isaznow.com
Az Iw En Ru

Lənkəran RİH-dən həbslərlə bağlı AÇIQLAMA

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Lənkəran şəhər İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı icra hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri - şəhərin baş memarı Elgün Abdullayev saxlanılıb.

Kanal24 xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Lənkəran şəhər İcra Hakimiyyəti başçısının müavini Mikayıl Cəfərzadə deyib.

O bildirib ki, faktla bağlı digər şəxslər də saxlanılıb.

İcra başçısının müavini qeyd edib ki, digər saxlanılan şəxslərlə bağlı yaxın vaxtlarda rəsmi məlumat veriləcək.


04:33 05.10.2022