isaznow.com
Az Iw En Ru

Rəsmi İrəvanın revanşist siyasəti manipulyasiya alətidir

Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-
Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat
törətməsi nəticəsində Ordumuz düşmənin diversiya qruplarının fəaliyyətini zərərsizləşdirmək məqsədilə 
təxirəsalınmaz tədbirlər həyata keçirdi.
Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri
istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın
rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o
cümlədən minaatanlardan intensiv atəşə tutulub.
Ermənistan silahlı qüvvələrinin təxribatının və ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi
təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın, o cümlədən Kəlbəcər və Laçın rayonları
ərazisində infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə
Azərbaycan Ordusunun bu istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən qəti cavab tədbirləri
görüldü. Nəticədə düşmən ciddi itkilərə məruz qaldı. Sərhəddə baş verən düşmən təxribatlarının
qarşısını alan zaman Azərbaycan Ordusu  şəhidlər verdi.
Azərbaycan Ordusu 44 günlük Vətən Müharibəsində Ermənistanı məğlub etdi. Lakin buna
baxmayaraq erməni təxribatları bitmir. Son hadisələr da ölkəmizə və hərbi bölmələrimizə qarşı ardıcıl
həyata keçirilən təxribatların hansı acı nəticələrə gətirib çıxaracağını bir daha nümayiş etdirdi. Həm
Qarabağda, həm də sərhəddə artan təxribatlara Azərbaycan Ordusu məhz Ermənistanın ərazisində cəmi
7 saat davam edən unikal əməliyyatla cavab verməklə mənfur düşmənin bütün bu planları alt-üst etdi.
Ermənistan Silahlı Qüvvələrinin Laçın, Kəlbəcər və Zəngilan istiqamətində atəş açdığı bütün
hərbi təyinatlı obyektlər və dayaq məntəqələri darmadağın edilib. Azərbaycan ərazilərinin
təhlükəsizliyinə təhdid yaradan bu obyektləri bərpa etmək üçün Ermənistana küllü miqdarda vəsait və ən
azı 4-5 il zaman lazımdır. Azərbaycan həmin bölgədə bütün nəqliyyat-kommunikasiya sistemini, çox
mühüm yüksəklikləri nəzarətə götürüb. İrəvan-Qafan yolu Ordumuzun nəzarəti altındadır. Ermənistan
Azərbaycana qarşı nə indi, nə də gələcəkdə heç bir real təhlükə yarada bilməyəcək.
Ermənistanın xeyli sayda hərbi texnikası, milyarddan artıq dəyəri olan iki S-300 kompleksinia
atıcı qurğusunu, radiolokasiya stansiyasını, 200 nəfərə yaxın canlı qüvvəsini, çoxlu sayda  hərbi
obyektinivə onlarla döyüş məntəqəsini məhv edilib. Ermənistanda yüzlərlə yaralı var. İtkinlər,
səngərlərdə ölüb qalanlar və əsir düşənlər barədə İrəvan hələ də susmaqda davam edir.
Şəhidlərimiz tək ailəsinə, tək nəslinə aid deyil, onlar artıq 50 milyonluq xalqımızın övladlarıdır.
Azərbaycanımızın mövcud olduğu müddətdə şəhidlərimiz əziz xatirəsi qəlbimizdə daim yaşayacaq.
Bizim üçün hər bir şəhid Vətən və Qələbə rəmzidir. Məhz bu qəhrəman şəhidlərimizin sayəsində biz
Ermənistan-Azərbaycan münaqişəsinin 34 illik tarixi ərzində ilk dəfə tarixi torpaqlarımızda yerləşən
Ermənistan silahlı qüvvələrinə aid hərbi infrastrukturunun və döyüş mövqelərinin darmadağın
edilməsinin, həmin  ərazidə təxribatlara cəhd edən yüzlərlə düşmənin canlı qüvvəsinin və milyard
dollarlıq silah sistemlərinin zərərsizləşdirilməsinin qürurunu yaşayırıq. Şəhidlərimizin hər biri başımızın
tacıdır, onların sayəsində biz qalib xalqa çevrilmişik və bu gün tarixi torpaqlarımızda düşməni ağır
itkilərə məruz qoymuşuq. Bunu heç birimiz unutmalı deyilik.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Mircamal Həşimov,
H.Z.Tağıyev adına 6 saylı Sabirabad şəhər tam orta məktəbinin direktoru


21:53 16.09.2022