

Oktyabrın 5-də BMT-nin Yaşayış Məskənləri Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və
Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda
“Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və
yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu keçirilib.
Forum 30 ilə yaxın dağdılan, daşları belə oğurlanan Ağdamda işə başlayıb. Azərbaycan Prezidenti
cənab İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak ediblər.
Azərbaycan ilə BMT-nin Yaşayış Məskənləri Proqramı UN-HABITAT arasında sıx əməkdaşlığın
nəticəsində gerçəkləşən tədbirdə 44 xarici ölkədən olan 130-dan çox nümayəndə heyəti iştirak edir.
Forumda çoxsaylı qonaqların iştirakı şəhərsalma sahəsində də Azərbaycana böyük marağın olduğunu
göstərir.
Forumun açılış mərasimində İşğaldan azad edilmiş ərazilərə gələn hər kəsin Ermənistanın işğalvə
təcavüzünün nəticələrini gördüyünü vurğulayan Prezident İlham Əliyev bildirmişdir: “İkinci Qarabağ
müharibəsi başa çatandan bəri minlərlə əcnəbi qonaq, jurnalist, siyasətçi, vətəndaş cəmiyyəti
nümayəndələri azad olunmuş ərazilərə gələrək bunu öz gözləri ilə görüblər. Erməni barbarlığı və
vandalizminin miqyası faktiki olaraq o qədər böyükdür ki, Azərbaycanın bu hissəsinə gələn bir çox
insanlar özlərini mənəvi cəhətdən tamamilə tükənmiş hiss edirlər. Ərazilər işğaldan azad edildikdən
sonra xarici ekspertlər, jurnalistlər buraya gəldilər və Ağdama bir neçə ad verdilər.”
30 ilə yaxın dövrdə erməni vandalizminə məruz qalaraq xarabalığa çevrilmiş Ağdam özünün yeni
dövrünə qədəm qoyur. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli
Ordumuzun düşmən üzərində qazandığı şanlı Qələbə nəticəsində azad olunmuş Ağdamınyenidən
çiçəkləndiyi günlər başlayır.
Azad olunmuş ərazilərimizdə ermənilər tərəfindən törədilən cinayətlərin, dağıntıların sayı-hesabı
sonsuzdur. Lakin bütün bu xarablığa çevrilmiş ərazilər içərisində Ağdam daha çox ürək ağrıdır.
Regionun mərkəzi olan Ağdam şəhəri xarabalığa çevilib. Ağdama çoxsaylı səfərlər edən xarici
diplomatlar, səyyahlar və digər qonaqlar buranı “ruhlar şəhəri”, “Qafqazın Xirosiması” adlandırdılar. Bu
da təsadüfi deyildi, çünki Ağdamda daş daş üstündə qalmayıb, ermənilər hətta xaraba qoyduqları şəhərin
daşlarını da oğurlayıb satıblar.
Artıq əsl sahibləri bu torpağa qayıtdıqdan sonra Ağdamın da mənzərəsi dəyişir. Prezident İlham
Əliyevin vurğuladığı kimi, hazırda bizim əsas məqsədimiz işğaldan azad edilmiş ərazilərin bərpasıdır.
Azərbaycan heç kimdən yardım almadan öz gücü, öz vəsaiti hesabına erməni vəhşiliyinə məruz
qalmış ərazilərimizi bərpa edir, yenidən qurur.
Vusal Ağazadə,
Kür və Araz çaylarında bəndlərin istismarı idarəsinin təsərrüfat müdiri, Sabirabad rayon sakini