isaznow.com
Az Iw En Ru

“Qətiyyətli cavab” əks-hücum əməliyyatı Ermənistana hansı acı nəticələrə gətirib çıxaracağını bir daha göstərmiş oldu

Sentyabrın 12-dən 13-nə keçən gecə Müzəffər Azərbaycan Ordusu cəmi 7 saat davam edən
“Qətiyyətli cavab” əməliyyatını həyata keçirməklə Ermənistanın uzun müddətdir qurduğu planları alt-
üst etdi. Qısa vaxt ərzində düşmənin dövlət sərhədimizin Laçın, Kəlbəcər və Zəngilan istiqamətində
qurduğu və Azərbaycanın təhlükəsizliyinə təhdid yaradan bütün hərbi təyinatlı obyektləri darmadağın
edildi.
Həmin gecə Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən dövlət sərhədimizin müxtəlif
istiqamətlərində atəşkəsin növbəti dəfə kobudcasına pozulması düşmənin avantürist planlarının bir
hissəsi idi. Belə ki, hadisələrin ardıcıllığı Ermənistanın siyasi-hərbi rəhbərliyinin açıq şəkildə
təxribatların baş verməsində maraqlı olduğunu göstərirdi. Son bir ay ərzində demək olar ki, hər gün
Azərbaycanın Kəlbəcər, Laçın, Zəngilan, Daşkəsən və Gədəbəy rayonları istiqamətlərində ordumuzun
mövqeləri intensiv şəkildə atəşə tutulurdu. Bununla da ermənistan hakimiyyəti açıq şəkildə Azərbaycan,
Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli
bəyanatların müddəalarını, həmçinin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə
Belçikanın paytaxtı Brüsseldə keçirilmiş görüşlər zamanı əldə edilmiş razılaşmalara əhəmiyyət
vermədiklərini nümayiş etdirirdilər. Məqsəd – Sülh danışıqlarını ləngitmək və pozmaq, üçtərəfli
bəyanatlarla üzərinə götürmüş olduğu öhdəliklərdən yayınmaq, kommunikasiyaların açılması,
ümumilikdə regionda təhlükəsizliyin təmin olunması istiqamətində irəli sürülən bütün təşəbbüsləri və
atılan addımları sabotaj etmək, Azərbaycan sərhədləri yaxınlığında gərginlik mühitini saxlamaq,
işğaldan azad edilmiş sərhədyanı rayonlarımızda həyata keçirilən genişmiqyaslı mülki infrastruktur
layihələrinin icrasına hər vasitə ilə mane olmaq.
Bütün hadisələr göstərirdi ki, Ermənistan uzun müddətdir revanşa hazırlaşır və bunun üçün həm
siyasi, həm hərbi, həm də informasiya zəmini yaradır. Görünür, Laçının təhvil verilməsi Ermənistan
hakimiyyəti üçün növbəti ağır zərbə olduğundan Paşinyan çıxış yolu olaraq daxil təzyiqləri
neytrallaşdırmaq, ictimai rəyi dəyişmək üçün yeni hərbi-siyasi avantüraya başlamağa qərar verdi.
Sentyabrın 12-dən 13-ə keçən gecə ermənilərin növbəti avantürasının nəticələri bir daha göstərdi ki,
regionda formalaşmış yeni reallığın dəyişdirilməsi isitqamətində atılan istənilən addım Ermənistanın özü
üçün yeni faciələrə səbəb olacaq.
Müzəffər Azərbaycan Ordusu cəmi 7 saat davam edən “Qətiyyətli cavab” əməliyyatını həyata
keçirməklə Ermənistanın qurduğu planları alt-üst etdi. Qısa vaxt ərzində düşmənin dövlət sərhədimizin
Laçın, Kəlbəcər və Zəngilan istiqamətində qurduğu və Azərbaycanın təhlükəsizliyinə təhdid yaradan
bütün hərbi təyinatlı obyektləri darmadağın edildi. Çoxlu sayda hərbi texnika, ümumi dəyəri yarım
milyard ABŞ dollarından artıq olan iki S-300 zenit-raket kompleksi, 400 nəfərdən artıq canlı qüvvə,
müxtəlif hərbi obyektlər və onlarla post məhv edildi. Hazırda erməni hərbi hospitallarında və mülki
xəstəxanalarında yüzlərlə yaralı var. Darmadağın edilmiş həmin hərbi obyektləri bərpa etmək üçün
Ermənistana ən azı 4-5 il vaxt lazımdır. Ən əsası isə əks-hücum əməliyyatı zamanı Silahlı
Qüvvələrimizin bölmələri həmin bölgədə bütün nəqliyyat-kommunikasiya sistemini, çox mühüm
yüksəklikləri vizual və atəş nəzarətinə götürüb. Bununla da düşmənin ölkəmizə qarşı hər hansı real
təhlükə imkanları yox edilib.
“Qətiyyətli cavab” əks-hücum əməliyyatı Ermənistanın ölkəmizə və hərbi bölmələrimizə qarşı
ardıcıl həyata keçirdiyi təxribatların hansı acı nəticələrə gətirib çıxaracağını bir daha göstərmiş oldu.
Odur ki, düşmən nəhayət başa düşməlidir ki, hər belə hərbi təxribat yalnız onun özünə ziyan vuracaq və
heç bir zaman kiməsə, hansı qüvvələrəsə arxalanıb ölkəmizi şantaj edə bilməz. Düşmən anlamalıdır ki,
bu gün Azərbaycanın təkcə Cənubi Qafqazda deyil, bütün dünyada öz qüdrəti ilə seçilən güclü ordusu,
layiqli dost və tərəfdaşları var.
Təəssüf ki, Ermənistanın son təxribatı nəticəsində həyata keçirilən “Qətiyyətli cavab” əməliyyatı
itkisiz ötüşmədi. Vətən sevgisini öz canından artıq bilən onlarla qəhrəman əsgər və zabitimiz doğma
torpağımızın müdafiəsi zamanı müqəddəs şəhidlik zirvəsinə ucaldılar.
Allah şəhidlərimizə rəhmət eləsin.
Hilal İsmayılov,
Sabirabad rayonu Əlicanlı kənd sakini, Vətən Müharibəsi iştirakçısı


19:52 16.09.2022