isaznow.com
Az Iw En Ru

Azərbaycanla Bolqarıstan arasında enerji sahəsində əməkdaşlığın çox böyük gələcəyi var

Bu il 30 sentyabr – 1 oktyabr tarixlərində Prezident İlham Əliyevin Bolqarıstana səfəri çox
məhsuldar və əhəmiyyətli olmuşdur. Səfər həm iki ölkə, həm də Avropa İttifaqı arasında münasibətlərin
yeni müstəviyə çıxarılması baxımdan çox əhəmiyyətlidir. Dövlət başçısı Bolqarıstana səfəri çərçivəsində
Avropa Komissiyasının prezidenti, Yunanıstanın, Ruminiyanın, Serbiyanın dövlət başçıları ilə də
görüşüb və bu görüşlərdə regionumuzda sülhün təmin olunması üçün müəyyən məsələlər müzakirə
edilib.
Azərbaycan enerji resusrslarının ixracının şaxələndirilməsi siyasəti bu gün Avropa ittifaqı üçün
enerji təhlükəsizliyin təmin edilməsində mühüm əhəmiyyət kəsb edir. Baş vermiş hadisələr fonunda
Avropa İttifaqının 150 milyard kubmetr Rusiya qazından məhrum olduğu halda Azərbaycan 2,6 trilyon
təsdiq olunmuş qaz ehtiyatları ilə Avropanın enerji bazarına daxil olaraq yeni idxal və alternativsiz
mənbəsinə çevrilmişir. Prezident İlham Əliyevin müəllifi olduğu Cənubi Qaz Dəhlizi və onun tərkib
hissəsi olan TANAP – TAP layihələri Avropanın ümüd yeri olmuşdur.
Səfər zamanı müzakirə olunan mövzular arasında əsas məsələlərdən biri perespiktivdə TANAP-
ın buraxılma gücünü 16 milyarddan 32 milyard kubmetrə, TAP-ı isə 10 milyarddan 20 milyard
kubmetrə çatıdırlması ilə bağlıdır. 1 oktyabrda açılışı olmuş Yunanıstan-Bolqarıstan İnterkonnektoru bu
iki ölkənin boru xətlərini birləşdirməklə yanaşı Mərkəzi, Şərqi və Cənubi Avropa ölkələrinə qədər
uzanacaqdır. Bu interkonnektorun buraxılma gücü ilkin mərhələdə 3 milyard, perespiktivdə isə 5
milyard kubmetrə çatdırmaq mümkün olacaqdır. Bolqarıstanın illik qaz istehılakı 3,5 milyard
kubmetrinin 1 milyard kubmetri Azərbaycandan istehlak olunmağa başlanmışdır. Bolqarıstana qonşu
daha 3 ölkə Macarıstan, Ruminiya və Slovakiya da Azərbaycan qazını almaq istədiklərini bildirmiş və
bu istiqamətdə müzakirələr aparılmışdır. Beləliklə Azərbaycan Avropa qitəsi üçün vacib, əvəzolunmaz
və etibarlı tərəfdaşa çevrilib.
Azərbaycan – Bolqarıstan münasibətləri qarşılıqlı hörmət və etimad əsasında formalaşaraq
strateji tərəfdaşlıq münasibətlərinə yüksəlib. Prezident İlham Əliyevin 2015-ci ildə Sofiyaya səfəri
çərçivəsində ölkələrimiz arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə çox yüksək
səviyyədə icra olunur və bu gün ölkələrimiz arası əməkdaşlığımız siyasi, iqtisadi, mədəni, hunamitar
sahələri əhatə etməklə çoxşaxəli inkişaf edir. Ümumiyyətlə Azərbaycan etibarlı tərəfdaş olması ilə bağlı
dünyada imic qazanmışdır.
Prezident İlham Əliyevin Sofiyada Bolqarıstanlı iş adamları ilə görüşməsi və ölkəmizin
investisya mühütü ilə bağlı məlumatlandırması, gələcəkdə Bolqarıstanlı biznes strukturlkarının
Azərbaycana sərmayə qoyulmasına və müştərək müəsisələrin yaradılmasına yeni təkan verəcəkdir.
Səfər zamanı müzakirə olunan məsələrdən biri də nəqliyyat sahəsində əməkdaşlığın
genişləndirilməsidir. Son illər ölkəmizdə yenidən qurulmuş avtomobil və dəmir yolları, Beynəlxalq
Ticarət Limanı Azərbaycanın tranzit imaknlarını genişləndirmişdir. Beləki, cari ildə ölkəmizin üzərindən
daşınan tranzit yüklərin həcmi 50% artıb. Bu gün müzakirə olunan Orta Dəhliz və onun tərkib hissəsi
olan Zəngəzur dəhlizi qitələr arası daşınmaların həyata keçirilməsi üçün ən səmərəli layihəsi olaraq
dəyərləndirir. Zəngəzur Dəhlizinin açılması Avropaya daşınmaların təhlükəsizliyini təmin etməklə
yanaşı yeni beynəlxalq enerji layihələrin icrasını da mümkün edəcək.
Qeyd etmək olar ki, Zəngəzur Dəhlizi üzərindən Avropanı daha böyük təbii qazla təmin etmək
gücündə olan Cənub Qaz Dəhlizinə Paralel yeni bir ixrac marşurutu yaratmaq və bu marşuruta Xəzər
hövsəsi ətrafı qaz istehsalçıları da birləşdirmək mümkündür və gələcəkdə bu layihə Avropa üçün çox
vacib məsələyə çevriləcəkdir.
Səfa Şirinov,
Sabirabad Elektrik Şəbəkəsinin rəisi


15:28 05.10.2022