isaznow.com
Az Iw En Ru

Şanlı Zəfərimizlə fəxr edirik

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 
sentyabrın 27-də Anım Günündə Füzuli rayonuna səfər etdilər.  Prezident İlham Əliyev Füzuli
rayonunun Qaraxanbəyli kəndində 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önünə
gül dəstələri qoyduqdan sonra çıxışında bir daha bildirdi ki,  44 günlük Vətən müharibəsi şanlı
tariximizdir. Azərbaycan xalqı bütün gücünü səfərbər edib, yumruq kimi birləşərək düşməni doğma
torpaqlarımızdan qovdu. Qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün
biz azad edilmiş torpaqlarda qurub yaradırıq, şəhərlərimizi, kəndlərimizi bərpa edirik və həm də şanlı
Zəfərimizlə fəxr edirik. Eyni zamanda, fəxr edirik ki, biz - bu torpaqların sahibləri bu torpaqlara yenidən
həyatı qaytarırıq.
Müzəffər Ali Baş Komandanın Anım Günündə Füzuli rayonuna səfəri təbii ki, səbəbsiz deyil.
Ermənistan üzərində Zəfərinə Füzuli şəhərinin azad olunması ilə başlayan, Şuşanın işğaldan azad
edilməsi  ilə işğalçı dövləti kapitulyasiya aktını imzalamağa  məcbur edən Azərbaycan 44 günün hər
gününü bir rayonun, şəhərin, neçə-neçə yaşayış məntəqəsinin, strateji yüksəkliyin işğaldan azad edilməsi
ilə tarixə yazdı. İkinci Qarabağ müharibəsinin ilk günündə Füzuli rayonunun  Qaraxanbəyli, Qərvənd,
kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri  və Cəbrayıl rayonunun  Böyük Mərcanlı və Nüzgar
kəndləri işğaldan azad edildi.  Müzəffər Ali Baş Komandan sözügedən  çıxışında  bu məqamı  qeyd etdi
ki, ilk  şəhidləri  məhz burada, bu yerdə vermişik: «Bu abidənin yanında düşmənin səngəri yerləşirdi. Bu
istiqamətdə beş-altı müdafiə xətti mövcud idi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bu müdafiə xəttini
və bundan sonrakı müdafiə xətlərini yarmaq üçün ölümə gedirdi. Sözün əsl mənasında ölümə gedirdi, öz
canını fəda edirdi ki, üçrəngli Bayrağımız Şuşada və o vaxt işğal altında olan digər bütün torpaqlarda
dalğalansın. Öz canını fəda edirdi ki, Azərbaycan xalqı ləyaqətini bərpa etsin, ədaləti bərpa etsin və
xalqımız öz torpaqlarına qayıtsın.» 44 günlük İkinci Qarabağ müharibəsi zamanı  5 şəhər, 4 qəsəbə, 300-
ə yaxın yaşayış məntəqəsi işğaldan azad edildi.  Ermənilərin illərdir  himayədarlarının dəstəyi sayəsində
ərazilərimizdə qurduqları istehkamları dağıdan Azərbaycan Ordusu  zəfər yürüşünü davam etdirməklə 
ilk gündən qarşısına qoyduğu hədəfə nail olmaq üçün səylər göstərdi. 
Dövlət başçısı İlham Əliyevin xalqa müraciətlərinin, həmin dövrdə xarici mətbuata
müsahibələrinin mahiyyətində dayanan «Şuşasız bizim işimiz yarımçıq olar» bəyanatı özündə bütün
məqamları, ən əsası məqsədi birləşdirdi. Alınmaz  qalanın mənfur düşməndən azad edilməsi  böyük bir
möcüzə idi. Şuşa əməliyyatı dastana çevrildi, dünyaya səs saldı. Hazırda  beynəlxalq hərbi  ekspertlər 
bu əməliyyatı öyrənmək, düzgün araşdırmaq üçün səylər göstərirlər. İkinci Qarabağ müharibəsi zamanı 
istifadə olunan döyüş taktikası  dünya hərb tarixində yenilik hesab olunur və müvafiq  ali hərbi
məktəblərin  dərsliklərinə salınaraq  öyrənilir. Bəzi aparıcı Qərb mətbu  orqanlarında,  habelə  ABŞ-ın 
Milli müharibə  Kollecinin  və  Seton  Hall  Universitetinin  diplomatiya  və beynəlxalq  münasibətlər
məktəbinin  analitik nəşrlərində  Azərbaycan Ordusunun hərbi taktikası  öyrənilir.  ABŞ Hərbi 
Akademiyası və  Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının  öyrənilməsi 
zərurətini qeyd  edirlər.
Mirqiyam Məmmədov,
Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının fəal gənci


03:07 29.09.2022