isaznow.com
Az Iw En Ru

Azərbaycan Avropanın enerji təminatında etibarlı tərəfdaşdır

Son illərdə Azərbaycan-Bolqarıstan münasibətləri uğurla  inkişaf etməkdədir. Prezident İlham
Əliyevin sentyabrın 30-da bu ölkəyə rəsmi səfəri qarşılıqlı əlaqələrin daha da güclənməsinə təkan
verəcək.
Azərbaycan Prezidentinin səfəri iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu
ildönümünə təsadüf edir. Təbii ki, bu səfər ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələri daha da
inkişaf etdirəcək və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı gücləndirməyə töhfə verəcək. Səfər
çərçivəsində ikitərəfli münasibətlərin gündəliyində yer alan aktual məsələlərin müzakirəsi məqsədilə
Azərbaycan Prezidenti İlham Əliyev bolqarıstanlı həmkarı ilə təkbətək və geniş tərkibdə görüş keçirib.
Geniş tərkibdə keçirilən görüşdə dövlətimizin başçısı qeyd edib ki, bizim bütün sahələrdə
əməkdaşlığımızın təməlində səmimi münasibətlər dayanır: “Bolqarıstan-Azərbaycan əlaqələri çoxşaxəli
əlaqələrdir. Xalqlarımız arasındakı tarixi bağlar, əlbəttə ki, bu əlaqələrin təməlində dayanan mühüm
amildir. Bu gün, əlbəttə ki, qarşılıqlı maraqlar üzərində qurulmuş o strateji tərəfdaşlıq yeni imkanlar
açır. Çünki enerji sahəsində başlanılan çox ciddi əməkdaşlığın çox böyük gələcəyi var.
Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Bolqarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın
inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir. Bu mənada Azərbaycan
ilə Bolqarıstan arasında münasibətlər hər zaman yüksək səviyyədə olub və müsbət dinamikası ilə seçilib.
Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Bolqarıstan əlaqələri ötən dövr ərzində
iqtisadi, siyasi, enerji, humanitar və digər sahələrdə dinamik şəkildə inkişaf edib. Bir sözlə, Bolqarıstan
Azərbaycanı Cənubi Qafqazda və Qara dəniz regionunda prioritet, strateji və etibarlı tərəfdaş hesab edir.
Azərbaycan da Bolqarıstanla dostluq və əməkdaşlıq əlaqələrinin gücləndirilməsində maraqlıdır.
Azərbaycanın uğurlu enerji siyasəti  Bolqarıstan üçün də faydalıdır. Azərbaycan təbii qazını
Bolqarıstana çatdıracaq Yunanıstan-Bolqarıstan İnterkonnektoru (Interconnector Greece – Bulgaria,
IGB) bu ölkənin Azərbaycan qazı ilə təchizatı baxımından mühüm əhəmiyyətə malikdir. Beləliklə,
Azərbaycan təbii qazının Bolqarıstana çatdırılması ilə ölkələrimiz arasında münasibətlər yeni mərhələyə
yüksələcək. Geniş tərkibdə keçirilən görüşdə  Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin
qeyd etdiyi kimi, bizim ən yüksək səviyyədə siyasi dialoqumuz il ərzində çox fəal olub,
münasibətlərimiz artıq strateji tərəfdaşlıq səviyyəsinə qalxıb. Rumen Radev qeyd edib ki, Bolqarıstan
üçün Azərbaycan etibarlı və sınanmış tərəfdaşdır. “Biz artıq Azərbaycandan real olaraq təbii qaz
alacağıq. Bu da təbii ki, bizim təminatı və təchizatı şaxələndirəcəkdir”,-deyən Bolqarıstanın dövlət
başçısı bununla da, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu vurğulamış olur. Bütün
bunlar deməyə əsas verir ki, Azərbaycan-Bolqarıstan münasibətləri yüksələn xətlə inkişaf edir.
Qafur Nəsirov,
Sabirabad Elektrik Şəbəkəsinin baş mühəndisi


23:25 04.10.2022