isaznow.com
Az Iw En Ru

Vətən müharibəsindən sonra bizim üçün dayanıqlı şəhər inkişafı daha böyük dəyər kəsb edir

Ermənistan Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı şəhər və kəndləri qəsdən dağıdıb, hər
bir mədəni və dini abidəni talan edib.
Bəlkə də İkinci Dünya müharibəsindən sonra şəhərlərin bu miqyasda dağıdılması dünyanın heç
bir yerində baş verməyib. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib. Ağdam şəhəri o
dərəcədə dağıdılıb ki, əcnəbi mütəxəssislər onu “Qafqazın Xirosiması” adlandırıblar. Dövlət başçısının
bəyan etdiyi kimi Füzuli şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan Ordusu orada bayrağımızı
dalğalandırmağa bir dənə də olsun tikili tapa bilməyib.
Bu tədbrinin Ağdamda keçirilməsinin digər səbəbi də Azərbaycan dövlətinin işğaldan azad
edilmiş şəhər və rayonlarda quruculuq-bərpa işlərini necə əzmkarlıqla apardığını beynəlxalq aləmin
diqqətinə çatdırmaqdır.
Vətən müharibəsindən sonra bizim üçün dayanıqlı şəhər inkişafı daha böyük dəyər kəsb edir.
Eyni zamanda dövlət başçısı bu günkü çıxışında bildirib ki, bu gün artıq bütün şəhərlərin baş planları
hazırlanıb və təsdiqlənib.
İşğaldan azad olunmuş ərazilərdə hazırda magistral yollar və kənd yolları tikilməkdədir. Təsdiq
olunmuş investisiya planına əsasən, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazisində ümumi
uzunluğu 50 kilometrdən çox olan 33 tunel olacaq, 12 kilometr uzunluğu olan 84 yeni körpü salınacaq.
Bu bizim gördüyümüz işlərin yalnız bir hissəsidir. Heç şübhəsiz bütün bunlar barədə beynəlxalq aləmin
də məlumatlı olması üçün BMT-nin Yaşayış Məskənləri Proqramı (UN-HABITAT) və Dövlət
Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə
kerçirilən Azərbaycan Milli Şəhərsalma Forumu da mühüm rol oynaya bilər.
44 ölkədən 130-dan çox nümayəndənin, ümumilikdə isə 400 nəfərdən çox insanın qatıldığı
Azərbaycan Milli Şəhərsalma Forumu şəhərlərin bərpası ilə bağlı beynəlxalq və çoxtərəfli əməkdaşlıq
üçün yeni imkan yaradacaq və şəhər ərazilərində böhranların aradan qaldırılmasına dair çətinliklərin
müəyyən edilməsi, həllərin müzakirəsi ilə bağlı bilik və təcrübə mübadiləsi aparmaq üçün platforma
rolunu oynayacaq.
Ölkəmizdə ilk dəfə məhz Ağdam şəhərində keçirilən Azərbaycan Milli Şəhərsalma Forumu
şəhərsalma sahəsində dünyanın müxtəlif ölkələrindən olan sahə mütəxəssislərinin təcrübələrinin
bölüşülməsi və dayanıqlı inkişafın təmin edilməsi üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi
baxımından da nadir və uğurlu platformadır.
Piri Hüseyinli,
Sabirabad rayonu “Omega Hospital”ın icraçı direktoru


05:07 08.10.2022