

Bəşər tarixi həm ziddiyyətli, həm də qanunauyğun, zəruri və məşəqqətli hadisələrlə zəngindir.
Hər bir xalqın həyatında özünün iradəsi əsas yer tutur. Bəzən bu iradə müəyyən səbəblərdən baş tutmur,
bəzən isə xalqın iradəsi özünü doğruldur. Azərbaycan xalqının 1993-cü ildə öz müdrik oğlu Heydər
Əliyevi yenidən hakimiyyətə gətirməsi onun iradəsinin təntənəsi idi.
Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldiyi gündən xilaskarlıq missiyasını üzərinə götürməklə
Azərbaycan xalqının taleyüklü məsələlərinin həlli istiqamətində böyük işlər görmüşdür.
Müstəqilliyimizin ilk illərində öz uzaqgörən siyasətilə qarşıya çıxan problemləri həll edərək
dövlətimizin inkişafı, tərəqqisi naminə mühüm qərarlar qəbul etmişdir.
İqtisadi çətinliklərlə üzləşən respublikamız qısa vaxt ərzində pambıqçılıq, üzümçülük, çayçılıq,
balıqçılıq, tərəvəzçilik və digər təsərrüfat sahələrində də inkişaf etmişdir. Dünyada neft ölkəsi kimi
tanınan Azərbaycan artıq həm də iqtisadi sahədə inkişaf edən ölkə kimi tanınırdı.
Heydər Əliyev yorulmazlığı, müdrikliyi və zəngin intellekti ilə bütün mövcud vasitələrlə
Azərbaycanı dirçəldərək dünyada tanıtdı. Ölkəmizin ağır illərində əsrin ən böyük neft müqaviləsinin
imzalanması, həmçinin neçə-neçə quruculuq işlərinin, mütərəqqi islahatlarının aparılması Heydər
Əliyevin məqsədyönlü, çətin və şərəfli fəaliyyətinin nəticəsidir.
Zaman Azərbaycan xalqını sınağa çəkəndə siyasi, iqtisadi çətinliklər xalqı öz məngənəsində
sıxanda, xilaskar əlini uzadıb, ağıllı tədbirləri ilə ölkəmizi dərin böhranların caynağından alan Heydər
Əliyev bütün dünyada ən mahir siyasətçi, tarixi şəxsiyyət kimi tanınır. Dahi lider Heydər Əliyev
Azərbaycan xalqının tarixində və taleyində böyük şəxsiyyət, Azərbaycanın ümidi və xilaskarı, rəşadətli
sərkərdəsi və qəhrəmanıdır. Bütün sahələrdə -hüquqi dövlət quruculuğunda , islahatların aparılmasında,
hərbi quruculuqda, xarici diplomatiyada, milli həmrəyliyin formalaşdırılmasında və digər çox mühüm
sahələrdə əvəzedilməz dövlət başçısı, xalqına sədaqətlə xidmət edən oğul olduğunu dönə-dönə
təsdiqləmişdir.
Heydər Əliyev 1993-cü ilin 10 oktyabrında xalq qarşısında and içərkən Azərbaycanın düşdüyü
vəziyyəti tufanda dağılmış gəmi ilə müqayisə edirdi və inamla bildirirdi ki, ayrı- ayrı hissələri toplayıb
bu gəmini bərpa etməyə onun gücü və iradəsi çatacaqdlr. Doğrudan da o sözlərini həqiqətə çevirə bildi.
Məhz onun tarixi xidmətlərinin nəticəsidir ki, “bərpa olunmuş Azərbaycan gəmisi” dünya sularında
üzür.
Ümid Zeynallı,
Sabirabad RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi