

Oktyabrın 13-də Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-
cı Zirvə Toplantısının plenar iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
tədbirdə iştirak edərək plenar iclasda çıxış edib.
Qeyd edilməlidir ki, bu beynəlxalq plarformanın inteqrasiyası üçün rəsmi Bakı mühüm logistika
və qovşaq yaratmağı bacarıb. Hazırda isə yeni reallıqlar kontekstində nəqliyyat-kommunikasiya
əlaqələrinin dərinləşməsi və optimallaşması üzrə tamamilə yeni bir dəhliz təklif edir. Bu, Zəngəzur
dəhlizidir. Zəngəzur dəhlizi orta vektor üzrə bütün növ kommunikasiyaların məsəfəsini 300 km
qısaltmaqla operativ əlaqələr və inteqrasiya təmin etmək imkanlarına sahibdir. Ona görə də Azərbaycan
Prezidenti İlham Əliyev AQEM zirvəsindəki çıxışında bir daha bu məsələyə toxunub. Eyni zamanda,
erməni vandalizmini yenidən konfrans iştirakçılarının diqqətinə çatdırmaqla Prezidentimiz Ermənistanın
yenə də regional sülhü təhdid etdiyini bildirib. Azərbaycan ərazisində bir milyondan çox mina basdıran
bir ölkənin indi də kommunikasiyaların açılmasına mane olması, şübhəsiz ki, AQEM ölkələrinin
qarşılıqlı inteqrasiyasına da mənfi təsir göstərir. Zirvə toplantısında regional təhlükəsizlik və əməkdaşlıq
məsələləri ilə bağlı Azərbaycan Prezidenti bir sıra ikitərəfli görüşlər də keçirib ki, bunların hər biri milli
təhlükəsizliyimizin və regional təhlükəsizliyin gələcək strateji arxitekturası baxımından olduqca
əhəmiyyətlidir.
Bildirilib ki, Azərbaycan tərəfindən həyata keçirilən genişmiqyaslı nəqliyyat infrastrukturu
layihələri ölkəmizi ən mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzlərindən birinə çevirib. 2022-ci
ilin ilk doqquz ayı ərzində Azərbaycan ərazisindən keçən tranzit təxminən 65 faiz artıb. Bu gün
Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına mühüm töhfələr verir.
Azərbaycan Orta Dəhlizin önəmli hissəsini təşkil edəcək Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə
təşviq edir.
Ölkə başçısı öz çıxışında xüsusi vurğulayıb ki, hazırda Azərbaycan dünyada mina ilə ən çox
çirklənmiş ölkələr sırasındadır. İlkin hesablamalara görə, Ermənistan işğal etdiyi ərazilərə bu illər
ərzində bir milyondan çox mina basdırıb. İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən iki il
ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb.
Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi
məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır.
Azərbaycanda “Böyük Qayıdış” adlanan proqram uğurla həyata keçirilir. Minalardan
təmizlənmə ilə paralel, indi Azərbaycan həm də işğaldan azad olunmuş ərazilərdə öz resursları hesabına
genişmiqyaslı quruculuq işləri aparır. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdış prosesi
başlanıb və sürətlə davam edir.
Hikmət Bağırlı,
Sabirabad rayon Gənclər və idman idarəsinin məsləhətçisi