isaznow.com
Az Iw En Ru

44 günlük Vətən Müharibəsinin hər günü tariximizə Qələbə səhifəsi kimi yazılıb

4 oktyabr 2020-ci il tarixində Cəbrayıl şəhəri və bu rayonun doqquz kəndi düşmən işğalından
azad edilib. Vətən müharibəsinin davam etdiyi növbəti günlərdə rəşadətli ordumuz işğal altına olan digər
ərazilərimiz kimi Cəbrayıl rayonunun digər kəndlərini də düşmən işğalından azad etdi.  Ümumiyyətlə,
tarixi Zəfərimizlə başa çatan 44 günlük İkinci Qarabağ müharibəsinin hər günü tariximizə Qələbə
səhifəsi kimi yazılıb. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin  Vətən müharibəsinin
hər günündə xalqa qələbə müjdəli müraciəti tezliklə ərazi bütövlüyümüzün təmin olunacağına inamı
artırdı.  Bu müraciətlərdə  hər gün bir rayonun, kəndin, qəsəbənin,  strateji yüksəkliklərin  azad  edilməsi
 ilə yanaşı,  Azərbaycan Ordusunun gücü, qüdrəti qarşısında  dayana bilməyib qaçan  Ermənistan silahlı
qüvvələrindən qənimət kimi götürülən,  yaxud  məhv edilən hərbi texnikanın, silah-sursatın statistikası
da açıqlandı.  Təbii ki, bu statistikanın açıqlanması rəşadətli ordumuzun qüdrətinin,  ermənilərin illərdir
yaratdıqları miflərin dağılması ilə yanaşı,  mənfur düşmənin  himayədarları tərəfindən
 silahlandırılmasının təqdimatı idi. Dövlət başçısı İlham Əliyev bütün müraciətlərində, xarici mətbuata
müsahibələrində bu suala cavab tapmaq istədi ki,  Ermənistanda bu qədər silah  haradandır? Sadə
görünən, amma özündə   bütün məqamları birləşdirən bu sualın cavabı Azərbaycan dövlətinə çox yaxşı
bəlli idi.  Amma 30 ildə  əksər dünya güclərindən ala bilmədiyimiz cavabı 44 günlük Vətən  müharibəsi
dövründə də  eşitmədiyimiz üçün belə  səpkili sualların sayı daha da artdı.   Əsas olan budur ki, dünya
gücləri ikili standartlara əsaslanan siyasəti davam etdirib, ədaləti və beynəlxalq hüququ arxa plana
keçirib işğalçıya dəstək missiyasını yerinə yetirsələr də sonda ədalət zəfər çaldı. Bu gün torpaqlarımız
tarixi sahibindədir, insanlarımız yeni həyata qədəm qoyaraq 30 ilin dağıntılarını bərpa-quruculuq işləri
ilə əvəz edirlər.
Tarixi Zəfərimizə imza atdıqdan dərhal sonra   dövlət başçısı, Müzəffər Ali Baş Komandan
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 16 noyabr 2020-ci ildə  işğaldan azad edilmiş
ərazilərimizə,  Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə səfər etdilər.
Bu da səbəbsiz deyildi. Çünki 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu bu
istiqamətlərdən Zəfər yürüşünə başlamaqla yanaşı, ilk olaraq burada şəhid verərək  həmin ərazilərimizi
azad etmişdilər.
Əli Nuriyev,
Sabirabad şəhər sakini, Azərbaycan İqtisad Universitetinin tələbəsi


03:29 04.10.2022