

Azərbaycanın düşmən üzərində qələbə qazandığı, erməni təcavüzkarlarının təxribatları
nəticəsində şəhidlər verdiyimiz, torpaqlarımızın azadlığı və sərhədlərimizin təhlükəsizliyi uğrunda
qəhrəman oğullarımız canlarını qurban etdikləri bu günlərdə aqressiv müxalifətin qazanılan uğurlara
kölgə salmaq, erməni qəsbkarlarına dəstək vermək cəhdi xalqımıza qarşı nankorluq, əsl xəyanətdir.
Əli Kərimli, Tofiq Yaqublu, Cəmil Həsənli, Altay Göyüşov kimi nankorlar 44 gün ərzində
Azərbaycan ordusunun, igid əsgər və zabitlərimizin göstərdikləri rəşadəti, qəhrəmanlıqları heçə
endirməklə ordumuzdakı yüksək əhval-ruhiyyəni, vətənpərvərlik hisslərini zəiflətmək məqsədi güdürlər.
Onlar 27 sentyabr 2020-ci ildə də müharibə getdiyi günlər ərzində özlərinin antimilli mövqelərini ortaya
qoydular və bu gündə çirkin əməllərini davam etdirirlər.
Ancaq onlar bilmirlər ki, ordumuzun, xalqımızın qələbəyə olan inamı, döyüşlərdəki mübarizliyi,
əsgər və zabitlərimizin ruh yüksəkliyi, düşmənə olan nifrəti sonsuz və tükənməzdir. Sentyabrın 12-dən
13-ə keçən gecə erməni silahlı birləşmələrinin təxribatı nəticəsində düşmənə endirilən zərbələr, strateji
mövqelərin və postların tamamilə darmadağın edilməsi, təcavüzkarların çox sayda canlı qüvvə itirməsi
və igid oğullarımızın qəhrəmanlığı nəticəsində mühüm ərazilərin nəzarətə götürülməsi bunu aydın
göstərir.
“Bəs müharibə başa çatmışdır?” sualını verərkən Əli Kərimli başa düşməlidir ki, nə qədər xain,
qaniçən ermənilər və onun kimi düşmənlərə xidmət edən, beş-on manata xalqını, vətənini satan nadanlar
var, o vaxt heç zaman müharibə bitməyəcək, mübarizə dayanmayacaqdır.
Bu müharibənin 30 il davam etdiyini və torpaqlarımızın içimizdən olan xinlər tərəfindən vaxtı ilə
düşmənə satıldığını Əli Kərimli və onun silahdaşları bilməmiş deyillər. Axı bizim düşmənimiz tək
erməni deyil, bu torpağa içimizdən xəyanət edənlər, “mən Azərbaycanın Ermənistana qarşı təcavüzünü
lənətləyir və pisləyirəm” deyən Altay Göyüşovlar, qardaş Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsinə
kölgə salan, ordumuzun zəfərlərini heçə endirən Əli Kərimlilər.
Azərbaycan xalqı öz Prezidenti, Ali Baş Komandanı, ordusu və birliyi ilə bütün sahələrdə istər
döyüş meydanında, istərsə də İqtisadi-sosial, mədəni, eləcə də beynəlxalq aləmdə öz sözünü deyir,
uğurlarını gündən-günə möhkəmləndirir. Dostlarımız buna sevinir, düşmənlərimizinsə bağrı çatlayır.
Bağrı çatlayanların içində özümüzdən olanların, çörəyimizi yeyib suyumuzu içmələrin nadanlığı
hamımızı təəssüfləndirir. Ancaq təəssüflənməyə dəyməz. Axı xəyanətkarın vətəni və milləti olmur
deyirlər.
Mirməhəmməd Əsgərov,
Sabirabad rayonu Güdəcühür bələdiyyəsinin sədri