha da inkişaf etdirilməsi istiqamətində atılmış çox vacib addımdır. Mən bunu gələcək
fəaliyyətimizin yol xəritəsi adlandırdım. Biz Avropaya təbii qaz ixracını iki dəfə artırmağı planlaşdırırıq və
əminəm ki, buna nail olacağıq. Bunun üçün isə vacib addımlar atılmalıdır – siyasi qərarlar, texniki tədbirlər və
əlbəttə ki, sərmayə. Çünki Cənub Qaz Dəhlizinin müxtəlif seqmentlərinin imkanları fərqlidir. TANAP-ın ötürmə
qabiliyyəti 16 milyard kubmetrdir. Biz onu 32 milyard kubmetrə çatdırmağı planlaşdırırıq. TAP-ın ötürmə
qabiliyyəti 10 milyard kubmetrdir, hazırda o, tam gücü ilə işləyir və biz onun imkanlarını ən azı 20 milyard
kubmetrə çatdırmalıyıq. Bu, əlbəttə ki, əlavə maliyyə vəsaiti tələb edir. Biz bir ölkə və investor olaraq buna
hazırıq. Lakin burada komandamızın digər üzvlərinin də iştirakı zəruridir”-deyə qeyd etmişdir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf xətti ölkəmizdə
ardıcıllıqla və uğurla davam etdirilir. Heydər Əliyev siyasi kursu və ölkəmizin Prezidenti İlham Əliyevin
modernləşmə xətti yeni Azərbaycanı uğurla böyük gələcəyə doğru aparır. Müstəqil dövlətçiliyin Azərbaycan
modeli müasir inkişafın əsas hədəflərini özündə əks etdirir və daha işıqlı sabahlara çatmaq üçün real təminat verir.
Zülfəli Musayev,
Sabirabad RİH başçısının Kürkəndi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi