isaznow.com
Az Iw En Ru

Sabirabad Rayon İcra Hakimiyyətinin Mətbuat Xidmətinin məlumatı

05.09.2022-ci il tarixdə Youtube portalının “Xural TV” kanalında “QAZİYƏM, AMMA
SİRAQƏDDİN CABBAROV MƏNİ DÖYDÜ” adlı video-material yayımlanmışdır. Həmin video-
materialda Saatlı rayonu Genişkənd kənd sakini Abdullayev Arif Müslüm oğlu özünü qazi kimi
təqdim edərək Saatlı Rayon İcra Hakimiyyətinin sabiq başçısı (Hazırda Sabirabad Rayon İcra
Hakimiyyətinin başçısı) Siraqəddin Cabbarov barəsində şər-böhtan xarakterli ifadələr
işlətmişdir.
Məlumat üçün bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin
Saatlı rayon şöbəsinin verdiyi məlumata əsasən A.Abdullayev 1-ci Qarabağ Müharibəsi
dövründə cəmi 15 gün hərbi xidmətdə olub və oğurluq etdiyinə görə hərbi hissədən qovulub.
Sonradan ümumi əsaslarla əlillik dərəcəsi alan A.Abdullayevin sinəsinə taxdığı medallar da
özünə məxsus deyildir və bununla bağlı araşdırma aparılması üçün hüquq-mühafizə
orqanlarına müraciət olunmuşdur.
Ümumiyyətlə S.Cabbarovun barəsində videomüraciətdə səsləndirdiyi bütün faktlar
A.Abdullayevin növbəti şər-böhtanıdır və birmənalı deyirik ki, 3 ildən çox Sabirabadda İcra
Hakimiyyətinin başçısı işləyən bir vəzifəli şəxsi şantaj etmək yolu ilə mənfəət əldə etmək
məqsədi daşıyır.
A.Abdullayev 2021-ci ildə sosial şəbəkələrdə eyni məzmunlu şər-böhtan xarakterli
məlumat yaydığına görə S.Cabbarov tərəfindən ona qarşı şərəfin, ləyaqətin, işgüzar nüfuzun
müdafiəsinə dair məhkəmədə iddia qaldırılmış və Saatlı rayon Məhkəməsinin 27.05.2021-ci il
tarixli qətnaməsi ilə A.Abdullayevin təkzib verməsi və 1000 manat mənəvi zərər ödəməsi
barədə qərar çıxarılmışdır.


04:31 06.09.2022