isaznow.com
Az Iw En Ru

Astanadakı 6-cı Zirvə Toplantısı ölkəmizin əhəmiyyətini bir daha təsdiq etdi

Oktyabrın 13-də Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-
cı Zirvə Toplantısının plenar iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu
mötəbər toplantıda iştirak edərək plenar iclasda çıxış edib.
Prezident İlham Əliyevin hazırda apardığı fəal xarici siyasət və diplomatik səylər Azərbaycanın həm
Qərb, həm də Şərqdə mövqeyini gücləndirməklə ölkəmizi yeni yaranmaqda olan dünya düzənində fəal
amilə çevirir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına mühüm töhfələr
verməkdədir.
Bu gün Azərbaycan dünyanın yeni kommunikasiya xəritəsində vacib qovşağa çevrilir. Biz
Azərbaycanın nəinki regional, eyni zamanda qlobal əhəmiyyətinin durmadan artdığının şahidiyik.
Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi təşəbbüskarlığı nəticəsində artıq Orta Dəhliz logistika xətti
reallaşmaqdadır. 2020-ci ildə Ermənistanın 30 illik işğalına son qoymaqla öz ərazi bütövlüyünü bərpa
edən Azərbaycan bölgədə yeni siyasi və iqtisadi reallıqlar formalaşdırdı. Artıq Orta Dəhlizin önəmli
hissəsini təşkil edəcək Zəngəzur dəhlizinin yaradılması yaxın gələcəyin yeni qlobal layihəsi kimi təqdir
olunur.
Prezident İlham Əliyev 6-cı Zirvə Toplantısında çıxışı zamanı Azərbaycan tərəfindən həyata
keçirilən genişmiqyaslı nəqliyyat infrastrukturu layihələri ölkəmizi ən mühüm beynəlxalq nəqliyyat və
logistika mərkəzlərindən birinə çevrildiyini bildirib. Xüsusilə qeyd etmək lazımdır ki, aparılan uğurlu
iqtisadi fəaliyyət nəticəsində 2022-ci ilin ilk doqquz ayı ərzində Azərbaycan ərazisindən keçən tranzit
həcmi təxminən 65 faiz artıb.
Prezident İlham Əliyevin təşəbbüsləri və rəhbərliyi altında Azərbaycanda bir sıra mühüm
nəqliyyat-logistika infrastrukturu yaradılıb və ölkəmiz beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya
olunub. Bir sözlə, Qərblə Şərq arasında əsas körpü rolunu oynayan Azərbaycanın beynəlxalq statusunun
möhkəmləndiyinin şahidi oluruq. Hazırda müşahidə etdiyimiz siyasi proseslər isə onu deməyə əsas verir
ki, Azərbaycanın beynəlxalq əhəmiyyəti getdikcə daha da güclənəcək.
Qeyd etmək lazımdır ki, hazırda Azərbaycan və Türkiyə türkdilli dövlətlər arasında əlaqələrin inkişaf
etdirilməsində strateji rol oynayır. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğanın praqmatik siyasəti məhz türkdilli dövlətlər arasında əlaqələrin genişlənməsinə
yönəlib.
Qısa zaman kəsiyində Qırğızıstan və Qazaxıstan prezidentlərinin Azərbaycana, Prezident İlham
Əliyevin Özbəkistana, Türkmənistana və Qırğızıstana səfərləri, imzalanan sənədlər, əldəolunan
razılaşmalar əlaqələrin gələcək inkişafını istiqamətləndirir. Prezident İlham Əliyevin Praqa səfərindən
sonra məhz Qırğızıstana və Qazaxıstana səfərləri də türkdilli ölkələrlə əməkdaşlığın nə dərəcədə
əhəmiyyətli olduğunun göstəricisidir. Qırğızıstan və Qazaxıstan Ermənistanın da üzv olduğu KTMT-ya
daxildir. Azərbaycanın Qırğızıstan və Qazaxıstanla yaxın əlaqələr qurması İrəvanın hərbi blok vasitəsilə
Bakıya təzyiq imkanlarını neytrallaşdırılması baxımından çox əhəmiyyətli oldu.
Digər bir tərəfdən isə Azərbaycan böyük enerji resurslarına malik Türkmənistan və Qazaxıstanın
təbii ehtiyatlarının dünya bazarına çıxarılması baxımından önəmli rol oynaya bilər. Avropanın Türk
Dövlətləri Təşkilatına üzv olan ölkələrdəki enerji resurslarına ciddi ehtiyacının yaranması Azərbaycanın
da daxil olduğu bu təşkilatın siyasi təsir imkanlarını daha da artırır.
2019-cu ildən bəri Azərbaycan üzv ölkələrin yekdil qərarı əsasında dünyada BMT-dən sonra ən
böyük beynəlxalq struktur olan Qoşulmama Hərəkatına sədrlik edir. Sədrliyimiz yenə də yekdil qərar
əsasında daha bir il, 2023-cü ilin sonuna qədər uzadılıb. Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində
həmrəyliyi gücləndirmək, bu Hərəkatın siyasi çəkisini və qlobal nüfuzunu artırmaq üçün böyük səylər
göstərir.
Azərbaycanın bu istiqamətdə atdığı addımlar türkdilli dövlətlər arasında əlaqələrin sürətli inkişafı
ticarət dövriyyəsinin artmasına, siyasi-iqtisadi əməkdaşlığın genişlənməsinə gətirib çıxaracaqdır.
Naqil İsgəndərov,
Sabirabad rayonu Həşimxanlı kənd tam orta məktəbinin direktoru


15:49 16.10.2022