

Azərbaycanla Bolqarıstan arasında münasibətlər zəngin müqavilə-hüquq bazasına söykənir.
Ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi qarşılıqlı maraqlara uyğundur və hər iki tərəf bu
istiqamətdə iradə nümayiş etdirir. Bu gün ölkələrimiz enerji sahəsində də uğurlu əməkdaşlıq edir.
Azərbaycan-Bolqarıstan münasibətlərində enerji məsələləri üstünlük təşkil etsə də, hər iki dövlət qeyri-
enerji sahəsində, o cümlədən, nəqliyyat, sənaye, ticarət, kənd təsərrüfatı, informasiya texnologiyaları və
turizm sahələrində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır. Bununla əlaqədar,
Azərbaycan ilə Bolqarıstan arasında ticarət mübadiləsinin diversifikasiyası və qarşılıqlı sərmayə
imkanlarının artırılması istiqamətində də işlər aparılır.
Belə ki, energetika sahəsi Azərbaycan-Bolqarıstan münasibətlərinin iqtisadi bünövrəsini təşkil
edərək ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün mühüm zəmin təşkil edir.
Bolqarıstanda hazırda təbii qaz qiymətlərinin kəskin qalxması ilə bağlı vəziyyətin olduqca ciddi
olduğunu nəzərə alaraq, strateji tərəfdaş və dost ölkə olaraq Azərbaycan hər zaman mövcud imkanlar
çərçivəsində Bolqarıstana öz yardımını əsirgəməyib. Azərbaycanla Bolqarıstan arasında hələ 2015-ci
ildə strateji tərəfdaşlıq haqqında birgə bəyannamə qəbul edilib. Bu bəyannamədə əksini tapan tərəfdaşlıq
istiqamətləri ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın, eləcə də ikitərəfli iqtisadi
əlaqələrin inkişaf etdirilməsi üçün yeni imkanlar açmışdır. Şübhəsiz ki, bu kontekstə enerji sahəsindəki
əməkdaşlıq prioritet təşkil edir. Hazırda Azərbaycanın həyata keçirdi Cənub Qaz dəhlizi, TANAP və
TAP layihəsi bu sahədə ən etibarlı təchizat körpüsüdür. Ona görə də Azərbaycan Prezidenti qeyd etdi ki,
Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi doğrudan da tarixi əhəmiyyətə malikdir. Bu
interkonnektor həm Azərbaycan qazının Avropaya daha geniş miqyasda nəql olunmasına imkan
verəcək, həm də Avropa qitəsində enerji təhlükəsizliyinə də bunun çox böyük faydası olacaq. Öz
növbəsində Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq
haqqında Memorandumunun böyük əhəmiyyəti var. Memoranduma əsasən, növbəti bir neçə ildə
Azərbaycan Avropaya qaz ixracatını ən azı 2 dəfə artıracaq.
Əlverişli coğrafi yerləşməyə malik olan Azərbaycan və Bolqarıstan Avropa ilə Asiya arasında
beynəlxalq yükdaşımaların təşviqi baxımından aparıcı rol oynaya bilər. Ölkələrimiz arasında bu sahədə
də əməkdaşlıq uzunmüddətli əlaqələrə əsaslanır. Cari ildə Azərbaycanla Bolqarıstan arasında tranzit
yüklərin həcmi təqribən 50 faizə yaxın artıb. Gələcəkdə bu rəqəmin daha da böyük olması üçün
Bolqarıstan və Azərbaycan nəqliyyatçıları indidən bir araya gəlib. Eyni zamanda Bolqarıstan
şirkətlərinin Azərbaycanda daha genişmiqyaslı işlərin görülməsinə dəvət olunacağı da gözləniləndir.
Prezident İlham Əliyevin Bolqarıstana rəsmi səfəri strateji xarakter daşıyan əlaqələrin inkişafı
baxımından olduqca mühümdür. Səfər çərçivəsində tərəflər arasında siyasi, iqtisadi, ticarət, energetika,
nəqliyyat-logistika və mədəni-humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri
ətrafında geniş fikir mübadiləsinin aparılması xüsusi əhəmiyyətə malikdir.
Qənimət Səmədov,
Sabirabad rayon Qaz xidmət sahəsinin rəisi