

Ölkəmiz ilk dəfə beynəlxalq şəhərsalma tədbirinə ev sahibliyi edərək Milli Şəhərsalma
Forumunu təşkil etdi. Tez bir zamanda Cənubi Qafqazda sülhə və əməkdaşlığa nail olmaqla Qarabağın
və Şərqi Zəngəzurun yenidən bərpasını, “Böyük Qayıdış”ı ən yüksək səviyyədə tamamlamağı qarşımıza
məqsəd qoyduğumuz bu günlərdə dayanıqlı şəhərsalmanın inkişafı bizim üçün hər zamankından daha
böyük dəyər kəsb etməyə başlayıb.
Cənab Prezident və birinci xanım Mehriban Əliyevanın, 40-dan çox ölkənin nümayəndələrinin,
eləcə də BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunun iştirak etdiyi Milli Şəhərsalma
Forumunun açılışının keçirilməsi üçün Ağdam şəhərinin seçilməsi olduqca təqdirəlayiq hadisədir. Bu
bir tərəfdən “Böyük Qayıdış”ın reallaşmağa başlamasının, Ağdama həyat əlamətlərinin qaytarılmağa
başlamasının sübutudur. Digər tərəfdən erməni vəhşiliyinin ifşası baxımından Forumun açılışının
Ağdamda keçirilməsi olduqca əhəmiyyətlidir. Artıq bütün dünyaya bəllidir ki, erməni işğalı zamanı
Azərbaycanın ən çox dağıntıya məruz qalmış, tikililəri məhv edilmiş, tanınmaz vəziyyətə salınmış
rayonu Ağdamdır. Biz artıq bütün dünyanın diqqətinə çatdırmışıq ki, Ağdam heç də müharibə zamanı
yaranmış xəsarətlər nəticəsində dağıdılmayıb. Ağdamı, eləcə də digər rayonlarımızı 30 il ərzində
erməni işğalçıları bilərəkdən viran qoyub, binaları yerlə yeksan edib, tarixi-dini, mədəni abidələrimizi
məhv edib. Ermənilərin məsciddə donuz saxlamağını əks etdirən görüntülər bizim hələ də
yaddaşlarımızdan silinməyib. İşğaldan azad olunmuş Ağdama səfər edən xarici qonaqlar gördükləri
mənzərələrdən sonra Ağdamı “Qafqazın Xirosiması” adlandırmışdı. Həqiqətən də erməni vandallarının
törətdikləri dağıntılar atom bombasının törətdiyi dağıntıdan geri qalmır.
Cənab Prezident Forumda çox gözəl qeyd etdi ki, bütün binaları dağıdılmayan yeganə
ərazilərimizin Şuşa, Laçın və Kəlbəcər olmasının səbəbi ermənilərin apardıqları qanunsuz
məskunlaşdırma siyasəti olub. Rəsmi İrəvan torpaqlarımızı işğal altında saxladığı illər boyu Azərbaycan
torpaqlarında dövlət səviyyəsində Ermənistandan, Suriyadan, Livandan və digər ölkələrdən olan
ermənilərin qanunsuz məskunlaşdırılmasını həyata keçirib. Bu özü birbaşa Cenevrə Konvensiyasının və
beynəlxalq hüququn pozulmasıdır. Beynəlxalq ictimaiyyət və beynəlxalq hüquq torpaqlarımızın işğalına
və Azərbaycan xalqının humanitar fəlakətinə göz yumsa da, pozulmuş beynəlxalq hüququn özünü də,
haqq-ədaləti də 44 günlük Vətən Müharibəsində Müzəffər Ali Baş Komandanımızın rəhbərlik etdiyi
Azərbaycan Ordusu bərpa etdi. Bu gün işğaldan azad edilmiş rayonlarımızın öz doğma sakinlərini, əsl
sahiblərini qəbul etmək üçün yenidən qurulma və bərpa işləri sürətlə davam edir. Müharibə başa
çatdıqdan sonra cənab Prezident dəfələrlə işğaldan azad olunmuş ərazilərə səfər edib, hər səfər zamanı
yeni avtomobil yolları, tunellər, hava limanları, su anbarları, elektrik stansiyaları, zavodlar, istirahət
mərkəzləri kimi yeni-yeni infrastruktur obyektlərinin təməli qoyulur və artıq onlarla yeni obyektin açılışı
da baş tutub. İşğaldan azad olunmuş ərazilərin yenidənqurma işlərində ölkəmizə göstərilən beynəlxalq
həmrəyliyi yüksək qiymətləndiririk və bu olduqca əhəmiyyətlidir.
Mahir Zahidov,
Sabirabad rayonu, Mil-Muğan Regional Təhsil İdarəsində Tədrisin keyfiyyəti sektorunun müdiri