

19 il əvvəl Azərbaycan xalqı müdrik seçim edərək Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı
İlham Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçdi. Yeni əsrin yeni lideri İlham Əliyev bu illər
ərzində Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözükeçən dövlətə
çevirdi. Bu güc sayəsində Qarabağın 30 il davam edən işğalına 44 gündə son qoymaq mümkün oldu.
Torpaqlarımız işğaldan azad edildi. Hazırda bu ərazilərdə genişmiqyaslı tikinti-quruculuq işləri həyata
keçirilir, yeni yollar çəkilir, infrastruktur qurulur, vaxtı ilə bu yerlərdən didərgin düşmüş insanların öz
döğma yerdlarına geri dönüşü prossesinə başlanılıb.
Bu hadisələr məğlub durumda olan Ermənistanda heç də birmənalı qarşılanmır, Ermənistan
hökuməti, revanşistlər və onların havadarları təxribatlar törətməklə yenə də sərhəd bölgələrində
ixtişaşlara əl atırlar. Belə ki, sentyabrın 12-də erməni diversiya qruplarının Azərbaycan dövlət sərhədini
pozaraq Daşkəsən, Kəlbəcər, Laçın istiqamətində təxribatlar törətməsi Azərbaycan tərəfinin səbrini
daşırdı. Müzəffər Ali Baş Komandanın «Düşmən sülhə gəlməzsə, «Dəmir yumruq» yerindədir»
xəbərdarlığından dərs almayan işğalçı erməni ordusu bu dəfə də qəhrəman Azərbaycan əsgərinin gücünə
şahid oldu. Azərbaycan Ordusu hər dəfə olduğu kimi bu dəfə də Ermənistanın təxribatlarına cavab
olaraq, qısa zamanda və peşəkarlıqla üzərinə düşən vəzifələri yerinə yetirdi. Ermənistanın sərhəddəki
hərbi nöqtələri şəxsi heyətlə birlikdə məhv edildi. Silahlı Qüvvələrimiz ölkəmizin sərhədlərində və hərbi
hissələrimizin mövqeyinə təhdid və təhlükə yarada biləcək bütün strateji nöqtələri nəzarətə götürdü.
Azərbaycan Ordusunun gücü, qüdrəti ilə Azərbaycan torpaqlarına, Azərbaycan əsgərinə qarşı
edilən bu xəyanətkar hərəkətlərə layiqli cavab verildi. İşğalçı və təcavüzkar Ermənistan bilməlidir ki,
ölkəmizə qarşı istənilən təxribat ağır cəzalandırılacaq. Biz bunu avqustun əvvəlində “Qisas” əməliyyatı
zamanı da gördük. Amma görünür, bu Ermənistana yaxşı dərs olmayıb. Ən əsası isə, ermənilərin
sərhəddə törətdikləri təxribatlar yalnız sülh müqaviləsinin imzalanmasını və sərhədlərin delimitasiya
prosesini yubatmağa hesablanıb. Sonuncu Brüssel görüşündən sonra sülh sazişinin bağlanması
istiqamətində işlərin sürətlənəcəyi halda Ermənistan tərəfindən belə addımların atılması müqaviləni
bağlamaqdan yayınmaq və ya gecikdirmək istəyindən başqa bir şey deyildi. Bu isə, bir daha
Ermənistanın təcavüzkar dövlət olduğunu bir daha təsdiqləyir. 44 günlük Vətən müharibəsində ağır
məğlubiyyətə uğrayan Ermənistan məğlub dövlət obrazında da sülh sazişini bağlamaq məcburiyyətində
qalacaqdır.
Ermənistan rəhbərliyi Brüsseldə razılaşdırılan Zəngəzur dəhlizi ilə bağlı vədinə növbəti dəfə
xilaf çıxmışdı. Bir sözlə, son təxribatçı mövqelər Ermənistan rəhbərliyinin əsl sifətini göstərdi. Sülh
sazişinin imzalanmasından qaçan rəsmi İrəvan Qafqazdakı öz forpost statusunu bir daha təsdiqlədi və
sıravi erməni xalqının maraqlarından çıxış etmədiyini nümayiş etdirdi.
Lakin Ermənistan, o cümlədən oradakı revanşist qüvvələr hələ də anlamırlar ki, onlar törətdikləri
təxribatlarla heç nəyə nail ola bilməyəcəklər. Çünki onların qarşısında güclü və yenilməz, güclü,
Müzəffər Azərbaycan Ordusu dayanır. Ordumuz öz gücünü sentyabrın 12-də baş verən təxribatların
qarşısının alınması zamanı bir daha göstərdi. Ermənistan Silahlı Qüvvələrinin Laçın, Kəlbəcər və
Zəngilan istiqamətində atəş açdığı bütün hərbi təyinatlı obyektlər və dayaq məntəqələri darmadağın
edildi. Görülən tədbirlər nəticəsində Ermənistanın xeyli sayda hərbi texnikası, milyarddan artıq dəyəri
olan iki S-300 kompleksinia atıcı qurğusu, radiolokasiya stansiyası, 400 nəfərdən çox canlı qüvvəsi,
çoxlu sayda hərbi obyekti və onlarla döyüş məntəqəsi məhv edildi. Azərbaycan ərazilərinin
təhlükəsizliyinə təhdid yaradan bu obyektləri bərpa etmək üçün Ermənistana küllü miqdarda vəsait və ən
azı 4-5 il zaman lazımdır.
Azərbaycan həmin bölgədə bütün nəqliyyat-kommunikasiya sistemini, çox mühüm yüksəklikləri
nəzarətə götürdü. İrəvan-Qafan yolu Ordumuzun nəzarəti altına keçdi. Bununla da Ermənistan
Azərbaycana qarşı nə indi, nə də gələcəkdə heç bir real təhlükə yarada bilməyəcəkdir.
Vüsal Hüseynov,
Sabirabad Regional “ASAN Xidmət” Mərkəzinin Qeydiyyat şöbəsinin rəisi