

Azərbaycan xalqının Ümummilli lideri, müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər
Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Ulu öndər Heydər Əliyev istər sovet
dönəmində, istərsə də müstəqillik illərində qüdrəti və zəkası, böyük müdrikliyi və uzaqgörənliyi ilə Azərbaycanı
dünya ölkələri sırasında layiqli yerə çıxarıb.
Azərbaycanın müasir tarixi Ümummilli lider Heydər Əliyevdən ayrılıqda təsəvvür edilmir. Heydər Əliyev
müstəqil Azərbaycan dövlətinin memarı, ölkəmizin uzunmüddətli və dinamik inkişafının ideya müəllifi sayılır.
Onun adı ölkəmizin həm dünəni, həm bu günü, həm də gələcəyi ilə birlikdə çəkilir, xalqımızın dərin hörmət və
ehtiram ünvanı kimi tanınır.
Ümummilli Lider Heydər Əliyevin yaratdığı siyasi və dövlətçilik məfkurəsi Azərbaycanın dünyada
özünəməxsus yerini müəyyənləşdirmiş, dövlətçiliyimizin əsasını təşkil etmiş və dünya azərbaycanlılarının
həmrəyliyinin ideya əsasını yaratmışdır.1993-cü ildə Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı bir əsrdə
ikinci dəfə milli dövlətçiliyi dağılmaq təhlükəsinə məruz qalan Azərbaycan xalqını siyasi uçurumdan,
deqradasiyadan və sosial-iqtisadi təlatümlərdən xilas etdi. Ötən əsrin sonunda ulu öndərin siyasi uzaqgörənliyi,
yorulmaz fədakarlığı və əzmkarlığı Azərbaycanda hökm sürən hərc-mərcliyə, tənəzzülə, vətəndaş qarşıdurmasına
son qoydu. Ulu öndər Heydər Əliyevin siyasi liderlik keyfiyyətləri, fenomenal şəxsiyyəti, dünyada güclü nüfuzu
və strateq məharəti ilə Azərbaycan uğrunda gedən ən kəskin geosiyasi mübarizə və ziddiyyətləri, onların ölkəmizə
mənfi təsirlərini tam neytrallaşdırmağa və mübarizədən qalib çıxmağa müvəffəq oldu.
Dövlət müstəqilliyini yenicə əldə etmiş Azərbaycan o vaxt dünyada yetərincə tanınmır, beynəlxalq
arenada ilk kövrək addımlarını atırdı. Ulu öndər Heydər Əliyevin şəxsi nüfuzu burada da köməyə gəldi,
Azərbaycanın dünyaya inamla çıxmasını şərtləndirən əsas amil oldu. Dünya liderləri ilə çoxsaylı görüşlər,
aparılan danışıqlar, imzalanan sənədlər gənc dövlətin xarici siyasətinin uğurlarını təmin etdi.
Ulu öndər Heydər Əliyevin fəaliyyəti, xalq qarşısında xidmətləri misilsiz olduğu kimi, onun arzuları da
böyük və möhtəşəm idi. "Azərbaycan bütün dünyaya günəş kimi doğacaq" deyən Ümummilli lider həm də böyük
optimist idi. Tale onun optimizminə həmişə haqq qazandırırdı. Azərbaycanın dünyanın ən uğurlu dövləti kimi
qəbul edilməsi, günü-gündən inkişafın yeni pilləsinə qalxması Heydər Əliyevin dərin optimizminə əsaslanan
böyük arzularının həyata keçirilməsinin əyani ifadəsidir.
Ümummilli lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, ölkədəki
qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm
amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan
vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və
Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması
üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir.
Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövr çoxəsrlik dövlətçilik tariximizin ən şanlı səhifələrindəndir.
Bu mərhələ Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, dövlətçiliyin möhkəmləndirilməsi,
sabitlik və tərəqqi, iqtisadi inkişaf üçün möhkəm təməlin yaradılması, milli-mənəvi yüksəliş, hər bir fərdin özünü
layiqli vətəndaş olaraq dərk etməsi ilə müasir tariximizə əbədi həkk olunmuşdur.
Vətənə, xalqa xidmət Ulu öndərin həyat məramı, ömür amalı olmuşdur. Xoş amalları və əməlləri ilə
qədirbilən xalqımızın tükənməz sevgisini qazanmış ulu öndərin adı tarixdə təkrarolunmaz siyasətçi, qüdrətli
dövlət başçısı, əfsanəvi şəxsiyyət kimi qalacaq, parlaq xatirəsi yaddaşlarda əbədi yaşayacaqdır.Doğma
Azərbaycanımızın son illərdə əldə etdiyi nailiyyətlər, sözün həqiqi mənasında, əsası ulu öndər tərəfindən
qoyulmuş ölkənin inkişaf strategiyasının yeni mərhələdə, dövrün çağırışlarına uyğun onun layiqli varisi tərəfindən
inamlı davamının nəticəsidir. Ölkə vətəndaşları, bütün dünya azərbaycanlıları ürəkdən inanırlar ki, Heydər
Əliyevin bizlərə ərməğan etdiyi bugünkü müstəqil Azərbaycan öz uğurları ilə hələ uzun illər dünyanı
heyrətləndirməkdə davam edəcək.
Bu gün Ümummilli Liderimizin siyasətinin Möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən uğurla
davam etdirilməsi nəticəsində Azərbaycanın qüdrəti daha da artıb, ölkəmizdə bütün sahələrdə əhəmiyyətli
nailiyyətlər, yüksək inkişaf göstəriciləri qeydə alınır. Eyni zamanda, Prezident İlham Əliyevin strateji kursu
Azərbaycanın dünya siyasi arenasında mövqeyini daha gücləndirir, bu siyasət xalq-iqtidar birliyini
möhkəmləndirir. Bir sözlə, Azərbaycan inkişaf yolunda inamla irəliləyir!
İlkin İmanov,
64 saylı Sabirabad ikinci Dairə Seçki Komissiyasının sədri