isaznow.com
Az Iw En Ru

Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları inkişaf edir

Öz qədim tarixi ilə məhşur olan Səmərqənd şəhərində sentyabrın 16-da Çin Hindistan, Rusiya,
Pakistan, Qazaxıstan, Özbəkistan və digər bir sıra böyük dövlətlərin rəhbərlərinin iştirakı ilə Şanxay
Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammiti keçirilib. Sammitdə Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev də iştirak edərək çıxış edib.
Bu gün Azərbaycan bütün beynəlxalq platformalarda etibarlı tərəfdaş kimi tanınır. Dünya
ölkələrinin ölkəmizə, eləcə də dövlətimizin başçısına olan etibarı, etimadı və nüfuzu ildən-ilə daha da
artır. Dövlətimizin həyata keçirdiyi daxili və xarici siyasətin nəticəsidir ki, Azərbaycana beynəlxalq
məkanda hər zaman əməkdaşlıq üçün önəmli tərəfdaş kimi baxılıb. Xüsusilə də dövlətimizin enerji və
nəqliyyat-loqistika sahəsində geniş və uzaq məsafədə gerçəkləşdirdiyi layihələr bütün vektorlarda
strateji əhəmiyyətli ölkəyə çevirib.
Son otuz il ərzində Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində fəal siyasət həyata keçirib və
bu gün də davam edir. Azərbaycanın həm ikitərəfli, həm də çoxtərəfli formatda ŞƏT təşkilatına üzv
ölkələrlə geniş və çox səmərəli münasibətləri mövcuddur. Məhz bu səbəbdən də Şanxay Əməkdaşlıq
Təşkilatı çərçivəsində ölkəmizin əlaqələri getdikcə daha da gücləndirir. Sentyabrın 15 və 16-da
Özbəkistanın Səmərqənd şəhərində keçirilən təşkilatın sammitinə Prezident İlham Əliyevin dəvət
olunması ölkəmizin və dövlətimizin başçısının beynəlxalq miqyasda yüksək nüfuzunun göstəricisidir.
Prezident cənab İlham Əliyev sammit çərçivəsində həm də bir sıra ölkələrin dövlət başçıları ilə ikitərəfli
və çox səmərəli görüşlər keçirdi. Yaranmış bu imkanlarda keçirilən ikitərəfli görüşlərdə bir daha
əlaqələrin inkişafı və regional məsələlər müzakirə olunub.
Dünya əhalisinin yarıdan çoxunun və super dövlətlərin iştirak etdiyi bu Sammitdə ölkə başçısının
çıxışında mühüm geosiyasi və coğrafi məkanda yerləşən Azərbaycanın Avropa və Asiyanın iqtisadi,
ticarət əlaqələrində rolu xüsusi vurğulandı. Cənab Prezident öz çıxışında Azərbaycanın tranzit və
nəqliyyat-logistika imkanlarının davamlı olaraq inkişafı Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri
nümunəsində dinamik inkişafı və regional kommunikasiya layihələrinə verilmiş əvəzedilməz töhfə
olduğunu qeyd etdi. O bildirdi ki, Azərbaycanda tarixi ənənəyə və təcrübəyə əsaslanmış və hər cür
gəmilərin istehsal edildiyi gəmiqayırma sənayesinin inkişafı ŞƏT-na üzv ölkələrini daha çox
maraqlandıran məsələlərdir.
Həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanın qısa müddət ərzində yükaşırma qabiliyyətinin
genişlənmə potensialının getdikcə artması ölkəmizin nəqliyyat-loqistika sahəsinə, eləcə də ŞƏT üzv
ölkələrinin iqtisadiyyatı üçün böyük dəstəkdir.
Prezidentin çıxışında son illərdə Azərbaycanda min kilometrlərlə avtomobil yollarının, iki min
kilometrə yaxın dəmir yolunun, işğaldan azad olunmuş Qarabağda həyata keçirilən meqalayihələr,
möhtəşəm yol, nəqliyyat infrastrukturunun inşası və yenidənqurulması tikilib və əsaslı təmir edilməsinin
beynəlxalq əməkdaşlıq üçün yeni perspektivlər adlandırdı.
Bu gün ərazisi böyük olmayan Azərbaycan bölgəmizin ən böyük mülki hava yük
donanmalarından birinə çevrilib. Hazırda ölkəmizdə 7 beynəlxalq hava limanı fəaliyyət göstərir və bir
neçə il içində bunların sayı 9 olacaq. ŞƏT-nın son sammitində çıxış edən Prezident İlham Əliyev
çıxışında Qarabağ münaqişəsinin həllinə toxunaraq Zəngəzur dəhlizinin inşa olunmasının tarixi, siyasi
və iqtisadi əhəmiyyətindən və əməkdaş ölkələrin nəqliyyat imkanlarının daha da artıracağını və bu
marşrut üzrə yerləşmiş bütün ölkələrə yeni üfüqlərin açılacağını da vurğuladı. O, çıxışında Azərbaycan
Ermənistan münasibətlərinin normallaşması prosesi üçün hər iki ölkənin bir-birinin suverenliyinin və
ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün Azərbaycanın təklif etdiyi beş
əsas prinsipə də toxunub.
Bildirildi ki, Azərbaycan öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə
əsaslanaraq həyata keçirməkdə davam edəcək. 2019-cu ildən Azərbaycan 120 ölkəni birləşdirən, BMT-
dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edir və ölkəmizin
sədrliyi yekdilliklə daha bir il – 2023-cü ilə qədər uzadılıb və bu, ölkəmizə olan hörmətin və etimadın
göstəricisidir.
Vüqar Kərimov,
Sabirabad rayon Gənclər və idman idarəsinin rəis müavini


17:08 21.09.2022