isaznow.com
Az Iw En Ru

Vətəninə, millətinə, dövlətçiliyinə qarşı öz şəxsi maraqları naminə müxalifətdə yer almaq müxaliflik sayılmır

Ermənistan təcavüzkar siyasətini davam etdirmək və mümkün olan bütün vasitələrdən
yararlanaraq bölgədə dayanıqlı sülhə mane olmağa çalışır. Dünya ictimaiyyətinə bu faktı heç bir
şübhəsiz məlum olsa da, Ermənistan və havadarları Azərbaycana qarşı kampaniya apararaq rəsmi Bakını
aqressor kimi təqdim etməyə çalışırlar. Təəssüf ki, bu məsələdə bir çox hallarda Azərbaycan
hakimiyyətinə qarşı müxalif mövqedə dayandığını iddia edən, əslində isə dövlətçilik maraqlarına zərbə
vuranlardan yararlanırlar.
Bu gün Azərbaycan əsgəri ərazi bütövlüyünü qorumaq uğrunda düşmənlə üz-üzə dayanıb. Neçə-
neçə Vətən övladları bu yolda sağlamlığını itirib, şəhid olub.
“Dəmir yumruq” əməliyyatı ilə əldə edilmiş zəfər qələbəsi Azərbaycana olan beynəlxalq
münasibətləri kökündən dəyişdi. Qafqazda yeni formatda fəaliyyət göstərəcək birliklərin reallaşması baş
verdi. Qələbə xalqın milli birliyinin, həmrəyliyinin və əsgərinin döyüş zəfəri, qanı və canı ilə qazanıldı.
Bu gün “beşinci kolon” nümayəndələri həm ölkəmizdə, həm də dünyanın istənilən yerində Azərbaycana
pislik etmək arzusu ilə yaşayır və mübarizə aparır, ünvanımıza çirkab püskürürlər. Öz xalqına
uğursuzluq arzulayan, öz vətənini xaosa, anarxiyaya sürükləməyə çalışan, öz dövlətinin problemlərlə
üzləşməsinə çalışan adamların atdığı addımlar müxalifətçilik prinsipləri ilə deyil, düşmənçilik
münasibətləri ilə üst-üstə düşür. Bu gün dövlətimizin bütün nailiyyətlərinə kölgə salmağa çalışan AXCP,
erməninin müdafiəsinə səsini qaldıran Altay Göyüşov, ölkə xaricindən gecə-gündüz antiazərbaycan
təbliğatı aparan “bloger” dəstəsi və bənzərləri yaxşı başa düşməlidirlər ki, tutduqları mövqeyləri,
söylədikləri fikirləri ilə cəmiyyətimizdə özlərinə qarşı yalnız ikrah hissi doğururlar.
İnsan müxalif düşüncəli ola bilər, bu normal bir haldır və dünyanın hər yerində müxalifət
mövcuddur. Amma Vətəninə, millətinə, dövlətçiliyinə qarşı öz şəxsi maraqları naminə müxalifətdə yer
almaq müxaliflik sayılmır. Bunun bir adı var: xəyanət!…
Görünür, vaxtilə müxalifət təmsilçiləri "hətta şeytanla da əməkdaşlığa gedərik" deyəndə bunları
nəzərdə tuturmuşlar. Avropadakı və Amerikadakı ermənipərəst dairələrlə marağı üst-üstə düşən radikal
müxalifət əslində, iqtidara yox, xalqa, Azərbaycan dövlətinə, milli maraqlarımıza qarşı mübarizə aparır.
Vətən müharibəsi dövründə “beşinci kolon” Azərbaycan Ordusunun məğlub olacağını xəyal edirdi.
Ancaq 44 günlük Vətən müharibəsində ordumuz düşməni darmadağın etdi, torpaqlarımız işğaldan azad
edildi. Şübhəsiz ki, qələbəmiz xarici düşmənlər kimi bəzi “milli nankorlar”ı da məyus edib. Çünki bu
zəfər Azərbaycanı beynəlxalq arenada nüfuz və güc sahibi olduğunu bir daha sübut etdi. Bu tarixi qələbə
milli kimliyimizi, birliyimizi, gücümüzü və əzmimizi bütün dünyaya göstərdi. Bu isə onlar və onların
havadarları üçün dözülməsi mümükün olmayan reallıqdır.
Mövsüm Nərimanov,
Sabirabad rayonu Zəngənə kənd sakini, pambıqçı


01:55 17.09.2022