

Azərbaycan-Qırğızıstan münasibətləri ənənəvi şəkildə, qarşılıqlı surətdə faydalı tərəfdaşlıq və
dostluq əsasında qurulub. Artıq strateji tərəfdaş olan Azərbaycan və Qırğızıstan yeni hədəflərə doğru
birgə addımlayır. Strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir və ölkələri məhz strateji
xarakterli əməkdaşlığa kökləyir. Bu mənada Azərbaycan-Qırğızıstan strateji tərəfdaşlığı perspektiv
inkişafın möhkəm təməlini təşkil edir.
Iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq səmimidir və qarşılıqlı dəstəyə
əsaslanıb. Ötən illər ərzində hər iki ölkə qarşılıqlı və Qoşulmama Hərəkatı, BMT, ATƏT, İslam
Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO kimi beynəlxalq təşkilatlar çərçivəsində səmərəli
fəaliyyət göstəriblər. Azərbaycan bütün digər türkdilli dövlətlərlə olduğu kimi Qırğızıstanla da geniş
siyasi-iqtisadi və mədəni əlaqələrini sürətlə artırıb.
Yarım il öncə imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə münasibətləri keyfiyyətcə
yeni səviyyəyə çıxarıb. Bu gün iki ölkə arasındakı əməkdaşlıq nəzərdə tutulandan daha tez həyata keçir.
İnvestisiyaların cəlb edilməsi işinə, iş yerlərinin yaradılmasına və ticari-iqtisadi sahədə əməkdaşlığın
genişləndirilməsi üçün daha çox ilkin şərtlərin formalaşdırılmasına xidmət edəcək Qırğızıstan-
Azərbaycan İnkişaf Fondunun yaradılması barədə qərarın verilməsi, Azərbaycanın “Azersky” və
“Azerspace-1” adlı peyklərinin Qırğızıstan üçün də xidmətlər göstərməsi iki ölkə arasındakı effektiv
əməkdaşlığın konkret nümunələridir. Həmçinin nəqliyyat-tranzit sahəsində Çin-Qırğızıstan-Özbəkistan-
Xəzər yeni dəmir yolunun tikintisi də ümumi inkişafa mühüm töhfələr verəcək. Açıq dənizlərə çıxışı
olmayan Azərbaycanın mühüm nəqliyyat şəbəkəsi yaratması, Orta Dəhlizin bir hissəsi olacaq Ələt
ticarət limanının potensialını 15 milyon tondan 25 milyon tona qədər artırması, qarşılıqlı sərmayə
qoyuluşlarının artırılması münasibətlərin daha da dərinləşməsinə, inkişafına əlavə təkan verəcək.
Vahid Həsənov,
Sabirabad şəhər sakini, təqaüdçü