isaznow.com
Az Iw En Ru

İşğaldan azad olunmuş torpaqların sahibləri bu torpaqlara yenidən həyatı qaytarır

Prezident İlham Əliyev sentyabrın 27-də Füzuli rayonunun Qaraxanbəyli kəndində
27 Sentyabr - Anım Gününə həsr olunmuş xatirə lövhəsinin açılışında Azərbaycanın
Vətən Müharibəsindəki qələbəsindən, tarixi qələbəmizdə şəhidlərin rolundan, Qarabağda
aparılan quruculuq işlərindən danışıb.
Ölkə başçısı Qaraxanbəyli kəndində çıxışı zamanı bildirib ki, 44 günlük Vətən
müharibəsi şanlı tariximizdir. Azərbaycan xalqı bütün gücünü səfərbər edib, yumruq kimi
birləşərək düşməni doğma torpaqlarımızdan qovdu. Bütün Azərbaycan xalqı birlik, iradə
göstərmişdir. Qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində bu
gün biz azad edilmiş torpaqlarda qurub yaradırıq, şəhərlərimizi, kəndlərimizi bərpa edirik
və həm də şanlı Zəfərimizlə fəxr edirik. Eyni zamanda, fəxr edirik ki, biz - bu torpaqların
sahibləri bu torpaqlara yenidən həyatı qaytarırıq.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev azad olunan ərazilərdə
həyata keçirlən quruculuq işləri ilə dünyaya mesaj verir ki, Qarabağ Azərbaycan
torpağıdır və biz oranı cənnətə çevirəcəyik. İndi dünya görür ki, torpağın həqiqi sahibi
kimlərdir.
Rahid Balakişiyev,
Sabirabad rayon Gənclər və idman idarəsinin məsləhətçisi


15:08 29.09.2022