

Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə dair Praqada davam etdirilən
danışıqlar da rəsmi Bakının təklif etdiyi baza prinsipləri əsasında aparıldı. Ermənistan Fransa
prezidentinin bu görüşdə iştirakına ümid edərək, bəzi təxribatlara ümid edirdi. Paşinyan Fransanın da
iştirak etdiyi görüşdə özünü qətiyyətli hiss edir, Fransa tərəfi də Ermənistanı dəstəklədiyini açıq şəkildə
gizlətmirdi. Ermənistan və Fransa sərhəddə baş vermiş insidentlərə görə Azərbaycana təzyiq
göstərəcəklərini güman edirdilər. Lakin digər görüşlərdə olduğu kimi, budəfəki görüşdə də Prezident
Əliyevin qətiyyəti və prinsipiallığı buna imkan vermədi. Görüşün ümumilkdə 5 saatdan artıq çəkməsi və
2 hissədən ibarət olması müzakirələrin çoxşaxəli olduğunu deməyə əsas verir. Yekunda qəbul edilmiş
bəyanatda Azərbaycan və Ermənistanın bir-birilərinin ərazi bütövlüyü və suverenliyini tanıması, bu
xüsusda BMT Nizamnaməsinin əsas sənəd kimi götürülməsi bu dəfə də Azərbaycanın milli maraqları ön
planda olduğunu təsdiqlədi. Bu, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiqləyir.
Suverenliyi tanımaqla, Ermənistan Qarabağ üzərində Azərbaycanın hakimiyyətini tanıyır.
Praqa görüşündə, eyni zamanda sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının tezliklə
keçirilməsi də razılaşdırıldı. Aİ və Fransa Azərbaycan ərazilərini də əhatə edəcək birgə sərhəd
monitorinq missiyası yaradaraq, bundan regiona daxil olmaq üçün istifadə etmək istəyirdilər. Amma öz
suverenliyinə dəyər verən Azərbaycan buna etiraz etdi. Azərbaycanın qəti mövqeyindən sonra belə
razılaşdırıldı ki, bu missiya yalnız Ermənistan ərazisində olacaq. Azərbaycan isə öz maraqlarına uyğun
şəkildə missiya ilə əməkdaşlıq edəcək, sərhəd missiyası etimad quruculuğu və sərhədlərin
delimitasiyasına töhfə və dəstək verəcək. Bu, bir daha onu göstərir ki, Azərbaycan heç bir halda ərazi
bütövlüyü məsəsləsində güzəştə getməyib və bundan sonra da heç bir platformada Bakının milli
maraqlarına zidd qərar və ya müzakirədən söhbət gedə bilməz.
Praqa görüşündə Azərbaycanın maraqları müzəffər Ali Baş Komandan Prezident İlham Əliyev
tərəfindən layiqincə qorundu. Ermənistan isə bu sərhəd missiyasına razılıq verməklə, suveren dövlət
olmadığını bir daha göstərdi.
Hər zaman müstəqil siyasət yeridən Azərbaycan bütün platformalarda söz sahibidir və sülh
prosesində də şərtləri Bakı diktə edir.
Rəşad Qurbanov,
Sabirabad rayon Gənclərin Kariyera və İnkişafı Mərkəzinin direktoru