

Bişkekdə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması strateji tərəfdaşlığın fəallaşdırılması və
genişləndirilməsinə xidmət edir. Azərbaycan və Qırğızıstan dil, din, tarix və adət-ənənə baxımından bir-birlərinə
yaxın dövlətlərdir. Hazırda hər iki respublika İƏT, İKT, BMT çərçivəsində əməkdaşlıq edirlər. 29 oktyabr 2004-
cü ildə Qırğızıstan BMT Baş Məclisinin 59-cu sessiyasının 46-cı plenar iclasında “Azərbaycanın işğal olunmuş
ərazilərində vəziyyət” adlı bəndin Baş Məclisin cari gündəliyinə salınmasına dair qərar Qırğızıstan tərəfindən
dəstəklənib. Qırğızıstan Qarabağ münaqişəsi ilə bağlı daima Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. Bu
dövlət münaqişənin həlli üçün müəyyən dövrlərdə fəallıq göstərməyə çalışıb. Təsadüfi deyil ki, 1994-cü ilin may
ayında MDB-nin vasitəçiliyi ilə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında müqavilə Bişkek şəhərində
imzalanıb.
Bu gün Azərbaycanla Qırğızıstan arasından münasibətlər yüksələn xətt üzrə inkişaf edir.
Xatırladaq ki, bu ilin aprel ayında Qırğız Respublikasının prezidenti Sadır Japarov ölkəmizdə səfərdə
olub. Səfər çərçivəsində Bakıda Prezident İlham Əliyevin və prezident Sadır Japarovun iştirakı ilə Azərbaycan-
Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. Görüş zamanı Azərbaycan və Qırğızıstan arasında
“Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum”, “Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” və
digər sənədlər imzalanıb. Bu sənədlərin izalanmasından sonra münasibətlər daha da sıxlaşıb. Bunu oktyabrın 11-
də Bişkekdə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimindən sonra Prezident İlham Əliyevin
mətbuata verdiyi bəyanatdan da görmək olur. Cənab Prezident qeyd edib ki, yarım il öncə imzalanmış strateji
tərəfdaşlıq haqqında Bəyannamə münasibətləri keyfiyyətcə yeni səviyyəyə çıxarıb: “Yarım il bundan əvvəl
müəyyən edilənlərin çoxu artıq real siyasət sahəsinə transformasiya olunur. Mədəni-humanitar, iqtisadiyyat,
nəqliyyat, təhsil, yüksək texnologiyalar sahələri ilə bağlı geniş məsələlər ətraflı müzakirə olunub”.
Qırğız Respublikasının Prezidenti Sadır Japarovun da mətbuata bəyanatında bu fikirlər üstünlük təşkil
edib. Bu o deməkdir ki, iki dövlət və prezident arasında qarşılıqlı anlaşma və dostluq münasibətləri mühüm rol
oynayır. Artıq strateji tərəfdaşlıq ruhunda iki dövlət arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq qurulub. Prezident
İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın iclasında çıxışında bu məsələlərə
də toxunub. “Biz münasibətlərimizi Dövlətlərarası Şuranın hamiliyi altında strukturlaşdırırıq ki, qərarların qəbul
edilməsinə, o cümlədən ticari-iqtisadi fəaliyyət çərçivəsində nəzarət üçün daha çox imkanlara və daha çox
dinamizmə malik olaq. Artıq hökumətlərarası komissiyanın iclası Bakıda təşkil olunub və gələn il Bişkekdə
keçiriləcək. Dövlətlərarası Şura, hökumətlərarası komissiya – bunlar o mexanizmlərdir ki, bizə həmişə əlimizi
nəbzimizdə tutmaq və hədəflərə nail olmaq üçün nə etmək lazım olduğunu görmək imkanı verəcək”, -deyə cənab
Prezident çıxşında vurğulayıb.
İki dövlət arasında nəqliyyat-logistika, İKT, təhsil, turizm və idman sahələrində də perspektivdə bir sıra
işlərin görülməsinə ehtiyac var. Bişkekdə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması bu istiqamətdə
fəaliyyətlərin strateji xarakterini bir daha təsdiqləyir. Prezident İlham Əliyevin çıxşında vurğuladığı kimi, bu gün
açıq dənizlərə çıxışı olmayan Azərbaycan artıq mühüm nəqliyyat şəbəkəsi yaradıb: “İndiki mərhələdə nəqliyyat-
tranzit sahəsində əməkdaşlığın vacibliyi xüsusilə vurğulanmalıdır. Artıq fəaliyyət göstərən, eləcə də planlaşdırılan
yeni nəqliyyat yolları kommunikasiyalarımızı daha sıx birləşdirməyə imkan verəcək. Xəzərin bizim tərəfində tam
olaraq Avropa istehlakçılarına qədər – həm dəmir yolu, həm avtomobil yolu, həm hava yolu və bizim yük hava
nəqliyyatının potensialı nəzərə alınmaqla artıq geniş nəqliyyat infrastrukturu var. Çin-Qırğızıstan-Özbəkistan
dəmir yolu Orta Dəhlizin bir hissəsi olacaq. Ələt ticarət limanının potensialı 15 milyon tondan 25 milyon tona
qədər artacaqdır”.
Prezident İlham Əliyevin Qırğızıstan səfəri çərçivəsində qarşılıqlı maraq doğuran beynəlxalq və regional
mövzular üzrə fikir mübadiləsi aparılıb. İki dövlət arasında dostluq əlaqələri və mədəni münasibətlərin inkişaf
perspektirvləri xüsusi vurğulanmalıdır. Bu baxımdan Prezident İlham Əliyevin “ölkələrin inkişafında humanitar
amilin strateji status” fikri diqqət çəkir. Bununla dövlətimizin başçısı hər iki xalqın eyni soy kökə, mədəni
dəyərlərə malik olduğundan “xalqlarımızın nadir mədəniyyətini qoruyub saxlamalıyıq” deyib.
Prezident İlham Əliyev Qırğız Respublikasına ilk dəfə dövlət səfəri edib. Səfər zamanı imzalanmış 10-a
yaxın Azərbaycan-Qırğızıstan sənədləri strateji tərəfdaşlığın fəallaşdırılması və genişləndirilməsinə xidmət edir.
İnanırıq ki, bu səfərdən sonra Azərbaycan-Qırğızıstan dövlətlərarası münasibətləri daha da möhkəmlənəcək.
Mirtaleh Ağazadə,
Sabirabad rayon Mədəniyyət Mərkəzinin direktoru