Tarixin arxivləri erməni vandallarının törətdiyi təxribat, erməni vəhşilikləri ilə zəngindir. İstər
1918 istər 1992 istərsə də 2000-ci illərdə bu təxribatlar nəticəsində günahsız vətəndaşlarımız qətlə
yetirilib. Bu zamana kimi ermənilərlə diplomatik savaş aparırdıqsa Müzəffər Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə Qalib Ordumuz cəmi 44 günə düşmənə dərsini verdi. Bu dərs sayəsində biz
Xocalının qisasını aldıq, günahsız düşmən gülləsinə tuş gələn vətəndaşlarımızın qanı yerdə qalmadı və
ən əsası işğal faktoru aradan qalxdı.
Azərbaycanın xarici siyasətində sülh və sabitliyin qorunması əsas prinsipdir. Bu prinsipin şərtləri
nəinki ölkəmizə eyni zamanda regiona yeni perspektivlər vəd edir. Nəqliyyat infrastrukturunun
yaradılması, enerji daşıyıcılarının Avropa və digər regionlara maneəsiz çıxışı və iqtisadi səmərə
gətirəcək beynəlxalq layihələrin reallaşdırılması regionun gələcəyinə müsbət təsir edəcək amillərdir ki,
bu gün Azərbaycanın yürütdüyü siyasətdə bu amillər özünü daha qabarıq şəkildə göstərir. Ancaq
regionda Ermənistan kimi bir ölkənin möcvudluğu və onların təxribatçı siyasəti müəyyən mənada region
üçün böyük nəaliyyətlər vəd edən layihələrin reallaşmasına əngəl törədir. Bir zamanlar erməni
havadarları bu kimi layihələrin reallaşmasını istəməsə də artıq zaman o zaman deyil. Bu baxımdan
erməni havadarları da sözügedən layihələrin, beynəlxalq nəqliyyat qovşağının, Zəngəzur dəhlizinin
açılmasında maraqlıdırlar. Maraq olmağına baxmayaraq ikili oyun oynayan Ermənistan üzərinə
götürdüyü öhdəliklərdən boyun qaçırır. Bu da ondan irəli gəlir ki, onların ağaları tək bir nəfər deyil....
Gah Rusiya, gah Fransa gah da digər ölkələrə sığınan Ermənistan fürsət axtarır ki, riyakar
siyasətini həyata keçirsin. Cəbhədə son baş verən hadisələr də onu deməyə əsas verir ki, Ermənistan
revanşist düşüncəsindən əl çəkməyib. Sülhə gəlmək istəmir. Hər cəhdləri isə onlara baha başa gəlir.
Çünki onların qarşısında Müzəffər Ordumuz dayanır. O ordu ki, müasir silahlarla silahlanıb, o ordu ki.
maddi texniki bazası yüksək səviyyədə təşkil olunub, o ordu ki, orduda nizam-intizam yüksək səviyyədə
təşkil olunub. Ön cəbhə kimi arxa cəbhədə sarsılmaz xalq-iqtidar birliyi mövcuddur. Bu birlik bizi yeni-
yeni qələbələrə səsləyir. Bu birlik bizə güc verir ki. düşmənlə mübarizədə mətin olaq. Bizi gözü
götürməyən qüvvələr də var. Bu qüvvələrin yerlərdə, daxilimizdə olan əlaltıları da fəallıq göstərirlər.
Cəmiyyət isə onların cavabını layiqincə verir. Araşdırmalar da göstərir ki, daxildə olan satqınların tutarlı
bir mövqeyi olmadığından artıq onlar da tarixin arxivinə qovuşmaq üzərədirlər....
Araşdırmalar göstərir ki, Qarabağ münaqişəsi son dövrün ən qlobal münaqişəsi sayılırdı və bu
münaqişənin sülh yolu ilə tənzimlənməsi ilə bağlı Azərbaycanın irəli sürdüyü təklifləri Ermənilər qəbul
etmirdi. Düşmən düşünürdü ki. Azərbaycan 92-ci illərdə hakimiyyətdə hərc-mərclik yaranan
Azərbaycandır. Hələ bizə hədə-qorxu gəlir, atəşkəsi pozur, sivil vətəndaşlarımızın ölümünə səbəb
olurdular. Cənab Prezidentin yürütdüyü siyasət nəticəsində həm iqtisadi həm beynəlxalq nüfuz qazanan
Azərbaycan öz qətiyyətini ortaya qoyaraq torpaqlarını düşmən işğalından azad etdi. Kəlbəcər kimi,
Laçın kimi coğrafi baxımdan dəniz səviyyəsindən yüksəklikdə yerləşən rayonlarımız bir güllə atılmadan
belə düşməndən azad olundu.
Azərbaycan döyüş meydanında istədiyinə nail oldu. Müzəffər Ali Baş Komandan cənab İlham
Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuz 44 gün ərzində bütün dünyaya öz qüdrətini, gücünü nümayiş
etdirdi. Tarixi qələbə unudulmaz şəhidlərimizin, qazilərimizin qanı, canı, mərdliyi ilə savaş
meydanında qazanılmışdır.
Qələbənin əldə olunmasında Sabirabad rayon gənclərinin də xidmətləri böyük olmuşdur. Belə ki,
Sabirabad rayonu üzrə 1600 yaxın nəfər gənc Vətən Müharibəsində iştirak etmişdir. Onlardan 43 nəfəri
torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuşdur. 185 nəfər döyüşçü
sağlamlığını itirmiş, 57 nəfər döyüşçü isə əlillik statusu almışdır.
Şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və qaziləri daima Sabirabad rayon İcra Hakimiyyətinin
diqqət mərkəzindədir. Onları narahat edən problemlərin həlli ilə bağlı dərhal zəruri tədbirlər görülür.
Həmçinin bu təbəqədən olan vətəndaşlarımızın münasib işlə təmanatı istiqamətində də lazımi işlər
görülür və bu istiqamətdə işlər davam etdirilir.
Hərb qaçılmaz idi. Çünki, düşmən yeni ərazi iddialarına düşür, və onlara təklif olunan heç bir
şərti qəbul etmirdi. Cəmi 44 gündə həyata keçirilən münaqişə zamanı Azərbaycan beynəlxalq prinsiplərə
sadiqliyini bir daha nümayiş etdirdi. Ermənistandan fərqli olaraq münaqişə zamanı bir dənə də olsun
sivil vətəndaşa güllə atılmadı, əsir və girovlarla rəftar onların geri qaytarılması prosesində hüquqlar
qorunub. Gəncə, Bərdə eləcədə digər yerlərə qadağan olunmuş silahlardan atəş açan Ermənistanın artıq
başqa yolu qalmayıb. Artıq zamanın tələbləri başqadır. Zəngəzur dəhlizi zamanın tələbidir. Ermənistanın
cılız iddiaları isə artıq qəbul olunmur. Bu baxımdan son təxribatları da onu deməyə əsas verir ki, düşmən
Dəmir Yumruğu hər zaman başı üzərində hiss edəcək. Müzəffər Ordumuz düşmənə öz mənfur
istəklərini reallaşdırmağa imkan verməyəcək.
Eldəniz Bayramov,
Sabirabad RİHB aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə
komissiyanın məsul katibi