

200 ildən çox bir müddətdir ki, Ermənistan tərəfindən Azərbaycana qarşı düşmənçilik və etnik
dözümsüzlük siyasəti həyata keçirilir. Çar Rusiyası tərəfindən imperiyanın cənub sərhədlərinin
möhkəmləndirilməsi məqsədi ilə ermənilərin əzəli Azərbaycan torpaqları olan Qarabağa
köçürülməsindən sonra xalqımıza qarşı başlamış düşmənçilik siyasəti bu günə qədər davam edir.
Zaman-zaman öz havadarlarına arxalanan nankor ermənilər bütün vasitələrlə Azərbaycanlıları və bu
ərazilərdə yaşayan digər millətləri sıxışdıraraq öz torpaqlarından didərgin salmağa cəhdlər etmiş,
müəyyən vaxtlarda istəklərinə nail ola bilmiş, 20-ci əsrin əvvəllərində isə bizim ərazilərin bir hissəsi
hesabına öz dövlətlərini yarada bilmişdilər.
İfrat millətçilik siyasəti yürüdən ermənilər ötən əsrdə Rusiya imperiyasında yaranan inqilabi
şəraitlərdən sui-istifadə edərək 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə
qətlə yetirdilər. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam
etdirildi. 1948-1953-cü illərdə 150 minə yaxın azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-
Araz düzənliyində yerləşdirildi. 1988-ci ildə isə daha 300 minə yaxın azərbaycanlı öz doğma yurdundan
qovuldu. 1988-ci ildə başlayan Qarabağ hadisələri isə yenidən on minlərə günahsız insanın ölümü, yüz
minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi. Ermənistan silahlı
qüvvələrinin Azərbaycan torpaqlarını 20 faizini işğal etməsi ölkəmizin iqtisadiyyatına və mədəni irsinə
də ağır zərbə vurdu.
1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev
müharibənin dayandırılmasına nail oldu, ölkədə bütün sahələrdə inkişaf və tərəqqi işlərinə başladı. Məhz
Ümummilli Lider Heydər Əliyev tərəfindən Ermənilərin tarixi ərazilərimizdə həyata keçirdikləri
soyqırımı siyasətinə ilk dəfə siyasi-hüquqi qiymət verildi. Onun ölkəmizin inkişafı və tərəqqisi
istiqamətində gördüyü işlər Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla
davam etdirildi.
Prezident İlham Əliyev tərəfindən son 19 il ərzində həyata keçirilən inkişaf və tərəqqi siyasəti öz
bəhrəsini verdi. İlk növbədə ölkədə iqtisadi tərəqqi əldə edildi, bu da ordunun gücləndirilməsinə, müasir
silahlarla təchiz edilməsinə imkan verdi. Ordumuz dünyanın 50 ən güclü ordularından birinə çevrildi.
Nəhayət ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il
sentyabrın 27-də başlanan “Dəmir yumruq” əməliyyatı ilə 44 gün davam edən Vətən Müharibəsində
Azərbaycan Ordusu yüksək döyüş bacarığını nümayiş etdirərək bütün dünyaya öz gücünü, qüdrətini
göstərdi. Ermənistan və havadarları tərəfindən işğal olunmuş torpaqlarımız əsgər və zabitlərimizin qanı
və canı bahasına azad edildi. Bu, “Güclü ordu – güclü dövlət” strategiyasının və «dəmir yumruq»
siyasətinin nəticəsidir.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev son 19 illik Prezidentlik fəaliyyəti
dövründə planlı, qətiyyətli və parlaq diplomatik siyasət aparıb. 30 il torpaqlarımızın 20 faizinin düşmən
əsarətində olmasını “Dəmir yumruq” siyasəti ilə Güclü Ordumuzun rəşadətli əsgər və zabitlərimizin canı
və qanı bahasına 44 gün ərzində “Qarabağ Azərbaycandır” nidasını qoyaraq Zəfər Qələbəsi qazandı. 44
günlük tarixi İkinci Vətən müharibəsinin, həmin günlərdə ard-arda qazandığımız qələbələrin, 8 noyabr
Şuşa zəfərinin, 10 noyabr möhtəşəmliyini, əzəmətini, qürurunu yaşadıq. Zəfərəmizin rəmzi olan Şuşanın
işğaldan azad edilməsi Azərbaycan xalqının gücünü, Ordunun peşəkarlığını, hərbçilərin cəsarətini və
qəhrəmanlığını göstərdi.
Qazanılan Şanlı Qələbə Azərbaycanın yeni tarixini yazan, xalqımıza 44 gün ərzində 30 illik
həsrətə son qoyan Ali Baş Komandan, Prezident İlham Əliyevin «Dəmir yumruq» siyasəti ilə Güclü
Ordumuzun əsgər və zabitlərimizin rəşadətilə qazanıldı. Bizim Prezidentimiz daima xalqı ilə, xalq da öz
Prezidenti ilə birlikdədir. Məhz bu birliyin, həmrəyliyin reallığıdır ki, Prezidentimizin ilk gündən
çağırışına bütün Azərbaycanın igid oğuları, ehtiyatda olan əsgər və zabitləri səs verərək, müsəlləh əsgər
kimi döyüş meydanına yollandılar, onlardan bəziləri torpaqlarımızın azadlığı yolunda canlarından
keçərək Şəhidlik zirvəsinə yüksəldilər. Allah şəhidlərimizə rəhmət eləsin.
Afaq Xankişiyeva,
N.Gəncəvi adına 5 saylı Sabirabad şəhər tam orta məktəbinin tədris işləri üzrə müavini